Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-74/2024 29.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi, Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik İQ=36%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının pozuntusu. Qeyri-üzvi enurez. Toksiki ensefalopatiya, inkişaf mərhələsinin geriləməsi, Mikrosefaliya» diaqnozu ilə xəstə olan oğlu – 16 noyabr 2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, 16 noyabr 2004-cü il təvəllüdlü övladı X2 ruhi xəstə olduğunu bildirmişdir. Qeyd edir ki, oğlu Məhəmmədə «qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik İQ=36%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq inkişafının pozuntusu, qeyriüzvi enurez, toksiki ensefalopatiya, inkişaf mərhələsinin geriləməsi, mikrosefaliya» diaqnozu qoyulub. Məhəmmədin atası, yəni keçmiş əri ilə arasında olan nikah Neftçala Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və ayrı yaşayırlar. Ona görə də ruhi-psixoloji problemləri olan oğluna yalnız özü qulluq göstərir və onun bütün ehtiyaclarını qarşılamağa çalışır. Məhəmməd özünü təbii olaraq xəstəliyə uyğun şəkildə aparır. Onun anlaqsız şəkildə olan hərəkətlərini yalnız özü tənzimləyə bilir. Məhəmmədin xəstə olmasını, bu səbəbdən özünü anormal aparmasını qonşular və onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. 19 yaşı tamam olmuş və qeyd edilən xəstəlikləri olan Məhəmmədlə bağlı hər hansı bir hüquqi prosedurların həyata keçirilməsi mümkün deyildir. Ona görə də oğlu X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 Məhəmməd Gennadiy oğlunun xəstəliyini nəzərə alaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçini və Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. Neftçala RPŞ tərəfindən 23 sentyabr 2016-cı ildə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, həmçinin Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli 1239 nömrəli arayışdan görünür ki, ərizəçi Cavadova X7 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 71 ünvanı üzrə qeydiyyatdadır. «Doğum haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Ərizəçi 16 noyabr 2004-cü ildə Bakı şəhərində doğulmuş X2 anasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X5 ümumi xəstəlik səbəbi ilə (diaqnoz: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik İQ=36%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının pozuntusu. Qeyri-üzvi enurez. Toksiki ensefalopatiya, inkişaf mərhələsinin geriləməsi, Mikrosefaliya) ikinci dərəcəli əlil, əmək qabiliyyətsizdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 09 yanvar 2024-cü il tarixli 24 saylı rəyində qeyd olunur ki, 16 noyabr 2004-cü il təvəllüdlü X3 orta dərəcəli əqli gerilik müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 16 noyabr 2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X5 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 noyabr 2004-cü ildə Bakı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X5 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-74/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-74/2024
29.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver