Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-472/2025 23.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu, Şorkənd kəndində yerləşən Neftçala rayon Aqrar İslahat komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 saylı qərarı ilə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsinə aid JN-072F kod 80704068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 08 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək hazırda işin baxılmasına zərurət olmadığından iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 qaytarılmalıdır. Ona görə və Azərbaycan Respublikası MPM-nin 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-472/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-472/2025
23.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver