Məhkəmə qərarları › İş №2(053)-500/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-500/2025

16.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-500/2025 16.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi tərəfindən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 nömrəli ilə qərarı ilə X15 Komitəsi tərəfindən verilmiş (JN:0016, kod ********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktının X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı Ərizəçi ərizəsində dəqiqləşdirmə barədə ərizə təqdim edərək “xahiş edirəm” hissənin aşağıdakı kimi oxunmasını, - Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 nömrəli qərarına əsasən X15 komitəsi tərəfindən verilmiş (JN 0016 seriyalı, ********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktının X5, X12 və Ərizəçi məxsus olması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 nömrəli qərarı ilə 2.57 ha torpaq sahəsinin ailə üzvlərinin paylı mülkiyyətinə verildiyini bildirmişdir. Əlavə olaraq qeyd edir ki, həmin qərara əsasən X15 Komitəsi tərəfindən torpağa mülkiyyət hüququna dair (JN-0016 seriayalı, ********) Kod №-li Dövlət aktı da mövcuddur. İslahat Komissiyasının ona və ailə üzvlərinə torpaq sahəsinin verilməsinə dair həmin qərarı üzrə verilmiş aktda komissiyanın diqqətsizliyi üzündən X2 atasının adı “Abkərim” kimi səhv qeyd edilmişdir. X5 17 avqust 2010-cu ildə vəfat etmişdir. O, həmin texniki səhvi aradan qaldırmaqla, mülkiyyətlərində olan 2.57 ha torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi üçün 13 saylı Ərazi İdarəsinə müraciət etmiş və ünvanına bildiriş göndərilmişdir. Həmin bildirişdə mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X3 məxsus ölüm haqqında şəhadətnamədə və onun şəxsiyyət vəsiqəsində ata adı Abdulkərim yazılmışdır. Ona məxsus olan doğum haqqında şəhadətnamənin də ana qrafasında X5, bacısı X9 doğum haqqında şəhadətnaməsində də ana qrafasında X1 qeyd edilmişdir. Qeyd edir ki, ərizəsinin təmin olunması üçün kifayət qədər əsaslar mövcuddur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan JN - 0016 seriyalı, 80702038 kod nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7, X11 və onun ailə üzvləri kimi qeyd edilən Ərizəçi Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-cı il tarixli, 62 saylı qərarı ilə 2.57 hektar kənd təsərüffatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi mülkiyyətinə verilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci ildə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuşdur. AZE seriyalı, 03240067 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 1927ci ildə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuşdur. AZE seriyalı, 06718768 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 06 oktyabr 1956-ci ildə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuşdur. “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X12 06 oktyabr 1956-cı ildə, Ərizəçi isə xx xxxxxx 1967-ci ildə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuşdur. X6, anaları isə X4r. “Ölüm haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 17 avqust 2010-cu ildə insult, hipertenziya səbəbindən Neftçala şəhərində ölmüşdür. Məhkəmədə müəyyən edildi ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.57 hektar torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair torpağa mülkiyyət hüququna dair Dövlət aktında Xeyrənsə Xankişiyevanın atasının adı Abdulkərim olduğu halda “Abkərim” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən də məhkəmə belə nəticəyə gəlir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilmiş JN – 0016 seriyalı, kod 80702038 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi, X3 və X11 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8, X12 və onun ailə üzvləri kimi qeyd olunmuş Ərizəçi adlarına Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 mart 2002-ci il tarixli, 62 saylı qərarı ilə 2.57 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətlərinə verilməsinə dair JN - 0016 seriyalı, 80702038 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının X3, X12 və onun ailə üzvləri kimi qeyd olunmuş Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar