Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-79/2025 11.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 (maraqlı şəxs Neftçala rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X5 (maraqlı şəxs Neftçala rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il təvəllüdlü X4 onun oğludur. Övladı anadan gəlmə xəstədir. Oğlu kvadroplegik spastik iflic, uşaq serebral iflici, tetraplegik forma, spastik tetraplegiya və anatriya, müştərək çəpgözlük, Ou-müştərək daxili çəpgözlük diaqnozu qoyulub. Ancaq yataq şəraitində olan nitqi olmayan ruhi psixoloji problemləri olan oğlununm qayğsınısa özü qalır. Oğlu öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, psixi qusuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. Başqasının yardımı olmadan onun sərbəst yaşaması mümkün deyildir, bu səbəblə də məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilməsi sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X5 ərizəsi ilə eyni məzmunlu izahat verərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Neftçala Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: -AZ-T seriyalı 060792 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 ilə Ərizəçi arasında xx.xx.2008-ci il tarixdə Neftçala rayon qeydiyyat şöbəsində nikah bağlanmış , nikahın bağlanması haqqında akt qeydlərində kitabında 345 nömrəsi ilə qeyd edilmişdir.Nikahdan sonra ərə Əhmədov arvada Əhmədova soyadı verilmişdir. - AZ-T seriyalı 296127 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2002-ci il tarixdə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş, ata qrafasında X7, ana qrafasında X5 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 760 nömrə ilə qeyd edilmişdir. - AZE seriyalı, 18603632 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2002-ci il tarixdə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. - xx.xx.2025-ci il tarixli, 622 saylı “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.2002-ci il təvəllüdlü X1 “uşaq serebral iflicinin qalıq əlamətləri, imbesillik dərəcəsində oliqofreniya” aşkar olunmuş, X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X1 uşaq serebral iflicinin qalıq əlamətləri, imbesillik dərəcəsində oliqofreniya olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-79/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-79/2025
11.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver