Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-44/2025 13.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, ərizəçi X4 iştirakı ilə ərizəçi X13 tərəfindən sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X13 məhkəməyə ərizə ilə müraciət edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1996-cı il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN: 081F Kod 80703038 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X11 məxsus olması faktı müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclasında ərizəçi X13 məhkəməyə ərizə təqdim edərək ərizəsində dəqiqləşdirmə apararaq, onun və ailə üzvləri kimi qeyd edilmiş X6, X5 və X1 Neftçala rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1996-cı il tarixli, 09 saylı qərarı ilə 0,08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN: 081F Kod 80703038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X7, X11, X8, X3 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir. X13 işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1996-cı il tarixli, 09 nömrəli qərarı ilə 0.08 hektar həyətyanı torpaq sahəsinin X4, X6, X5 və X2 mülkiyyətinə verildiyini bildirmişdir. Qeyd edir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 22 noyabr 1996-cı il tarixli, 09 saylı qərarına əsasən X18 Komitəsi tərəfindən verilmiş JN: 081F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə sənədində “X14” kimi səhv qeyd edilmişdir. Neftçala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 081F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhdətnamə sənədində X6 ata adında buraxılmış səhvi aradan qaldırmaqla, Neftçala rayonu, Dördlər kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Müracətinə 02 sentyabr 2024-cü il tarixdə baxılaraq, Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş göndərilmişdir. 13 saylı Şirvan Ərazi İdarəsinin 02.09. 2024-cü il tarixli, 3-21-3-38/2-2959/2024 nömrəli imtina məktubunda bildirilir ki, Neftçala rayonu, Dördlər kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Katastırı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Neftçala rayonu X10 22 noyabr 1996-cı il tarixli, 09 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN: 081F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə sənədində X6 “X14” kimi səhv qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd (məhkəmə qərarı) tərəfinizdən təqdim edilməmişdir. X11 məxsus hüquqmüəyyənedici sənədlərdə - doğum haqqında, nikahın bağlanması haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində ata adı “Hacı” kimi qeyd edilmişdir. Hazırda evlərinə qaz xətti çəkdirmək istəyir. 01 oktyabr 2024-cü il tarixdən mülkiyyətə dair hüquqmüəyyənedici sənədləri olmayan evlərin qazlaşdırılması mümükün deyildir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan JN-081F saylı, 80703038 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X7 və onun ailə üzvləri kimi qeyd edilən X12, X8 və X3 Neftçala rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1996-cı il tarixli, 09 saylı qərarı ilə 0.08 hektar həyatyanı torpaq sahəsi verilmişdir. “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 31 mart 1956-cı ildə doğulmuşdur. “Nikah haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X19 arasında 12 may 1980-ci ildə nikah bağlanmış, nikahdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. AZE seriyalı, 16363431 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 31 mart 1956-cı ildə Neftçala rayonu, Saratovka kəndində doğulmuşdur. Neftçala rayonu Boyat Bələdiyyəsinin və Neftçala rayon Boyat İƏDÜN-nin arayışlarından görünür ki, həqiqətən JN-081F saylı, 80703038 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Neftçala rayonu, Dördlər kənd sakini X6 ata adı səhvən “Nağı” yazılmış, düzgün olaraq onun ata adı Hacıdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 02 sentyabr 2024-cü il tarixli imtina barədə bildirişindən görünür ki, X4 müraciətinə baxılmış və onun müraciətindən imtina edilmişdir. Məhkəmədə müəyyən edildi ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1996-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsi üzrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Məlahət Məmmədovanın ata adı Hacı olduğu halda "Nağı" kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1996-cı il tarixli, 09 saylı qərarı ilə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsi üzrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Məlahət Məmmədovanın ata adı Hacı olduğu halda səhvən “Nağı” kimi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən də məhkəmə belə nəticəyə gəlir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1996-cı il tarixli, 09 saylı qərarı ilə mülkiyyətə verilmiş JN-081F, kod 80703038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçi X7, X11, X8 və X3 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X13 və onun ailə üzvləri kimi qeyd olunmuş X9, X5 və X1 adlarına Neftçala rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1996-cı il tarixli, 09 saylı qərarı ilə 0.08 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-081F saylı, 80703038 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X7, X11, X8 və X3 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-44/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-44/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver