Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-635/2023 14.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçılar - Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X2, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 «sənədin şəxsə məxsus olması barədə» ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar - Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X2, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 ərizə ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 1997-ci il tarixli, 23 saylı Neftçala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən, ümumi sahəsi 5,63 hektar olan torpaq sahəsinə dair JN 458 saylı, KOD 80700038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçılar özlərinin paylı mülkiyyətindəki torpaq sahəsinin hüquq müəyyənedici sənədi olan «torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında texniki yanlışlıq nəticəsində onların ailə üzvü olmayan, tanımadıqları şəxsin (X1) adının mülkiyyətçi kimi göstərilməsini qeyd edərək, məhz bu səbəbndən məhkəməyə müraciət etdiklərini ifadə etmiş və yuxarıda adı çəkilən hüquq müəyyənedici sənədin yalnız onlara məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişlər. Qeyd olunur ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə Azərbaycan Respublikası MPM-nin XXX fəslinə uyğun olaraq xüsusi icraat qaydasında baxılır. Həmçinin ərizəçilər tərəfindən qaldırılan həmin işlərə bilavasitə ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Məhkəmə hesab edir ki, təqdim edilmiş ərizədə özlərini ərizəçi qismində göstərməli olan şəxslər özlərini iddiaçı qismində, maraqlı şəxs qismində cəlb etməli olduqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Əarizi İdarəsini isə cavabdeh qismində işə cəlb etməklə prosessual qanunvericiliyin tələblərini pozmuşlar. Eyni zamanda müəyyən olunur ki, iddiaçılardan (ərizəçilərdən) Ərizəçi5 və Ərizəçi7 rəsmi qeydiyyatda olquları ünvanlarının müvafiq olaraq ünvan 1ə Lerik rayonu, Livədirqə kəndi olmalarına baxmayaraq ərizədə ünvan 2 ünvanı kimi göstərilməklə ərizənin qanunvericiliklə nəzərdə tutulmuş formasına və məzmununa riayət edilməmiş, habelə ərizə Ərizəçi5 tərəfindən imzalanmamışdır. Bununla yanaşı iddiaçıların (ərizəçilərin) məsələ ilə bağlı aidiyyəti dövlət orqanına - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmələri və həmin orqanın imtinası da təqdim edilmiş sənədlərdən görünmür. Həmçinin qeyd edilir ki, ərizəyə əlavə edilmiş yazılı sübutlar da surət olmaqla Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələbinə ziddir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində «iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)» göstərilir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən «yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir». Eyni Məcəllənin Azərbaycan Respublikası MPM-nin 305.1.1 və 306.2-ci maddələrinə əsasən məhkəmə «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında» işələrə xüsusi icraat qaydasında baxır, «Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır». Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Bu Məcəllənin 152.1.1 və 151.2-ci maddələrinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə», «iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır». Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar - Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X2, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 «sənədin şəxsə məxsus olması barədə» ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-635/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-635/2023
14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver