Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-47/2023 03.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası - 19 sentyabr 1959-cu il təvəllüdlü «şizofreniya paranoid forma fasiləsiz tərəqqi gedişli» diaqnozlu xəstəlikdən əziyyət çəkən X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, anası – 19 sentyabr 1959-cu il təvəllüdlü X2 ruhi xəstə olduğunu və ona «şizofreniya paranoid forma fasiləsiz tərəqqi gedişli» diaqnozu qoyulduğunu bildirmişdir. Ruhi-psixoloji problemləri olan anasının qayğısına övladı olaraq özü qalmaqla, onun bütün ehtiyaclarını qarşılamağa çalışır. Anası özünü təbii olaraq xəstəliyə uyğun şəkildə aparır. Onun anlaqsız şəkildə olan hərəkətlərini yalnız özü tənzimləyə bilir. Qeyd edir ki, atası X6 04 iyun 2011-ci ildə vəfat etmişdir. Anasının xəstəlik səbəbindən özünü anormal aparmasını qonşular və onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. Qeyd olunan diaqnozla xəstə olan və 63 yaşı olan anası bu vaxtadək rəsmi şəkildə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmədiyindən onunla bağlı hər hansı bir hüquqi prosedurların həyata keçirilməsi mümkün deyildir. Ona görə də anası X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs nümayəndəsi X1 Fatmanisə Məmədi qızının xəstəliyini nəzərə alaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçini və Maraqlı şəxs nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. «Şəxsiyyət vəsiqəsi»nin və «Doğum haqqında» şəhadətnamənin surətləri ilə müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1981-ci ildə Neftçala rayonu, Tatarməhlə kəndində doğulub. X5 onun anasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 35 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 22 fevral 2016-cı il tarixli 5GFBYN70002 nömrəli müayinə arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Neftçala rayonu, Tatarməhlə kənd sakini X7 xx.xx.2016-cı ildə TSEK tərəfindən müayinə olunmuş və ona «şizofreniya paranoid forma fasiləsiz tərəqqi gedişli» diaqnozu əsasında ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 18 fevral 2023-cü il tarixli 457 saylı rəyində qeyd olunur ki, 19 sentyabr 1959-cu il təvəllüdlü X3 «Şizofreniya paranoid forma» xroniki psixi xəstəliyi qeyd olunur. F.M.Bağırova öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. F.M.Bağırovanın psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 19 sentyabr 1959-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X7 üzərində qəyyumluq təyin edilməsi üçün Maraqlı şəxsnə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 sentyabr 1959-cu ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X7 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Maraqlı şəxsnə göndərilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-47/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-47/2023
03.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver