Məhkəmə qərarları › İş №2(053)-678/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-678/2023

31.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-678/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X1rşı “05 may 2023-cü il tarixdə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 05 may 2023-cü il tarixli, bildiriş xəbərdarlıqla ona tətbiq edilmiş 1585 manat cərimə məbləğinin həddindən artıq olması səbəbindən akt əsasında hesablanmış 1585 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, o, Neftçala rayonunda anadan olmaqla, hazırda rayonun Yuxarı Qaramanlı kəndində yaşayır. Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində yerləşən fərdi yaşayış evi ona məxsus olmaqla mülkiyyətindədir. Uzun illər bundan əvvəl həmin yaşayış evinə elektrik xətti çəkilmiş və sayğac quraşdırılmışdır. Ötən müddət ərzində istifadə etdiyi enerjiyə görə enerji haqlarını özü ödəmiş və bununla bağlı elektrik şəbəkəsi ilə onun arasında heç bir narazılıq olmamışdır. 12 aprel 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş və elektrik xəttində sayğacdankənar qoşulma halı aşkar etdiklərindən bu barədə 12 aprel 2023-cü il tarixli, 032044 saylı akt tərtib etmişlər. Həmin akta o, özü də imza etmiş və akt tərtib olunan zaman əməkdaşlar ona bildirmişlər ki, bu vəziyyətlə əlaqədar olaraq onu 30-40 manat cərimə edəcəklər. O da onların dediklərinə etiraz etmədən akta imza etmişdir. Lakin 05 may 2023-cü il tarixdə ona bildiriş-xəbərdarlıq verilən zaman qörmüşdir ki, ona 1585 manat cərimə yazılmişdir. O, cərimənin məbləğinin həddindən artıq olmasını bildiyindən X3 gedərək onlara öz etirazını bildirmişdir. Şəbəkədən ona bildirmişlər ki,əgər cərimədən narazılığı varsa və cərimənin həddən artıq çox olmasından şikayəti varsa bu barədə məhkəməyə müraciət edə bilər. O da həmin cərimənin silinməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Neftçala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin məhkəmə xx.xx.2023-cü il tarixli, 2(053)-469\2023 saylı qərardad çıxararaq toplanmış materialda nöqsanlar aşkar olunduğunu qeyd edərək materialı geri qaytarmışdır. Müvafiq sənədləri toplayıb yenidən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abiyev X2 rayonu, Yuxarı Qaramanlı kəndində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 12 aprel 2023-ci il tarixdə tərtib olunmuş “Elektrik enerjisindən istifadə qaydalarına riayyət olunması” haqqında 032044 nömrəli aktın surətindən görünür ki, EEİQ-nin tələblərinə əsasən fərdi yaşayış evinə məxsus elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, yuxarıda göstərilən abonent “fərdi yaşayış evində sayğac sxemindən kənar xəttdən istifadə edilir. Belə ki, kənar xətt abonentin həyətindən keçən, 0,4 voltluq şəbəkədən budaqlanma yolu ilə çəkilmişdir. Tələb: EEİQ-nə uyğun kənar xətt ləğv edilsin”. İş materiallarına əlavə olunmuş 548761 saylı müqavilədən görünür ki, "xxxx" ASCnin Neftçala EŞ-nın səbəkə rəisi A.Babayev şəxsində Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini İddiaçı (nümayəndəsi) məişət abonenti ilə tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********00069 nömrəli kod üzrə xx.xx.2023-cü il tarixli bildirişindən məlum olmuşdur ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, hazırda 1606,21 manat məbləğində borc yaranmışdır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, 12 aprel 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun yaşadığı ünvana gələrək sayçağa baxış keçirmiş və elektrik xəttində sayğacdan kənar qoşulma aşkar etdiklərindən bu barədə xx.xx.2023-cü il tarixli, 032044 saylı akt tərtib etmişlər. Həmin aktı o, özü də imzalamış və bu vəziyyətlə əlaqədar onu 30-40 manat cərimə edəcəklərini eşidib razılaşmışdır. Lakin sonradan 05 may 2023cü il tarixdə bildiriş alaraq 1585 manat məbləğində cərimə edildiyini bilmişdir. Cərimə yüksək olduğundan X3 gedərək etirazını bildirmişdir. Ona izah edilmişdir ki, cərimənin çoxluğundan narazılığını məhkəməyə müraciət edərək bildirməlidir. Bildirir ki, həqiqətən də sayğacdan qanunsuz istifadə etmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə iddiaçının bildirdiyi kimi elektrik enerjisindən qanunsuz olaraq istifadə etdiyini özünün səmimi etirafı və digər sübutlala müəyyən edib. Belə olan halda hazırkı mülki iş üzrə iddianın təmin olunması əsassızdır. Bunu nəzərə alaraq məhkəmə hazırkı mülki işə mahiyyəti üzrə baxıb qətnamə çıxarılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. Məhkəmə iddiaçı tərəfi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehə qarşı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməyib. Göstərilənləri və işin s. faktik hallarının nəzərə alaraq məhkəmə iddianın təmin olunmasını mümkün saymır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir”. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və iddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəməyə iddia ilə müraciət olunması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X1rşı “05 may 2023-cü il tarixdə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar