Məhkəmə qərarları › İş №2(053)-321/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-321/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-321/2025 17.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi tərəfindən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 nomrəli qərarına əsasən X25 Komitəsi tərəfindən (JN: 0040, KOD ********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktının X13, Rəcəbova (Rəcəbli) Sevil Oruc qızına və Axundova (Rəcəbli) Şəfa İmaməli qızına məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 dekabr tarixli, 33 saylı qərarı ilə 1.93 ha torpaq sahəsi ailə üzvülərinin mülkiyyətinə verilmişdir. Aqrar İslahat Komissiyasının 1998-ci il 14 dekabr tarixli, 33 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komtəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN- 0040) (Kod ********) sənəd alınmışdır. Həmin sənəddə X11 “Ərizəçi” kimi, “X17” X27” kimi və Axundova (Rəcəbli) Şəfa İmaməli qızının X6 Neftçala Rayon Aqrar İslahat Komissiyasının diqqətsizliyi üzündən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı sənədində səhv qeyd edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında buraxılmış texniki səhvləri aradan qaldırmaqla, mülkiyyətlərində olan 1.93 hektar torpağa Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDKYDƏDK və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə verdiyi ərizəyə xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın dövlət kadastırı və reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsində baxılaraq ünvanına bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-5351/2024 saylı bildirşdə qeyd edilir ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 dekabr tarixli, 33 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN: - 0040 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı sənədində X8 (bildirişdə İmaməməli adında texniki səhv buraxılıb) “Ərizəçi” kimi, X17 “X27” kimi və Axundova (Rəcəbli) Şəfa İmaməli qızının “X18” kimi kimi səhv qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd (məhkəmə qərarı) tərəfinizdən təqdim edilməmişdir. Ona məxsus olan doğum haqqında şəhadətnamədə soyadı Rəcəbov kimi yazılmışdır. (Sonradan doğum haqqında şəhadətnamədə düzəliş edilərək Rəcəbli soyadına inanmaq yazılmışdır). Nikah haqqında şəhdətnamədə soyadı Rəcəbov kimi qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsində isə soyadı Rəcəbli kimi yazılmışdır. Əslində Rəcəbli soyadı düzgündür. Həyat yoldaşı X19 ilə 13 iyun 1993-cü ildə nikah qeydiyyatına girərək ailə qurmuşdur. O, Rəcəbova soyadını qəbul etmişdir. Əslində Rəcəbova (Rəcəbli) eyni soyadı daşıyan şəxsdir. Həyat yoldaşı X17 ata adı səhv olaraq Şəfa qızı kimi yazılmışdır. Onun doğum haqqında şəhdətnaməsində və şəxsiyyət vəsiqəsində ata adı düzgün olaraq Oruc kimi qeyd edilmişdir. Qızı X5 Həsən Vaqif oğlu ilə 22 sentyabr 2014-cü ildə nikah qeydiyyatına girərək “Axundova” soyadını qəbul etmişdir. Onun adına verilmiş doğum haqqında arayışda X9 qeyd edilmişdir. Nefçala rayon İHB-nın Yuxarı Qaramanlı kənd İnzibəti Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 24 saylı arayışından görünür ki, JN - 0040 saylı kod 80711038 olan torpağa müülkiyyət hüququna dair Dövlət X1 soyadı texniki səhv olaraq Rəcəbov kimi göstərilib. Faktiki olaraq vətəndaşın soyadı, adı, atasının adı AZE ******** saylı şəxsiyyət vəsiqəsində X14r. Neftçala rayon İHB-nin Yuxarı Qaramanlı kənd üzrə İnzibati Ərazi nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 25 saylı arayışından görünür ki, JN- 0040 saylı kod 80711038 olan torpağa mülkiyyət hüququna dair Dövlət X3 ata adı texniki səhv olaraq Şəfa kimi göstərilib. Faktiki olaraq vətəndaşın soyadı, adı, atasının adı AZE 08236691 saylı şəxsiyyət vəsiqəsində X20r. Faktki olaraq vətəndaşın soyadı, adı, atasının adı AA ******* saylı şəxsiyyət vəsiqəsində X15r. Neftçala rayonu, X7 xx.xx.2025-ci il tarixli, 04 saylı arayışından görünür ki, JN- 0040 saylı 80711038 olan torpağa mülkiyyət hüququna dair Dövlət X1 soyadı texniki səhv kimi göstərilib. Faktiki olaraq vətəndaşın soyadı, adı, atasının adı AZE ******** saylı şəxsiyyət vəsiqəsindəə X14r. Qeyd olunan yanlışlıqların aradan qaldırılması imkanı xaricindədir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan JN - 0040 seriyalı, 80711038 kod nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi X21 və onun ailə üzvləri kimi qeyd edilən X16 Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-cı il tarixli, 33 saylı qərarı ilə 1.93 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi mülkiyyətinə verilmişdir. “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, Ərizəçi adlı vətəndaşın “Rəcəbov” kimi yazılmış soyadının üzərindən xətt çəkilmiş və yuxarı hissədə Rəcəbli soyadına inanmaq yazılaraq imza edilmiş və möhür vurulmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 xx xxxxxx 1963-cü ildə Neftçala rayonu, 2-ci Qaralı kəndində doğulmuşdur. Neftçala rayonu, X7 04 №-li arayışından görünür ki, JN - 0040 seriyalı, 80711038 kod nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X1 soyadı texniki səhv olaraq “Rəcəbov” kimi göstərilib. AZE seriyalı, 08236691 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 21 mart 1975-ci ildə Neftçala rayonu, 2-ci Qaralı kəndində anadan olmuşdur. Neftçala rayonu, X7 05 №-li arayışından görünür ki, JN - 0040 seriyalı, 80711038 kod nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X3 soyadı texniki səhv kimi “Şəfa” göstərilib. “Doğum haqqında” arayışdan görünür ki, X26 31 dekabr 1995-ci ildə Neftçala rayonu, İİ Qaralı kəndində anadan olmuşdur. “Nikahın haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X28 ilə X26 arasında 22 sentyabr 2014-cü ildə nikah bağlanmış, nikahdan sonra arvada “Axundova” soyadı verilmişdir. Məhkəmədə müəyyən edildi ki, Neftçala Rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998ci il tarixli, 33 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Ərizəçi X21 və onun ailə üzvləri kimi qeyd edilən X16 1.93 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair torpağa mülkiyyət hüququna dair Dövlət aktında İmaməli Şaban oğlunun soyadı Rəcəbli olduğu halda “Rəcəbov” kimi, Sevil Rəcəbovanın ata adı Oruc oğlduğu halda “Şəfa” kimi və Şəfa İmaməli qızının soyadı Rəcəbli oğlduğu halda “Rəcəbova” qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən də məhkəmə belə nəticəyə gəlir ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə yuxarıda adları qeyd edilən şəxslərin mülkiyyətinə verilmiş JN – 0040 seriyalı, kod 80711038 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktının ərizəçi X13, X23 və Rəcəbli (nikahdan sonra - Axundova) Şəfa İmaməli qızına məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi, X27 və onun ailə üzvləri kimi qeyd olunmuş X12 Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə 1.93 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətinə verilməsinə dair JN - 0040 seriyalı, 80711038 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının X13, X23 və Rəcəbli (nikahdan sonra - Axundova) Şəfa İmaməli qızına məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar