Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-729/2024 08.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X1rşı “08 may 2024-cü il tarixli, 331567 nömrəli akta əsasən düzgün hesablanmamış enerji sərfiyyatı məbləğinin 822 manatdan 100 manata qədər azaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 08 may 2024-cü il tarixli, 331567 nömrəli akta əsasən düzgün hesablanmamış enerji sərfiyyatı məbləğinin 822 manatdan 100 manata qədər azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, o, Neftçala rayonu, Bankə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. X3 xx.xx.2015-ci ildə vəfat etmişdi. İşlətdiyi enerji sərfiyyatının abonent kodu anasının adında olmuşdur. 08 may 2024-cü il tarixdə "xxxx" ASC-nin X6 İdarəsinin işçiləri tərəfindən elektrik sayğacına baxış keçirilən zaman qüsur askar edilərək Elektrik Şəbəkəsi İdarəsinin nümayəndələri tərəfindən qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktında göstərilir ki, “EEİO-nı rəhbər tutaraq Seyidlər kəndində sayğaca baxış keçirilərkən məlum oldu ki, abonent giriş kabelini yararaq 2x10mm2 naqil vasitəsi ilə fərdi yaşayış evini kənar xətt vasitəsi ilə qidalandırır”. O, X6 İdarəsinin nümayəndələri tərəfindən tərtib edilmiş 08 may 2024-cü il tarixli aktı düzgün hesab etmir. Qeyd edir ki, sayğaca müdaxilə etdiyi xətt 2x10mm2 yox, 2x2.5mm2 naqil xəttidir, enerj sərfiyyatı 2x2.5mm2 –lə hesablanmalıdır. X6 İdarəsinin nümayəndələri 2x10mm2 kabeli göstərməklə yüksək 822 manat enerji sərfiyyatı hesablanmışdır. O, xx.xx.2024-cü il axşam saatlarında sayğaca müdaxilə etmiş, səhəri gün Elektrik Şəbəkəsi İdarəsinin nümayəndələri sayğacda qüsur aşkar etmişlər. Bir gün ərzində elektrik enerji sərfiyyatının məbləği 822 manat yaranmsı qeyri-mümkündür. Ona görə də elektrik enerji sərfiyyatının məbləği 100 manata qədər azaldılmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Neftçala rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş 10 iyun 2024-cü il tarixli, 446 nömrəli arayışdan görünür ki, Ağayev X5 rayonu, Bankə qəsəbəsində anası- X8 məxsus evdə ailəsi ilə birlikdə yaşayır. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 03 avqust 2015-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində “durğunluq ürək çatmamazlığı” səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 08 may 2024-cü il tarixdə tərtib olunmuş “X2 qaydalarına riayyət olunması” haqqında 331567 nömrəli aktın surətindən görünür ki, EEİQ-nin tələblərinə əsasən fərdi yaşayış evinə məxsus elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, yuxarıda göstərilən abonent “giriş kabelini yararaq 2x10mm2 naqil vasitəsi ilə fərdi yaşayış evini kənar xətt vasitəsi ilə qidalandırır. Tələb: Qüsur bərpa edilsin və Neftçala EŞ-nə məlumat verilsin”. İş materiallarına əlavə olunmuş 30 may 2024-cü il tarixli, 997769 saylı müqavilədən görünür ki, "xxxx" ASC-nin Neftçala EŞ-nın səbəkə rəisi A.Babayev şəxsində Neftçala rayonu Bankə qəsəbə sakini X9 (nümayəndəsi) məişət abonenti ilə tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********00407 nömrəli kod üzrə xx.xx.2024-cü il tarixli bildirişindən məlum olmuşdur ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, hazırda 822,89 manat məbləğində borc yaranmışdır. İş materiallarına əlavə edilmiş X10 Təchizat və Satış İdarəsinin məktubunda qeyd edilmişdir ki, “Neftçala Rayon Məhkəməsinin icraatında olan İddiaçı "xxxx" ASC- ya qarşı "X2 Qaydaları" nin (EEİQ) pozulması barədə tərdib olunmuş 08 05.2024-cü il tarixli, 331597 saylı akta əsasən hesablanmış 822 manat dəyərində olan aktın 100 manatadək azaldılmasını tələb etmişdir. Həmin mülki iş üzrə hazırlıq iclası xx.xx.2024-cü il, saat 16:00-a təyin olunmuşdur. Aşağıda göstərilənlərə əsasən iddianın əsaslı hesab etmirik. Məlum edirik ki, Neftçala Rayon Məhkəməsində iddiaçı olan İddiaçı iddiası üzrə qeyd etdiyi unvan abonent olaraq Xavər Ağayevanın adına qeydiyyatdadır. Belə ki, xx.xx.2024cü il tarixlərdə "xxxx" ASC-nin X11 qrupunun əməkdaşları tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən abonent X.Ağayevaya məxsus yaşayış evində quraşdırılmış hesabat sayğacın uçotuna baxış keçirilmiş və məlum olmuşdur ki, sözü gedən yaşayış evinə kənar xətt çəkərək X2 edir. Bu zaman müvafiq videoçəkiliş aparılmış və göstərilən fakt öz təsdiqini tapmışdır. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş "X2 Qaydaları" nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 822,89 (səkkiz yüz iyirmi ki) manat, 89 qəpik dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Bundan əlavə iş üzrə İddiaçı iddia ərizəsində həqiqətən kənar xətdən istifadə etdiyini, aktın düzgün yazıldığını etiraf etmiş və həmin aktın azaldılmasını xahiş etmişdir. Bu hal da onu göstərir ki, abonent-İddiaçı kənar xətt vasitəsi ilə X2 etdiyinin şəxsən ona məlum olmasına baxmayaraq o, akt üzrə hesablanmış ödənişindən yayınmaq məqsədi ilə məhkəməyə müraciət etmişdir. Butun bunlardan əlavə videoçəkilişə baxan zaman müəyyən olunur ki, abonent birbaşa sayğacdan kənar xətt qoşmuş və həmin xəttlə elektrik enerjisindən özü istədiyi qədər istifadə edir. Belə ki, "EEİQ"-nın 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıyır. Bu bəndlərin də dispozisiyasından göründüyü kimi iddiaçı abonent olaraq EEİQ-nın 9.1-ci bəndinin tələblərini pozmuşdur. Bildiririk ki, özü gedən yaşayış evinə məxsus elektrik sayğacına baxış keçirərkən, həmin akt tərtib olunarkən və vidoçəkiliş aparılarkən heç bir qanun pozuntusuna yol verilməmiş və müəyyən prosedur qaydalara riayət olunaraq akt tərtib olunmuşdur. Göstərilənlərə əsasən hesab edirik ki, iddia təmin olunmamalı və akt üzrə hesablanmış məbləğ abonent tərəfindən ödənilməlidir. İddiaçı "xxxx" ASC-yə qarşı "X2 Qaydaları nın (EEİQ) pozulması barədə tərdib olunmuş xx.xx.2024-cü il tarixli, 331597 saylı akta əsasən hesablanmış 822 manat dəyərində olan aktın 100 manatadək azaldılması barədə olan iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi Sizdən xahiş edirik”. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, 08 may 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun yaşadığı ünvana gələrək sayçağa baxış keçirmiş və elektrik xəttində sayğacdan kənar qoşulma aşkar etdiklərindən bu barədə 08 may 2024-cü il tarixli, 331567 saylı akt tərtib etmişlər. 08 may 2024-cü il tarixdə bildiriş alaraq 822,89 manat məbləğində cərimə edildiyini bilmişdir. Bildirir ki, maddi imkanı aşağı olduğundan həqiqətən də sayğacdan qanunsuz istifadə etmişdir. Etdiyi əməlin qanunsuz olduğunu bilmişdir. Cəriməni ödəməyə maddi imlanı olmadığı üçün cərimə məbləğinin azaldılmasını xahiş edir. İş materiallarından göründüyü kimi, məhkəmə iddiaçının bildirdiyi kimi elektrik enerjisindən qanunsuz olaraq istifadə etdiyini özünün səmimi etirafı və digər sübutlala müəyyən edib. Həmçinin məhkəmədə müəyyən olunmuşdur ki, 997769 saylı "xxxx" ASC ilə Xavər Ağayeva arasında 2024-cü il tarixdə müqavilə bağlanmışdır. X7 xx.xx.2015-ci ildə ölməsi faktı işə əlavə olunmuş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamə ilə müəyyən olunur. Belə olan halda hazırkı iddiaçı Xavər Ağayeva vəfat etdikdən sonra "xxxx" ASC ilə müvafiq müqavilə bağlamalı idi. İş materiallarında isə bu hal özü əksini tapmır. Qeyd olunanlara əsasən hazırkı mülki iş üzrə iddianın təmin olunması əsassızdır. Bunu nəzərə alaraq məhkəmə hazırkı mülki işə mahiyyəti üzrə baxıb qətnamə çıxarılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. Məhkəmə iddiaçı tərəfi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehə qarşı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməyib. Göstərilənləri və işin s. faktik hallarının nəzərə alaraq məhkəmə iddianın təmin olunmasını mümkün saymır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir”. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və iddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəməyə iddia ilə müraciət olunması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X1rşı “08 may 2024-cü il tarixli, 331567 nömrəli akta əsasən düzgün hesablanmamış enerji sərfiyyatı məbləğinin 822 manatdan 100 manata qədər azaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-729/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-729/2024
08.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver