Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-37/2023 17.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikinti obyektinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh – ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən yaşadığı evin hasarına bitişik torpaq sahəsində qanunsuz olaraq yan divarları mişar daşlarından hörülmüş, tikintisi başa çatmamış 30 kvadratmetr ölçüdə qeyri-yaşayış obyektinin (ticarət obektinin) sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikinti obyektinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-37/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-37/2023
17.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver