Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-372/2024 20.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, ərizəçi Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının “şəxsin (şəxslərin) fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsinə məhkəmə hazırlıq iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası ərizə ilə məhkəməyə müraciət edərək – “F22 Sayıqlama” diaqnozu ilə xəstə olanlar, Neftçala rayonu Tatarməhlə kəndində doğulmuş 29 mart 1956-cı il təvəllüdlü X5 və 15 sentyabr 1958-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-372/2024 nömrəli iş üzrə 11 mart 2024-cü il tarixli qərardadı ilə Ambulator Məhkəmə-Psixiatriya Ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. 23 iyul 2024-cü il tarixdə 2(053)-372/2024 nömrəli mülki iş müvafiq ekspert rəyi ilə birlikdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizəçi Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 işin məhkəmə hazırlıq iclası zamanı ərizə verərək iddianın təmin olunmasına zərurət olmadığından ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – ərizəçi Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qaytarılmalıdır. Ona görə və Azərbaycan Respublikası MPM-nin 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının “şəxsin (şəxslərin) fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçi Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-372/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-372/2024
20.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver