Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-686/2024 31.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı «Cavabdehin vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və iddiaçıların miras əmlak üzərində müəyyənləşdirilən miras paylarına mütanasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsi ilə iddiaçıların miras əmlak üzərində müəyyənləşən miras paylarına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən “Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir”. Eyni Məcəllənin 36.1-ci maddəsinə əsasən “Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər”. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Belə ki, ərizədə cavabdehin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməmişdir. Bu məlumatlar qeyd edilmədiyindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxs haqqında sorğu vermək mümkün olmur. Bununla da iş üzrə cavabdehin hazırda hansı ünvanda qeydiyyatda olması şübhə yaratdığından işin icraata qəbul edilməsi hazırkı vəziyyətdə yuxarıda göstərilən qanunvericiliyin tələblərinin pozulması kimi qəbul edilir. Ərizədə Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinə istinad olunaraq qeyd olunur ki, cavabdehin yaşayış yeri iddiaçılara məlum olmadığından həmin şəxsin əmlakının olduğu yerə görə iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə qeyd olunan maddənin tələbini rəhbər tutaraq müəyyən etmişdir ki, iddia ərizəsinə ərizənin surətləri, dövlət rüsumunun ödənilməsi haqqında qəbzlər, etibarnamələr, vəkil orderi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsi əlavə edilsə də cavabdehin əmlakının olduğu yeri müəyyən edən sənəd (Çıxarış, qeydiyyat vəsiqəsi, order və.s) əlavə olunmamışdır. Bununla da cavabdehin əmlakının olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən “İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən “iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır”. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur”. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «Cavabdehin vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və iddiaçıların miras əmlak üzərində müəyyənləşdirilən miras paylarına mütanasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-686/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-686/2024
31.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver