Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-473/2025 14.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi, Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Daun xəstəliyi. Dərin ağıl zəifliyi psixopatabənzər davranışlarla» diaqnozu ilə xəstə olan bacısı – 24 fevral 1982-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, hazırda himayəsində olan 24 fevral 1982-ci il təvəllüdlü bacısı X1 əqli qüsurlu xəstə olduğunu bildirmişdir. Qeyd edir ki, bacısına «Daun xəstəliyi. Dərin ağıl zəifliyi psixopatabənzər davranışlarla» diaqnozu qoyulub. Ruhi-psixoloji problemləri olan bacısının qayğısına özü qalır. Müstəqil, şüurlu şəkildə özünü idarə edə bilmədiyi üçün onun bütün ehtiyaclarını xüsusi həssaslıqla qarşılayır. Anadangəlmə xəstə olan Əsnayi Zeynalova hazırda özünü təbii olaraq xəstəliyə uyğun şəkildə aparır. Onun anlaqsız şəkildə olan hərəkətlərini yalnız özü, eləcə də ixtisaslaşmış müəssisədə çalışan həkimlər tənzimləyə bilir. Bacısının əqli qüsurlu xəstə olmasını, bu səbəbdən özünü anormal aparmasını qohum və qonşular, o cümlədən onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. Bacısı əqli qüsurlu olduğu üçün onunla bağlı heç bir hüquqi prosedur həyata keçirə bilmir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hazırda «Daun xəstəliyi. Dərin ağıl zəifliyi psixopatabənzər davranışlarla» diaqnozu ilə xəstə olan bacısı X1 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qanunamüvafiqdir. Ona görə də bacısı X1 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 işin məhkəmə baxışı zamanı X1 xəstəliyini nəzərə alaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçini və Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamələrin surətləri ilə müəyyən olunur ki, X4 xx xxxxxx 1975-ci ildə Neftçala şəhərində doğulmuş Ərizəçi bacısıdır. «Ölüm haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, X6 02 aprel 1992-ci ildə, X7 isə 21 dekabr 2024-cü ildə ölmüşlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü X4 ümumi xəstəlik səbəbi ilə (diaqnoz: Daun xəstəliyi. Dərin ağıl zəifliyi psixopatabənzər davranışlarla) ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin 01 may 2025-ci il tarixli 1381 nömrəli rəyində qeyd olunur ki, «X2 daun sindromu nəticəsində yaranan dərin (idiotiya dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Ə.O.Zeynalova psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarına malik deyil. Ə.O.Zeynalovanı psixi xəstəliyinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır». Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 24 fevral 1982-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X4 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 fevral 1982-ci ildə Neftçala şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X4 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-473/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-473/2025
14.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver