Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-338/2023 12.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi tərfindən sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Neftçala şəhərində, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002- ci il tarixli, 64 saylı qərarı ilə onların ailə üzvlərinin mülkiyyətinə 0.6 hektar torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında JN-162 A, KOD 80701004, 12 may 2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə" dair şəhadətnamə alınmışdır. 12 may 2006-cı il tarixli şəhadətnamədə X19, X11, X12 və X14 torpaq payçıları kimi qeyd edilmişdir. Neftçala rayon Aqrar İslahat Komissiyasının diqqətsizliyi üzündən onun, qızı Maraqlı şəxs2 və X1 Həsənova və qızı Pərvanənin adı Təranə olduğu halda texniki səhv olaraq soyadları Məmmədova, Təranənin adı isə Pərvanə kimi yazılmışdır. X19 onun əri olmuşdur. O, 03 yanvar 2010-cu ildə vəfat etmişdir. Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası ƏMDKYDƏDRX-nin 13 saylı Şirvan Ərazi idarəsinə Neftçala şəhərində yerləşən 0.6 hektar torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” sənədində Ərizəçi, Maraqlı şəxs2, X2 və adında buraxılmış texniki səhvi aradan qaldırmaqla, torpaq və üzərində yerləşən yaşayış evinə reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə bağlı müraciət etmişdir. Müraciətinə 17 fevral 2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmış, ona bildiriş göndərilmişdir. Onun ünvanına göndərilmiş 17 fevral 2023-cü il tarixli, 3-21-3-38 /2-21 - 0004 -8/ 2023 nömrəli bildirşdə qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alan orqandır. Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 64 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəmə Komtiəsi tərəfindən verilmiş JN-16 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədində Ərizəçi soyadının "Məmmədova", Maraqlı şəxs2 soyadının "Məmmədova" və Maraqlı şəxs3 ad və soyadının "Məmmədova Pərvanə" kimi səhvən qeyd edilməsi barədə hüquqmüəyyǝnedici sənəd (məhkəmə qərarı) tərəfinizdən təqdim edilməmişdir. Qeyd edilir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin müddalarına əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahibinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və onların qanuni mənafelərinin pozmayacağını güman etməyə əsas (hüquqmüəyyənedici sənəd məhkəmə qərarı) olduğu halda aparılır. Odur ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin müddalarına əsasən ərizənizin icrasından imtina edilir. Ərizəçi məxsus hüquqmüəyyənedici sənədlərdə - doğum haqqında və nikah haqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqəsində soyad Ərizəçi, Maraqlı şəxs2 məxsus hüquqmüəyyənedici sənədlərdə, doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində soyadı Həsənova Kəmǝlə Xankişi qızı, X13 məxsus hüquqmüəyyənedici sənədərdə doğum haqqında şəhadətnamədə şəxsiyyət vəsiqəsində soyadı Həsənova, adı Təranə kimi yazılmışdır. Bundan başqa, Neftçala rayon Xolqarabucaq İƏDÜN- in xx.xx.2023-cü il tarixli, 61 nömrəli arayışından görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN 162A olan şəhadətnamədə Ərizəçi soyadı səhvən X11 yazılmışdır. AA464 6706 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən adın düzgün yazılışı Ərizəçidır. X5 texniki səhv olaraq X14 yazılıb. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən adın düzgün yazılışı Həsənova Kəmalǝ Xankişi qızıdır. Qızı İsmayılova ( Həsənova) Təranə Xankişi qızı texniki səhv olaraq X12 yazılıb. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən adın düzgün yazılışı İsmayılova (Həsənova) Təranə Xankişi qızıdır. O, xx.xx.2015- ci ildə X17 ilə nikaha girǝrǝk İsmayılova ǝr soyadını qəbul etmişdir. Sənədin şəxsə məxsus olması faktının müəyyən olunması vərəsəlik işinin aparılması üçün lazımdır. Məhkəmədən ərizənin təmin edilməklə, hüquq müəyyənedici sənədin, yəni Neftçala rayon Aqrar İslahatı Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-162A saylı, 80701004 kod nömrəli şəhadətnamə ilə X15, X6, X10 və X7 verilmiş həmin şəhadətnamənin X15, Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması ilə bağı hüquqi faktın müəyyən olunmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ifadə verərək göstərdi ki, Ərizəçi onun anası, İsmayılova (Həsənova) Təranə Xankişi qızı doğma bacısı, mərhum X19 isə atası olmuşdur. Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə atası X15 və onun ailə üzvlərinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə özünün, anasının və bacısının soyadları Həsənova olduğu halda Məmmədova kimi, bacısı Təranənin adı isə Pərvanə kimi göstərilmişdir. Maraqlı şəxs İsmayılova (Həsənova) Təranə Xankişi qızına məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə təqdim etdiyi 11 may 2023-cü il tarixli ərizəsində himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb işə onun iştirakı olamadan baxılmasını xahiş etmişdir. Məhkəmə bu halda işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatını, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan JN-162A saylı, 80701004 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X15 və onun ailə üzvləri X6, X14 qızına və X12 qızına Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində həyətyanı sahə üçün 0,06 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Neftçala rayonu, Xolqarabucaq kənd İƏDÜN tərəfindən 07 fevral 2023-cü il tarixdə verilmiş 61 saylı və Neftçala rayonu X20 tərəfindən həmin tarixli, 8 saylı arayışlardan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-162A olan şəhadətnamədə şəxsin soyadı səhvən X11 yazılmışdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən adın düzgün yazılışı Ərizəçidır. Qızı Maraqlı şəxs2 texniki səhv olaraq X14 yazılıb. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən adın düzgün yazılışı Maraqlı şəxs2dır. Qızı İsmayılova (Həsənova) Təranə Xankişi qızının texniki səhv olaraq soyadı və adı X12 yazılıb, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən adın düzgün yazılışı İsmayılova (Həsənova) Təranə Xankişi qızıdır. “Doğum haqqında” şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə, Maraqlı şəxs2 isə xx.xx.1980-ci ildə və Həsənova (şəx.vəs. İsmayılova) Təranə Xankişi qızı xx.xx.1982-ci ildə doğulmuşdur. “Nikah haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 ilə Ərizəçi arasında 29 oktyabr 1974-cü ildə nikah bağlanmış, nikahdan sonra arvada “Həsənova” soyadı verilmişdir. “Nikah haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə Maraqlı şəxs2 arasında 21 avqust 2004-cü ildə nikah bağlanmış, nikahdan sonra arvada “Həsənova” soyadı verilmişdir. “Nikah haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 ilə X18 arasında 08 iyun 2015-ci ildə nikah bağlanmış, nikahdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. “Ölüm haqqında” şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X19 03 yanvar 2010-ci ildə mədə xərçəngi səbəbindən Neftçala rayonu, Xolqarabucaq kəndində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 17 fevral 2023-cü il tarixli müraciətə baxılması barədə məktubundan qeyd olunur ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 64 saylı qərarına əsasən Dovlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-162A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədində Ərizəçi soyadının "Məmmədova", Maraqlı şəxs2 soyadının "Məmmədova" və Maraqlı şəxs3 ad və soyadının "Məmmədova Pərvanə" kimi səhvən qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd (məhkəmə qǝran) tərəfinizdən təqdim edilməmişdir. Qeyd olunur ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin müddəalarına əsasən hüquqların dövlət deydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü səxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas (hüquqmüəyyənedici sənəd-məhkəmə qərarı) olduğu halda aparılır. Odur ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Məhkəmədə müəyyən edildi ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi, Maraqlı şəxs2 soyadı Həsənova olduğu halda "Məmmədova" kimi, Həsənova (İsmayılova) Təranə Xankişi qızının ad və soyadı isə "Məmmədova Pərvanə" kimi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi, Maraqlı şəxs2 soyadı Həsənova olduğu halda "Məmmədova" kimi, Həsənova (İsmayılova) Təranə Xankişi qızının ad və soyadı isə səhvən "Məmmədova Pərvanə" kimi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən də məhkəmə belə nəticəyə gəlir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə mülkiyyətə verilmiş JN-162A, kod 80701004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, mərhum X15, Maraqlı şəxs2 və Həsənova (İsmayılova) Təranə Xankişi qızına məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X19 və onun ailə üzvləri kimi qeyd olunmuş X3, X8 və X4 adlarına Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə 0,06 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-162A saylı, 80701004 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X15, Ərizəçi, Maraqlı şəxs2 və Həsənova (İsmayılova) Təranə Xankişi qızına məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-338/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-338/2023
12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver