Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-323/2023 20.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh3, Cavabdeh2 Sadiq qızının nümayəndəsi X3, Neftçala rayon notariat ofisinin xüsusi notariusu X6 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sadiq qızına, Cavabdeh3 və Neftçala rayon notariat kontoruna qarşı «ümumi birgə mülkiyyətdən payların müəyyən edilməsi və mirasın faktiki qəbulu faktının tanınması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sadiq qızı, Cavabdeh3 və Neftçala rayon notariat kontoruna qarşı iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanı üzrə torpaq sahəsindən payların müəyyən edilməsi, şəhid X5 payına düşən hissəyə faktiki sahiblik faktının xeyrlərinə tanınması, həmin əmlaka mülkiyyət hüququnun tanınması üçün vərəsəlik şəhadətnaməsinin verilməsinin Neftçala rayon Notariat ofisinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 iddianı müdafiə edərək bildirmişdir ki, onlar 1990-cı ildən Dadaşova Zinyǝt Sadiq qızı, İddiaçı1, İddiaçı2, Cavabdeh3 və X4 ibarət ailə tərkibində mübahisə predmeti olan ünvanda yaşamışlar. Sözügedən daşınmaz əşyaya dair mülkiyyət hüquqları ümumi birgə mülkiyyət hüququ əsasında 25 may 2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Məhkəməyə təqdim etdiyi çıxarışa əsasən, həmin daşınmaz əşyaya hüquq sahibləri Dadaşova Zinyǝt Sadiq qızı, İddiaçı1, İddiaçı2, Cavabdeh3 və X12 olmuşdur. Kiçik oğlu Elvin 30 dekabr 2019-cu ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan 21 oktyabr 2020-ci ildə nəvələri İddiaçı1 Elvin oğlu dünyaya gəlmişdir. Oğlu 06 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun şəhadətindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinə ödənilən birdəfəlik sığorta ödənişinin vərəsəlik qaydasında qəbul edilməsi üçün Neftçala rayon Notariat kontorundan vərəsəlik şəhadətnaməsi əldə edilmiş, beləcə mirasın bir hissəsi qanun üzrə vərəsələr tərəfindən qəbul edilmişdir. Belə olduğu təqdirdə, X5 mirası açılmış, lakin mirasın digər bir hissəsinin qəbulunda vərəsələr arasında mübahisə vardır. Mirasın bir hissəsi qanun üzrə vərəsəlik qaydasında qəbul edildiyinə görə, onun adına olan daşınmaz əmlak payının məhkəmə qaydasında qəbul edilməsi üçün notariat orqanının “vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi” haqqında məktubunu işə əlavə etməmişdir. Sözügedən daşınmaz əşya ümumi birgə mülkiyyətdədir və ümumi birgə mülkiyyətdən ümumi paylı mülkiyyətə keçid üçün payların müəyyən edilməsi barədə tərəflər arasında razılıq olmasa, həmin bölgü əsasında keçid məhkəmə qaydasında həyata keçirilir. Bildirir ki, hüquq sahibləri arasında mübahisə yoxdur, amma onlar hamısı öz paylarını böyük oğullları Araza güzəşt etmək istəyirlər. Kiçik oğullarının şəhid olması səbəbindən hazırda onun payının vərəsəlik qaydasında qəbul edilməsi, bunun üçün isə ilk olaraq ümumi birgə mülkiyyətdən payların müəyyən edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Elvinin qanun üzrə digər vərəsəsi, eyni zamanda övladının qəyyumu olan həyat yoldaşı ilə dəfələrlə əlaqə saxlasalar da, dəvətlərini qəbul etməmiş, məsələyə laqeyd münasibət bəsləmişdir. Belə olduğu təqdirdə, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Hesab edirlər ki, qeyd olunan əsaslarla ünvan 1 ünvanında yerləşən, ümumi birgə mülkiyyətdə olan daşınmaz əşyaya paylar müəyyən edilməli, şəhid X5 payına düşən hissənin faktiki qəbul edilməsi faktı xeyrlərinə tanınmalıdır. Payların məhkəmə tərəfindən müəyyənləşdirilməsi o səbəbdən zəruridir ki, hüquq sahiblərindən biri artıq həyatda yoxdur və onun birgə mülkiyyətdə olan əmlaka dair real iradəsini ifadə etməsi mümkün deyil. Bununla belə onun payına düşən əmlak iqtisadi dəyər məzmununu saxladığından ona vərəsəlik hüququ rejimi tətbiq olunmalı, bundan ötrü isə öncə həmin əmlak birgə mülkiyyətdən paylı mülkiyyət şəklində ayrılmalı və vərəsəlik hüququ üzrə müqəddəratı həll edilməlidir. Oğlu Elvinin vəfatından sonra onun həyat yoldaşı Cavabdeh1 nəvələri İddiaçı1 Elvin oğlunu da götürərək Bakı şəhərinə köçmüş, həmin tarixdən də mübahisə predmeti olan ünvanda ərarvad olmaqla 2 (iki) nəfərdən ibarət ailə tərkibində yaşayırlar. Miras-əmlakı faktiki olaraq onlar tərəfindən qəbul edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı2 da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək İddiaçı1 bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh3 işin məhkəmə baxışı zamanı iddia tələbini qəbul etdiyini bildirərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 Sadiq qızının nümayəndəsi (oğlu) X7 Cavabdeh3 izahatına uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirdi. Neftçala rayon Notariat ofisinin xüsusi notariusu X14 məhkəmə iclası zamanı iddianın qanunun tələbinə uyğun olaraq təmin olunmasına etiraz etmədiyini bildirdi. Cavabdeh1 məhkəmə hazırlıq iclası zamanı verdiyi izahatında mərhum əri şəhid X5 payına düşən hissəyə iddiaçıların faktiki sahibliyinin tanınmasına razı olmadığını bildirmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh1 gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini üzrsüz saymış və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki iddia qismən təmin olunmalıdır. «Şəxsiyyət vəsiqə» lərinin və «doğum haqqında» şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh2 Sadiq qızı 1925-ci ildə, İddiaçı1 xx xxxx 1961-ci ildə, X7 xx xxxxxx 1956-cı ildə və İddiaçı2 xx xxxx 1971-ci ildə doğulmuşlar. “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə Hacıyeva (nikahdan sonra – Dadaşova) Sevinc Sucayət qızı arasında 13 iyul 1990-cı ildə nikah bağlanıb. «Şəxsiyyət vəsiqəsi»nin və «Vətəndaşlıq vəziyyəti aktları» AQİS-dən çıxarışın surətlərindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 ümumi ailə münasibətlərindən xx xxxxxxx 1991-ci ildə Cavabdeh3 və 14 avqust 1993-cü ildə X12 doğulmuşlar. «Vətəndaşlıq vəziyyəti aktları» AQİS-dən çıxarışın surətindən görünür ki, X12 ilə 22 dekabr 2000-ci il təvəllüdlü Nəcəfova (nikahdan sonra-Dadaşova) Türkan Mübariz qızı arasnda 30 dekabr 2019-cu ildə nikah bağlanıb. «Vətəndaşlıq vəziyyəti aktları» AQİS-dən çıxarışın surətindən görünür ki, X12 ilə Nəcəfova (nikahdan sonra-Dadaşova) Türkan Mübariz qızının birgə nikahından 21 oktyabr 2020-ci ildə X8 doğulmuşdur. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X12 06 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən hərbi əməliyyatlar nəticəsində qəlpələrlə zədələnmədən vəfat etmişdir. «004736 və 004737 saylı vəsiqə» nin surətindən görünür ki, İddiaçı1 ilə X13 şəhid ailəsinin üzvüdürlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş AA seriyalı, 620040 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, hüquq sahibi Cavabdeh2 Sadiq qızına Neftçala şəhəri, 5-ci məhəllə, 48 ünvanında, yeni qaydalarla AZ 4702, ünvan 4n Neftçala rayon şöbəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-2322F, xx.xx.2002-ci il tarixli şəhadətnamə əsasında reyestr nömrəsi **********64 olan faktiki və sənəd üzrə sahəsi 0.1612 hektar kateqoriyası( məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları olmaqla onun xüsusi mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə Torpaq sahəsinin planı və olçüsü tərtib edilmişdir. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 06/13934 nömrəli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, ********** №-li ərizəsinə və xx.xx.2021-ci il tarixli, ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan torpaq sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 13 saylı Şirvan Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilməklə, qiymətləndirmə Azərbaycan Respublikasının "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanununa, Milli və X1 tələblərinə uyğun olaraq aparılmışdır. Torpaq sahəsi: Ümumi sahəsi, yaşayış (əsas) sahəsi, köməkçi sahəsi 0.1612 ha. Otaqların sayı qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahəsinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin xx.xx.2021-ci il tarixinə bazar dəyəri 10000 (on min) manat təşkil edir. DTXK-nın Neftçala rayon şöbəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-2322F, xx.xx.2002-ci il tarixli şəhadətnaməsi əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, hüquqi rəsmiləşdirilən şəxs Cavabdeh2 olmaqla hüquq sahibləri Cavabdeh2 Sadiq qızı, İddiaçı1, İddiaçı2, Cavabdeh3 və X5 ümumi birgə mülkiyyətinə Neftçala şəhəri, 5-ci məhəllə, 48-də, yeni qaydalarla AZ 4702 ünvan 6 ünvanında mülkiyyət növü xüsusi, reyestr nömrəsi **********64, qeydiyyat nömrəsi ********** olan (yaşayış məntəqələrinin torpaqları) təyinatlı 0.1612 ha torpaq sahəsi verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X5 vərəsələri: ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh1 (AA1474969, xx.xx.2020 - Neftçala RPŞ QvŞV qrupu, FİN:78JW6DQ, d/txx.xx.2000) ünvan 7 ünvanında qeydiyyatda olan X8 (AA2469799, xx.xx.2021 - Neftçala RPŞ OvŞV qrupu, FİN:8X3JH7X, d/t:xx.xx.2020) Neftçala ünvanında qeydiyyatda olan İddiaçı2 (AZE06131455, xx.xx.2008 - Nefçala, FİN:xxxxxxx, dt:xx.xx.1971) ünvan 9 ünvanında qeydiyyatda olan İddiaçı1 (AZE ********, xx.xx.2013 - Nefçala FİN:xxxxxxx, d/t xx.xx.1961) onların hər biri miras əmlakdan 1/4 hissədə irs almalı olduğundan 24/2021 nömrəli vərəsəlik işi açılmışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli, 97 saylı arayışına əsasən mərhum X5 vərəsələrinə ödənilməli olan 11.000 (on bir min) manat məbləğində sığorta ödənişindən ibarətdir. Azərbaycan Respublikası MM-nin 1159.1.1-ci maddəsinin tələblərinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə vərəsələrdir. Eyni Məcəllənin 1160-cı maddəsinə əsasən «Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir». Azərbaycan Respublikası MM-nin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə əsasən «Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir», «Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır», «Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir». İddiaçı tərəfin bildirdikləri ilə müəyyən olunur ki, Cavabdeh1 X5 ölümündən sonra uşağı ilə birlikdə Bakı şəhərinə köçmüş, iddiaçılar isə mübahisə predmeti olan ünvanda ərarvad olmaqla yaşamaqda davam etmiş, miras əmlakı faktiki olaraq qəbul etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçılar tələblərində ünvan 11 ünvanı üzrə torpaq sahəsindən payların müəyyən edilməsi ilə yanaşı, şəhid X5 payına düşən hissəyə faktiki sahibliyin onların (iddiaçılar) xeyrinə tanınmasını istəsələr də xx.xx.2021-ci il tarixdə (birinci dərəcə) vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər birinə miras əmlakdan ¼ hissədə irs almaq məqsədilə 24/2021 nomrəli vərəsəlik işi açılmışdır. Beləliklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli əmlaka sahiblik etməyə, onu idarə etməyə X5 olümündən sonra faktik olaraq başlasalar da, onlarla bərabər Cavabdeh1 və X2 rayon Notariat ofisində açılmış vərəsəlik işi üzrə (birinci dərəcəli) vərəsələr olaraq ¼ hissədə miras əmlakı qəbul etmiş, bununla da vərəsə mirasın bir hissəsinə sahiblik etməklə, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o mirası tamamilə qəbul etmiş sayılmışdır. Bu hal, işin məhkəmə baxışı zamanı mübahisələndirilməyib. İşin faktiki halları ilə həmçinin müəyyən olunur ki, X5 öldüyü məqamda onun birinci növbə vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh1 və X8 olublar. Azərbaycan Respublikası MM-nin 1256-cı maddəsinə əsasən «Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər…». Həmçinin, yuxarıda qeyd olunduğu kimi, cavabdehə məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərildiyinə baxmayaraq, o, gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında iddiaya qarşı etirazını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən «iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur». Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən «birgə mülkiyyət iştirakçılarının razılaşması ilə razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən «paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər». Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən «paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər». Eyni Məcəllənin 220.3-cü məddəsinə əsasən «paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər». Qanunvericiliyin şərh olunan müddəalarının tələblərindən göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını tələb edə bilər. Bu nöqteyi nəzərdən iddiaçıların iddia tələbi Neftçala şəhəri, 5-ci məhəllə, 48, yeni qaydalarla AZ4702 ünvan 6 ünvanında yerləşən torpaq sahəsindən payların müəyyən olunmasına aid hissədə qanunun tələblərinə uyğun olaraq düzgün qoyulmuşdur. Azərbaycan Respublikası MM-nin 1243.1-ci maddəsinə əsasən «mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir». Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən «vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır». Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən «miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır». X12 06 noyabr 2020-ci ildə vəfat etmiş, yəni miras həmin vaxt açılmışdır. Beləliklə 5 nəfərin paylı mülkiyyətində olan 0.1612 hektar torpaq sahəsində hər birinin, o cümlədən mərhum X5 payı 1/5 hissə təşkil edir. Toplanmış sübutlarla müəyyən edilir ki, mərhum X5 atası İddiaçı1, anası İddiaçı2, habelə arvadı Cavabdeh1 və uşağı X8 birinci növbədə vərəsə hesab olunurlar. Eyni zamanda onlar mərhum X5 Neftçala şəhəri, 5-ci məhəllə, 48, yeni qaydalarla AZ4702 ünvan 6 ünvanında yerləşən torpaq sahəsindən payına düşən hissədə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməklə payların vərəsəlik qaydasında bölünməsini tələb edə bilərlər. Qeyd olunanlara əsasən iddia tələbi mərhum X5 payına düşən hissəyə faktiki sahibliyin iddiaçıların xeyrinə tanınması və həmin əmlaka mülkiyyət hüququnun tanınması üçün vərəsəlik şəhadətnaməsinin verilməsinin Neftçala rayon Notariat ofisinə həvalə edilməsi hissəsində rədd edilməli, iddiaçılara və Cavabdeh1 mərhum X5 Neftçala şəhəri, 5-ci məhəllə, 48, yeni qaydalarla AZ4702 ünvan 6 ünvanında yerləşən torpaq sahəsindən payına düşən hissədə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməklə payların vərəsəlik qaydasında bölünməsini tələb edə bilmələri tövsiyyə olunmalıdır. Eyni zamanda Neftçala şəhəri, 5-ci məhəllə, 48, yeni qaydalarla AZ4702 ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri hüquqi rəsmiləşdirilən şəxs Cavabdeh2 olmaqla hüquq sahibləri Cavabdeh2 Sadiq qızı, İddiaçı1, İddiaçı2, Cavabdeh3 və X9r. Qeyd olunan daşınmaz əmlak üzrə paylı mülkiyyətin mülkiyyətçilərindən cavabdeh qismində məhkəmə iclasında izahat vermiş Cavabdeh3 və Cavabdeh2 Sadiq qızının nümayəndəsi (oğlu) X7 torpaq sahəsində payların müəyyən olunmasına etiraz etmədiklərini bildirmişlər. Belə olan halda Neftçala şəhəri, 5-ci məhəllə, 48, yeni qaydalarla AZ4702 ünvan 6 ünvanında yerləşən 0.1612 hektar torpaq sahəsinə paylar bərabər olmaqla 1/5 (beşdə bir) hissədə tərəflər arasında müəyyən edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən “məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər” dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçılar şəhid ailəsinin üzvü olduğuna dair sənədi “şəhid ailəsi üzvünün vəsiqəsi” nin surətini ərizəyə əlavə etməklə dövlət rüsumu ödəməkdən azad olunmuşlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. DTXK-nın Neftçala rayon şöbəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-2322F, xx.xx.2002-ci il tarixli şəhadətnaməsi əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Neftçala şəhəri, 5-ci məhəllə, 48, yeni qaydalarla AZ 4702 ünvan 6 ünvanında yerləşən (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları olan 0.1612 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri hüquqi rəsmiləşdirilən şəxs Cavabdeh2 Sadiq qızı olmaqla hüquq sahibləri iddiaçılar, İddiaçı1 1/5 (beşdə bir) hissədə, İddiaçı2 1/5 (beşdə bir) hissədə, Cavabdeh2 Sadiq qızının 1/5 (beşdə bir) hissədə, Cavabdeh3 1/5 (beşdə bir) hissədə və X5 1/5 (beşdə bir) hissədə payları müəyyən edilməklə bölünsün. İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 uşağı X8 ilə birlikdə Neftçala şəhəri, 5-ci məhəllə, 48, yeni qaydalarla AZ 4702 ünvan 6 ünvanında yerləşən mərhum X5 1/5 (beşdə bir) hissədə payına münasibətdə mirasın açıldığı yer üzrə Notariat kontoruna müraciət etməklə payların vərəsəlik qaydasında bölünməsini tələb edə bilmələri tövsiyyə edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-323/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-323/2023
20.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver