Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-645/2025 05.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 saylı Qərarına əsasən X2 Komitəsi tərəfindən verilmiş (JN: 032A, KOD ********) “Torpağın mülkiyyət hüquna dair” şəhadətnamənin X1 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışına hazırlanması zamanı ərizə verərək ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – Ərizəçi qaytarılmalıdır. Ona görə və Azərbaycan Respublikası MPM-nin 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-645/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-645/2025
05.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver