Məhkəmə qərarları › İş №2(053)-344/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-344/2025

11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-344/2025 11.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi tərəfindən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 nömrəli ilə qərarına əsasən X10 Komitəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-137 seriyalı, KOD 80702038 nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı iclası zamanı Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 saylı qərarı ilə 3.43 ha torpaq sahəsinin ailə üzvlərinin paylı birgə mülkiyyətinə verildiyini bildirmişdir. Qeyd edir ki, Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komtəsi tərəfindən onlara “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı (JN- 137, Kod ********) verilmişdir. Həmin sənəddə X3, Ərizəçi Məmməd qızının, X4 və X5 adları torpaq payçıları kimi göstərilmişdir. Neftçala Rayon Aqrar İslahat Komissiyasının diqqətsizliyi üzündən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı sənədində atasının adı Məhəmməd olduğu halda “Məmməd” kimi səhv qeyd edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında buraxılmış texniki səhvə düzəliş olunmaqla mülkiyyətlərində olan 3.43 hektar torpağa Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi üçün 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDKYDƏDK və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə verdiyi ərizəyə xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsində baxılaraq ünvanına bildiriş göndərilmişdir. 11 dekabr 2024-cü il tarixli, 3-21-3-38/2-4973/2024 saylı bildirişdə qeyd edilir ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 saylı qərara əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN: -137 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı sənədində Ərizəçi “Ərizəçi Məmməd qızı” kimi səhv qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd (məhkəmə qərarı) tərəfinizdən təqdim edilməmişdir. Ona məxsus doğum haqqında şəhadətnamədə ata adı X1 qeyd edilmişdir. O, X11 ilə 23 may 1989-cu ildə nikaha daxil olmuş və Umudov soyadını qəbul etmişdir. Lakin nikah şəhadətnaməsində texniki səhv olaraq Ümudov kimi, şəxsiyyət vəsiqəsində isə Ərizəçi kimi yazılmışdır. X11 ilə birgə nikahlarından doğulmuş 06 may 1992-ci il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində Umudov soyadı qeyd edilmişdir. Hesab edir ki, ərizəsinin təmin olunması üçün kifayət qədər əsaslar var. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan JN - 0137 seriyalı, 80702038 kod nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6, Ərizəçi Məmməd qızına və onun ailə üzvləri kimi qeyd edilən X8 və X9 Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 saylı qərarı ilə 3.43 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. “Doğum haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən, eləcə də şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səmədova (Umudova) Rəsmiyyə Məhəmməd qızı 02 avqust 1965-ci ildə Cəlilabad rayonu, Gülməmmədli kəndində doğulmuşdur. AZE seriyalı, 01646190 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 05 dekabr 1960-cı ildə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuşdur. “Nikahın bağlanması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 ilə X2 arasında 23 may 1989-cu ildə nikah bağlanmış, nikahdan sonra arvada “Ümüdova” soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X11 05 dekabr 1960-cı ildə, X13 10 avqust 1990-cı ildə Neftçala rayonu, Qədimkənd kəndində, X14 isə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuşdur. Uşaqların atası X11, anası isə Ərizəçidır. Məhkəmədə müəyyən edildi ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 3.43 hektar torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi ata adı (Məhəmməd) olduğu halda “Məmməd” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən də məhkəmə belə nəticəyə gəlir ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilmiş JN – 0137 seriyalı, kod 80702038 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi, X6 və ailə üzvləri, Nağıyeva (nikahdan əvvəl - Umudova) Vəfa Fikrət qızına və X9 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6, Ərizəçi Məmməd qızına və onun ailə üzvləri kimi qeyd edilən X8 və X5 adlarına Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 saylı qərarı ilə 3.43 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətlərinə verilməsinə dair JN - 0137 seriyalı, 80702038 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının X6, Ərizəçi qızna və ailə üzvləri, Nağıyeva (nikahdan əvvəl - Umudova) Vəfa Fikrət qızına və X9 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar