Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-62/2023 09.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinə dəymiş zərərin və borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 avqust 2022-ci il tarixə 710,46 manat gecikdirilmiş əsas borc, 482,09 manat gecikdirilmiş mükafat borcu, həmin günə hesablanmış 407,37 manat dəbbə pulu, 1.115 manat lizinq obyektinə dəymiş zərər olmaqla, ümumilikdə 2.714,92 manat borcun və ödənilmiş 47,55 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X7 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, iddiaçı ilə X9 arasında 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi bağlandığını bildirmişdir. Həmin müqaviləyə əsasən Ruzi Əsgərovun sifarişi ilə 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320057 ban nömrəli, gümüşü rəngli avtomobil 16.700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X9 illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilikdə isə 22.488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22.488 manatın 16.700 manatı əsas məbləğ təşkil edir. 05 may 2021-ci il tarixdə X9, X4 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Namik Hüseynov öz üzərinə götürmüşdür. 06 may 2021-ci il tarixdə X5, Salman-zadə Emin Zakir oğlu və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Emin Salman-zadə öz üzərinə götürmüşdür. 23 sentyabr 2021-ci il tarixdə Salman-zadə Emin Zakir oğlu, X4 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Namik Hüseynov öz üzərinə götürmüşdür. 18 oktyabr 2021-ci il tarixdə X5, X6 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS- 3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Tural Fərəcov öz üzərinə götürmüşdür. 21 oktyabr 2021-ci il tarixdə X6, X10 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS- 3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Elvin Əliyev öz üzərinə götürmüşdür. 21 may 2021-ci il tarixdə X10, Cavabdeh və İddiaçı MMC arasında MAS- 3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 06 may 2022-ci il tarixdə 406 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 avqust 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 1.115 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 avqust 2022-ci il tarixə ümumilikdə 1.599,92 manat gecikmə borcu yaranmışdır. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia qismən təmin edilməlidir. İddiaçı MMC ilə X9 arasında bağlanmış 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsindən görünür ki, Ruzi Əsgərovun sifarişi ilə 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320057 ban nömrəli, gümüşü rəngli avtomobil 16.700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və müqavilənin ayrılmaz tərkib hissəsi olan 3 nömrəli Əlavəyə əsasən illik 19 % hesabı ilə 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat ödənilməsi şərtilə sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə lizinq obyektini qiyməti 16.700 manat olan bir ədəd 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, NVAW01HHFME320057 ban nömrəli, gümüşü rəngli avtomobil təşkil edir. 22 fevral 2021-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, X9 lizinq obyektini təşkil edən qiyməti 16.700 manat olan bir ədəd 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, NVAW01HHFME320057 ban nömrəli, gümüşü rəngli avtomobili Bakı şəhərində lizinqə qəbul etmişdir. 05 may 2021-ci il tarixli müqavilədən görünür ki, X9, X4 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Namik Hüseynov öz üzərinə götürmüşdür. 05 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X9 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə X2 təhvil vermişdir. 06 may 2021-ci il tarixli müqavilədən görünür ki, X4, Salman-zadə Emin Zakir oğlu və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Emin Salman-zadə öz üzərinə götürmüşdür. 06 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan ««Khazar SD» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə Salman-zadə Emin Zakir oğluna təhvil vermişdir. 23 sentyabr 2021-ci il tarixli müqavilədən görünür ki, Salman-zadə Emin Zakir oğlu, X4 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Namik Hüseynov öz üzərinə götürmüşdür. 23 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Salman-zadə Emin Zakir oğlu istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə X2 təhvil vermişdir. 18 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, X4, X6 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Tural Fərəcov öz üzərinə götürmüşdür. 18 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə X3 təhvil vermişdir. 21 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, X6, X10 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Elvin Əliyev öz üzərinə götürmüşdür. 21 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X6 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə X8 təhvil vermişdir. 21 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, X10, Cavabdeh və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. 21 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X10 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə Cavabdeh təhvil vermişdir. İddiaçı MMC Servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «Khazar SD» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 03 oktyabr 2022-ci il tarixdə servis mərkəzində ilkin texniki baxışdan keçirilmiş, baxış zamanı avtomobildə dəyişdiriləcək ehtiyat hissələrinin ümumi dəyəri 325,00 manat, ümumi xidmət haqqı 790 manat olmaqla yekun ödəniləcək məbləğin 1.115,00 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş 03 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə 07 avqust 2022-ci tarixə gecikdirilmiş əsas borcu 710,46, manat gecikdirilmiş mükafat borcu 482,09 manat və cərimə borcu 407,37 manat olmaqla, ümumilikdə 1599,92 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 747.1, 747-1.1, 747-2 və 747-3.2-ci maddələrinə əsasən «Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur», «Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir)», «Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır», «Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir». Azərbaycan Respublikası MM-nin 748-10.1-ci maddəsinə əsasən «Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunun miqdarı 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 47,55 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 avqust 2022ci il tarixə 710 (yeddi yüz on) manat 46 (qırx altı) qəpik gecikdirilmiş əsas borc, 482 (dörd yüz səksən iki) manat 09 (doqquz qəpik) gecikdirilmiş mükafat borcu, 50 (əlli) manat dəbbə pulu borcu, 1.115 (min yüz on beş)) manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 2.357 (iki min üç yüz əlli yeddi) manat 55 (əlli beş) qəpik borc və ödənilmiş 47 (qırx yeddi) manat 55 (əlli beş) qəpik dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-62/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-62/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver