Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-398/2023 14.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi – təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunan, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 1036,80 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, ona məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evində **********510 nömrəli abonent kodu ilə qaz sayğacı vardır. Həmin fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə keçmiş sahibi X2 almışdır. Təbii qazın verilişi ünvan 1inə 2016-cı il tarixindən başlamışdır. Həmin müddətdən fərdi yaşayış evində yaşayış olmamış və təbii qazdan istifadə edilməmişdir. Bu fakt xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda öz əksini tapır. Aktı Neftçala rayonu İcra Hakimiyyəti Başçısının yanında Yuxarı Qaramanlı KİƏDN, Neftçala rayonu, Yuxarı Qaramanlı bələdiyyəsinin sədri və kənd sakinləri öz imzaları ilə təsdiq etmişlər. Cavabdehin işçiləri onun məlumatı olmadan sayğaca müdaxilə etdiyini, sayğacın şüşəsinin qırıq olduğunu əsas gətirərək borc hesablamışlar. Hazırda cəmi 1036,80 manat ondan pul tələb olunur. Daha sonra əldə etdiyi sənədlər əsasında məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndələri evə gəlmişlər və guya sayğaca baxış keçirmiş, sonra akt yazmışlar. Aktın yazılmasını səbəbini sayğaca müdaxilə edilməsi, sayğacın qoruyucu şüşəsinin sınıq olmasıdır. Həmin akta görə 1036,80 manat cərimə hesablamaları ona müəyyən olunmuşdur. Aşağıda göstərilənlərə əsasən cavabdehin nümayəndələri tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli akt və həmin akta görə hesablanmış cərimə tamamilə qanunsuzdur. Birincisi o və ya ailə üzvlərindən kimsə və ya başqa bir şəxs həmin ünvanda yaşamır, sayğaca müdaxilə edilməsinin heç bir əsası yoxdur. Cavabdehin istənilən vaxt sayğacın işləmə prinsipinə nəzarət etmək imkanı var. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməyib. 15 gündən bir cavabdehin nümayəndəsi gəlib sayğaca nəzarət etməli idi və qanuna əsasən bu onun vəzifəsi və borcudur. Lakin cavabdehin nümayəndəsi öz vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin iddia ərizəsinə əlavə etdiyi foto şəkillərdən də göründüyü kimi, onun evində yaşayış olmadığı üçün sayağacdan qaz xətti çəkilməmişdir. Qeyd olunanlar cavabdehin xx.xx.2022-ci il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli akt və həmin akt əsasında hesabladığı 1036,80 manat cərimənin qanunsuz olduğunu birbaşa sübut edir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyi öz nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər”. Məhkəmə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsininin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1i ünvanında daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 30 yanvar 2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı fərdi yaşayış evində quraşdırılmış “Zenner G-4” markalı, **********0 nömrəli sayğac abonentin borcu olduğu üçün smart sayğacla dəyişdirilərək “Zenner G-4” markalı, STS **********067 nömrəli yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 26 dekabr 2022-ci il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, ARDNŞ-nin “Azəriqaz” İB-nin qaz sayğaclarının yoxlanması barədə 23 iyul 2022-ci il tarixli, AKT № MSK – 29/1710-04802-1 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılmış “G-4” markalı, 10065758 nömrəli qaz sayğacına baxış keçirilmişdir. Qeyd olunur ki, sayğacın qoruyucu şüşəsi sınmışdır və sayğacdan qaz keçir. Keçən qazın həcmini qeydə almır. Sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, hesablanmış ziyan tam ödənilməlidir”. İş materiallarına əlavə edilmiş 02 fevral 2023-cü il tarixdə Neftçala rayonu İcra Hakimiyyəti başçısının Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X7, Neftçala rayonu Yuxarı Qaramanlı bələdiyyəsinin sədri X3, Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini İddiaçı və Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini X5 tərəfindən tərtib olunmuş və imzalanmış aktdan görünür ki, əvvəlki sahibi X6 tərəfindən 1990-cı ildə tikilmiş ümumi sahəsi 99.3 m2-dən ibarət Yuxarı Qaramanlı kəndində yerləşən ev 13 may 2022-ci il tarixdə Daşınmaz Əmlakın AN-İ №1031464 alqı- satqısı müqaviləsinə əsasən Yuxarı Qaramanlı kənd sakini İddiaçı satılmışdır. Yuxarı Qaramanlı kəndində 2016-cı il tarixində təbii qaz çəkilişi həyata keçirilib. Yuxarıda göstərilən evdə satıldığı günə kimi yaşayış olmadığı üçün daxili qaz xətləri çəkilməmişdir və 23 dekabr 2022-ci il tarixə kimi göstərilən evdə təbii qazdan istifadə edilməmişdir. İş materiallarına əlavə edilmiş iki ədəd fotoşəkildən görünür ki, bir ədəd sayğacın qoruyucu şüşəsi sınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “Azəriqaz” İB-nin iddiaçı X1 yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent № 23**********510, ünvan 1i) barədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 dekabr 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında müəyyən edilən dəymiş zərər məbləği (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-398/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-398/2023
14.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver