Məhkəmə qərarları › İş №2(053)-372/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-372/2023

29.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-372/2023 29.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı cavabdeh Neftçala rayon İcra Hakimiyyətinə qarşı «miras əmlak» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Neftçala Rayon İcra Hakimiyyətinə qarşı şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 08 dekabr 2009-cu il tarixdə doğulmuş X1 şəhid ailəsi kimi Neftçala Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qeydiyyata alınması və onun pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir». Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin mənasına görə məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. Ərizəyə əlavə olunmuş Neftçala Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadında qeyd olunan nöqsanlar tam olaraq aradan qaldırılmamışdır. Belə ki, iddia ərizəsində Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində nəzərdə tutulan hallardan biri, iddiaçının tələbi düzgün qeyd olunmayıb. Görünür ki, iddiaçı ərizənin “xahiş edirəm” hissəsində məhkəmədən şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 08 dekabr 2009-cu il tarixdə doğulmuş X1 şəhid ailəsi kimi Neftçala Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qeydiyyata alınması və onun pay hüququnun müəyyən edilməsi vəsifəsinin inzibati orqanın üzərinə qoyulmasını xahiş etməklə qanunvericiliyin yuxarıda göstərilən tələbini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən “iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267–268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Neftçala Rayon İcra Hakimiyyətinə qarşı «miras əmlak» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar