Məhkəmə qərarları › İş №2(053)-313/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-313/2023

02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-313/2023 02.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair» ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 ata adının Məlikalı deyil, Mülkalı olmasının müəyyən edilməsinə və bu barədə müvafiq şəhadətnamənin verilməsini Maraqlı şəxsnə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən «Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir». Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə «doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının» müəyyən edilməsi barədə işlərə baxır. Eyni Məcəllinin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Eyni Məcəllinin 309.1-ci maddəsinə əsasən «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir». Təqdim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi tərəfindən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə aidiyyat qaydaları pozulmaqla Neftçala Rayon Məhkəməsinə verilmişdir. Bu səbəbdən müvafiq tələbə hazırkı vəziyyətdə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni Məcəllənin 153.3-cü maddəsinə əsasən «hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Məhkəmə bir daha vurğulayır ki, müvafiq mübahisəyə inzibati məhkəmədə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair» ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. Hazırkı qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə Ərizəçi qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən “Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur”. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar