Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-460/2023 16.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Neftçala Rayon Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Neftçala Rayon Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilə və Neftçala şəhəri, Qələbə küçəsində yerləşən, 2233 inventar nömrəli 29 iyun 1996-cı il tarixli qeydiyyat vəsiqəsi olan fərdi yaşayış evinə Neftçala Rayon Dövlət Notariat Kontorunda verilmiş 25 iyul 1996-cı ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun hüquqi nəticəsi olaraq aparılmış bütün notarial hərəkətlərin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi, Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Neftçala Rayon Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-460/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-460/2023
16.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver