Məhkəmə qərarları › İş №2(053)-724/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-724/2025

19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-724/2025 19.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1999-cu il tarixli, 44 nömrəli və 14 mart 2002-ci il tarixli, 62 nömrəli qərarları ilə verilmiş (JN:0123, KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət X4 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1999-cu il tarixli, 44 nömrəli və 14 mart 2002-ci il tarixli, 62 nömrəli qərarları ilə 2,57 hektar torpaq sahəsi ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Sözügedən komissiyanın 24 noyabr 1999-cu il tarixli, 44 nömrəli və 14 mart 2002-ci il tarixli, 62 nömrəli qərarlarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (JN:0123, KOD ********) komissiyanın diqqətsizliyi nəticəsində X19 X3, Ərizəçi isə Ərizəçi Nurbala qızı kimi qeyd edilmişdir. X19 29 aprel 2014-cü ildə ölmüşdür. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında buraxılmış texniki səhvləri aradan qaldırmaqla mülkiyyətində olan 2,57 hektar torpaq sahəsinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. 13 saylı Şirvan Ərazi İdarəsinin 31 yanvar 2025-ci il tarixli bildirişində səhv qeyd olunmuş adlar barədə hüquqmüəyyənedici sənəd, yəni məhkəmə qərarı təqdim olunmadığı üçün ərizənin icrasından imtina edilmişdir. Özünəməxsus doğum və nikah haqqında şəhadətnamələrin ata qrafasında əvvəlki soyadı ilə X2, şəxsiyyət vəsiqəsində isə Ərizəçi kimi qeyd edilmişdir. X1 doğum və ölüm haqqında şəhadətnamələrində onun adı düzgün olaraq X9 qeyd olunub. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Neftçala rayonu Qədimkənd bələdiyyəsinin 03 aprel 2025-ci il tarixli arayışlarında da bəhs olunan adların şəhadətnamədə səhv qeyd olunduğu göstərilmişdir. Qeyd edilən sənədlərdə olan yanlışlığın aradan qaldırılması üçün cəhdlər etmiş, lakin buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin, həmçinin “Doğum haqqında” və “Nikahın bağlanması haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ata adı “Nuhbala” kimi qeyd olunub. X12 məxsus “Doğum haqqında” və “Ölüm haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X11 adı “Nisə” kimi qeyd olunub. “Torpağa mülkiyyət hüququna dair” JN-0123 nömrəli (kod ********) Dövlət Aktından görünür ki, Neftçala r-n Kür Qarabucaq kənd sakini X7 və ailə üzvləri – Ərizəçi Nurbala qızına və X6 təsərrüfatı məhsullarının istehsalı üçün 2,57 hektar torpaq sahəsi ayrılmışdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 aprel 2025-ci il tarixli 239 nömrəli arayışında qeyd olunur: «Verilir, Ərizəçi, ondan ötəri ki, həqiqətən o, Neftçala rayonu, Kürqarabucaq kəndində yaşayır. Azərbaycan Respublikasının DYLİ, X16 Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən verilmiş JN-0123 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq: 1. X10; 2. Ərizəçi Nurbala qızı yazılmışdır. Həqiqətən doğru adlar aşağıdakı kimidir: 1. X19; 2. Ərizəçi...» Neftçala rayonu Qədimkənd bələdiyyəsinin 03 aprel 2025-ci il tarixli 03 nömrəli arayışında qeyd olunur: «Verilir Ərizəçi, ondan ötəri ki, həqiqətən o, Neftçala rayonu, Kürqarabucaq kəndində yaşayır. Azərbaycan Respublikasının DYLİ, X16 Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən verilmiş JN-0123 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq: 1. X10; 2. Ərizəçi Nurbala qızı yazılmışdır. Həqiqətən doğru adlar aşağıdakı kimidir: 1. X19; 2. Ərizəçi...» Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «Ərizəçi Nurbala qızı» («Ərizəçi») ərizəçinin özü, «X10» («X19») ərizəçinin qaynanasıdır. Lakin müvafiq sənəddə Ərizəçi atasının adı «Nurbala» kimi, X11 adı isə «Nisəxanım» kimi yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0123 nömrəli (kod ********) Dövlət Aktında torpaq sahəsinin payçıları Ərizəçi və ərizəçinin qaynanası X14r. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 31 yanvar 2025-ci il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Neftçala Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1999-cu il tarixli 44 nömrəli və 14 mart 2002-ci il tarixli 62 nömrəli qərarları ilə ayrılmış 2,57 ha torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” JN-0123 nömrəli 80702058 kodlu Dövlət Aktının Ərizəçi (Dövlət Aktında «Ərizəçi Nurbala qızı» kimi qeyd edilib) və X12 (Dövlət Aktında «X10» kimi qeyd edilib) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar