Məhkəmə qərarları › İş №2(053)-320/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-320/2025

01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-320/2025 01.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1999-cu il tarixli, 44 nömrəli və 14 mart 2002-ci il tarixli, 62 nömrəli qərarları ilə verilmiş (JN:0253, KOD ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktınının X7 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1999-cu il tarixli, 33 nömrəli və 14 mart 2002-ci il tarixli, 62 nömrəli qərarları ilə 3,43 hektar torpaq sahəsi ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Sözügedən komissiyanın 24 noyabr 1999-cu il tarixli, 33 nömrəli və 14 mart 2002-ci il tarixli, 62 nömrəli qərarlarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında (JN:0253, KOD ********) X1 Xangül Məmməd qızı kimi və Ərizəçi isə X5 qeyd edilmişdir. Torpağın payçılarından X13 31 dekabr 2022-ci ildə vəfat etmişdir. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında buraxılmış texniki səhvləri aradan qaldırmaqla mülkiyyətində olan 3,43 hektar torpaq sahəsinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. 13 saylı Şirvan Ərazi İdarəsinin 09 dekabr 2024-cü il tarixli bildirişində səhv qeyd olunmuş adlar barədə hüquqmüəyyənedici sənəd, yəni məhkəmə qərarı təqdim olunmadığı üçün ərizənin icrasından imtina edilmişdir. Ona məxsus doğum və nikah haqqında şəhadətnamələrdə, həmçinin şəxsiyyət vəsiqəsində onun adı düzgün olaraq Ərizəçi kimi yazılmışdır. X2 adı ona məxsus doğum və nikah haqqında şəhadətnamələrdə, həmçinin şəxsiyyət vəsiqəsində Məmmədova (Cəfərova) Xoşgül Məmməd qızı kimi düzgün qeyd edilmişdir. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 dekabr 2024-cü il tarixli arayışında da bəhs olunan adların dövlət aktında səhv qeyd olunduğu göstərilmişdir. Qeyd edilən sənədlərdə olan yanlışlığın aradan qaldırılması üçün cəhdlər etmiş, lakin buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin, həmçinin “Doğum haqqında” və “Nikah haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi adı “Ravin” kimi qeyd olunub. X7 məxsus şəxsiyyət vəsiqəsinin, “Doğum haqqında” və “Nikahın bağlanması haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X6 adı “Xoşgül” kimi qeyd olunub. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X13 31 dekabr 2022-ci ildə ölmüşdür. “Torpağa mülkiyyət hüququna dair” JN-0253 nömrəli (kod ********) dövlət aktından görünür ki, X16 kənd sakini X9 və ailə üzvləri - X12, X15 və X4 təsərrüfatı məhsullarıysy istehsalı üçün 3,43 hektar torpaq sahəsi ayrılmışdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 dekabr 2024-cü il tarixli 1132 nömrəli arayışında qeyd olunur: «...Azərbaycan Respublikasının DYLİ X17 Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən verilmiş JN-0253 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında texniki səhv olaraq: 1. X12; 2. X15 yazılmışdır. Həqiqətən doğru adlar aşağıdakı kimidir: 1. X11; 2. Ərizəçi...» Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «X15» («Ərizəçi») ərizəçinin özü, «X12» («X11») ərizəçinin anasıdır. Lakin müvafiq sənəddə Ərizəçi adı «Rövşən» kimi yazılmış, X6 adı isə «Xangül» kimi yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0253 nömrəli (kod ********) dövlət aktındakı torpaq sahəsinin payçıları Ərizəçi və ərizəçinin anası X8r. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 09 dekabr 2024-cü il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. “Torpağa mülkiyyət hüququna dair” JN-0253 nömrəli 80702018 kodlu dövlət aktının «X15»na və «X12»na deyil, müvafiq olaraq Ərizəçi və X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar