Məhkəmə qərarları › İş №2(053)-73/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-73/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-73/2025 28.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 nömrəli qərarı ilə verilmiş (JN:130, KOD ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktınının Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə çıxarılacaq yekun məhkəmə aktının Maraqlı şəxs2 və Maraqlı şəxs3 mənafelərinə təsir edə biləcəyi nəzərə alınaraq, onlar işə maraqlı şəxs qismində cəlb olunmuşlar. Ərizəçi işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 nömrəli qərarı ilə 6,35 hektar torpaq sahəsi ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Sözügedən komissiyanın 14 dekabr 1998-ci il tarixli, 33 nömrəli qərarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında (JN:130, KOD ********) torpağın mülkiyyətçiləri X5, X3, Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qızı kimi qeyd edilmişdir. Neftçala rayonu Aqrar İslahat Komissiyasının diqqətsizliyi üzündən “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Maraqlı şəxs2 Maraqlı şəxs2 kimi və Maraqlı şəxs3 isə Maraqlı şəxs3 qızı kimi qeyd edilmişdir. Torpağın payçılarından X5 27 mart 2000-ci ildə, X3 13 aprel 2012-ci ildə vəfat etmişlər. Mülkiyyətində olan 6,35 hektar torpaq sahəsinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. 13 saylı Şirvan Ərazi İdarəsinin 04 oktyabr 2024-cü il tarixli bildirişində səhv qeyd olunmuş adlar barədə hüquqmüəyyənedici sənəd, yəni məhkəmə qərarı təqdim olunmadığı üçün ərizənin icrasından imtina edilmişdir. Nəhmədova (Quliyeva) Xanım Hüseynqulu qızının doğum və nikah haqqında şəhadətnamələrinin ata qrafasında X1, Maraqlı şəxs3 doğum haqqında şəhadətnaməsinin ana qrafasında Maraqlı şəxs2 kimi yazılmışdır. Maraqlı şəxs3 məxsus doğum haqqında şəhadətnamənin ata qrafasında, həmçinin şəxsiyyət vəsiqəsində Maraqlı şəxs3 kimi qeyd edilmişdir. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 noyabr 2024-cü il tarixli arayışında da bəhs olunan adların dövlət aktında səhv qeyd olunduğu göstərilmişdir. Qeyd edilən sənədlərdə olan yanlışlığın aradan qaldırılması üçün cəhdlər etmiş, lakin buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 işin məhkəmə baxışı zamanı ərizəçinin bildirdiklərinə uyğun məzmunlu izahatlar vermişlər. Ərizənin təmin olunmasını xahiş edirlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini və maraqlı şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs3 məxsus şəxsiyyət vəsiqəsinin, həmçinin “Doğum haqqında” şəhadətnamənin surətlərindən görünür ki, Maraqlı şəxs3 “Maraqlı şəxs3” kimi qeyd olunub. Maraqlı şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin, “Doğum haqqında” və “Nikahın bağlanması haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, Maraqlı şəxs2 atası olaraq “Hüseynqulu qızı” kimi qeyd olunub. “Ölüm haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X5 27 mart 2000-ci ildə, X3 isə 13 aprel 2012-ci ildə ölmüşlər. Neftçala rayonu Aqrar İslahat Komissiyası tərəfindən 14 dekabr 1998-ci il tarixli, 33 nömrəli qərarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-130 seriyalı (kod ********) dövlət aktından görünür ki, Neftçala rayon Qaçaqkənd kənd sakini X2 və ailə üzvləri - X3, Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qızına kənd təsərrüfatı məhsulları istehsalı üçün 6,35 hektar torpaq sahəsi verilmişdir. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 noyabr 2024-cü il tarixli 286 nömrəli arayışında qeyd olunur: «...14 dekabr 1998-ci il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında (JN:130, kod ********) Maraqlı şəxs2 Maraqlı şəxs2 kimi, Maraqlı şəxs3 Maraqlı şəxs3 qızı kimi səhv qeyd edilmişdir. Əslində Maraqlı şəxs2 və Maraqlı şəxs3 kimi qeyd edilməlidir...» Yuxarıda qeyd olunan sübutları cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «Maraqlı şəxs2» («Maraqlı şəxs2») ərizəçinin arvadı, «Maraqlı şəxs3 qızı» («Maraqlı şəxs3») ərizəçinin oğludur, lakin müvafiq sənəddə Maraqlı şəxs2 atasının adı ümumiyyətlə yazılmamış, Maraqlı şəxs3 aid olan hissədə isə «oğlu» yazılmaq əvəzinə «qızı» yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, Neftçala rayonu Aqrar İslahat Komissiyası tərəfindən 14 dekabr 1998-ci il tarixli, 33 nömrəli qərarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-130 seriyalı (kod ********) dövlət aktındakı torpaq sahəsinin payçıları Ərizəçi arvadı Maraqlı şəxs2 və ərizəçinin oğlu Maraqlı şəxs3dur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 04 oktyabr 2024-cü il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Neftçala rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 nömrəli qərarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-130 seriyalı 80706018 kodlu dövlət aktında müvafiq torpaq sahələri ayrılmış şəxslər – Maraqlı şəxs2 ata adının yazılmamasının və Maraqlı şəxs3 «Maraqlı şəxs3 qızı» kimi yazılmasının yanlış olduğu müəyyən edilsin, göstərilən sənədin Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar