Məhkəmə qərarları › İş №2(053)-815/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-815/2024

01.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-815/2024 01.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət X14 tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 3-48 DA/9F/-2-301/2024 nömrəli Dövlət X14nda mühafizə olunan Salyan rayon Akademik F.Ə.Məlikov adına X4 arxiv sənədlərindən 1975-1981-ci illərə aid şəxsi heyət üzrə əmrlərindən arxiv çıxarışındakı xx.xx.1975-ci il tarixli, 133 nömrəli əmrdə «Ərizəçi Qələxan oğlu» və xx.xx.1980-ci il tarixli, 97 § 4 nömrəli əmrdə «Ərizəçi» kimi yazılmış, şəxslərin onunla eyni şəxs olması ilə sözügedən hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizəsində dəqiqləşdirmə apararaq Azərbaycan Respublikası Dövlət X21 tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 3-48 DA/9F/-2-301/2024 nömrəli Dövlət X14nda mühafizə olunan Salyan rayon Akademik F.Ə.Məlikov adına X4 arxiv sənədlərindən 1975-1981-ci illərə aid şəxsi heyyət üzrə əmrlərindən arxiv çıxarışındakı xx.xx.1975-ci il tarixli, 133 nömrəli əmrdə Ərizəçi Qalaxan oğlu və xx.xx.1980-ci il tarixli, 97 § 4 nömrəli əmrdə Ərizəçi kimi yazılmış hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirir ki, XX.XX.1957-ci ildə (şəxsiyyətini müəyyən edən sənədlərdə doğulduğu gün və ay qeyd edilməyib) Əli-Bayramlı rayonu, Qaraçala kəndində doğulmuşdur. Uzun müddətdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla ailəliklə həmin kənddə yaşayır. Qanunla müəyyən olunmuş pensiya yaşına çatdığından ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədlərini toplayaraq cavabdeh dövlət orqanına müraciət etsə də, həmin orqan tərəfindən ona yaşa görə əmək pensiyası deyil, yaşa görə sosial müavinət təyin edilmişdir. Səbəbini isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edən sığorta stajının olmaması ilə izah etmişlər. Əlavə olaraq qeyd edir ki, müxtəlif sahələrdə əmək fəaliyyətində, həmçinin həqiqi hərbi xidmətdə olmuşdur. Bundan əlavə 1975-1981-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Akademik F.Ə.Məlikov adına Salyan X5 «zootexnik» ixtisası üzrə təhsil almışdır. Lakin cavabdeh orqan tərəfindən sığorta stajı hesablanarkən texnikumda təhsil aldığı illər nəzərə alınmamışdır. Buna səbəb isə texnikumun 1975-1981-ci illərə aid Əmr kitablarında texnikuma qəbul olunmağı barədə xx.xx.1975-ci il tarixli, 133 nömrəli əmrdə ata adının «Çaparxan» əvəzinə «Qələxan» kimi qeyd edilməsi, xx.xx.1980-ci il tarixli, 97 nömrəli əmrdə isə ata adının ümumiyyətlə göstərilməməsi olmuşdur. Qeyd edilən məlumatlar DSMF 2 saylı Şirvan-Salyan Regional filialının Pensiya təminatı şöbəsinin mütəxəssisləri və Dövlət X14nın arxivçisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda, həmçinin Dövlət X14 tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 3-48 DA/9F/-2- 301/2024 nömrəli arxiv çıxarışında öz əksini tapmışdır. Həmin sənədlərdəki xx.xx.1981-ci il tarixli, 34 nömrəli əmrdə onun, yəni Ərizəçi “zootexnik” ixtisası üzrə tədris planında nəzərdə tutulmuş bütün fənnlərdən müvəffəq qiymətlə imtahan verənlər və zootexnik ixtisası verilməklə diplom verilənlər sırasında olduğu da qeyd edilmişdir. Onun 1975-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Akademik F.Ə.Məlikov adına X18 Texnikumuna daxil olmağı və 1981-ci ildə həmin texnikumun «zootexnik» ixtisası üzrə tam kursu bitirməyi, habele Dövlət İxtisas Komissiyasının 27 fevral 1981-ci il tarixli qərarı ilə ona «zootexnik» ixtisasının verilməsi BT seriyalı, 030215 nömrəli diplomla da təsdiq olunur. Eyni zamanda zərurət yaranacağı təqdirdə onunla eyni dövrdə və eyni təhsil müəssisəsində təhsil almış şəxslərin məhkəmədə şahid qismində dindirilməsi ilə də qeyd edilən hallar təsdiq oluna bilər. Göründüyü kimi, yuxarıda qeyd olunan arxiv sənədindəki yanlışlıqlar (texniki səhvlər) ona yaşa görə əmək pensiyası təyin edilməsini əngəlləyir. Lakin eyni zamanda həmin sənəd onun yaşa görə əmək pensiyası almaq hüququnu reallaşdırmaq üçün zəruri vasitə olan hüquqmüəyyənedici sənəddir. Məsələ ilə əlaqədar cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, həmin məhkəmənin 01 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmaqla inzibati iş üzrə icraata xitam verilmişdir. Həmçinin həmin qəradadla ona izah edilmişdir ki, gələcəkdə mübahisəli dövrlə bağlı sənədin ona məxsusluğu faktını təsdiq etdirdikdən sonra yenidən inzibati orqana müraciət etməli və tələbindən imtina olunacağı təqdirdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Hesab edir ki, bəhs edilən faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada əldə edilməsi mümkünsüzdür. Ona görə də hazırkı iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 iddianın əsassız olduğunu, Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsini rəhbər tutaraq işə dair təqdim etdikləri etirazın nəzərə alınaraq iddianın rədd olunmasını xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 1975-ci ildə Salyan rayonunda X5 Ərizəçi ilə 9 ay bir yerdə oxuduğunu (1976-1978) illər, oradan hərbi xidmətə getdiyini, sonradan qayıdıb təhsilini davam etdirdiyini, ümumilikdə 2 il 6 ay birlikdə oxuduqlarını, 1981-ci ildə “zootexnik” ixtisası üzrə texnikumu bitirib “Azərbaycan” Kolxozunda ərizəçi ilə bir yerdə işlədiklərini bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 Mürvət Çaparxan oğlu ilə Salyan rayonunda X5 bir yerdə “zootexnik” ixtisası üzrə 1978-1981-ci illər aralığında oxuduğunu, o illərdə ondan başqa texnikumda Mürvət adlı şəxsin olmadığını, atasının adının Çaparxan olduğunu, həmçinin ərizəçi ilə eyni kənddə yaşadığını və Mürvət ilə dost olduğunu, Mürvətin atasını yaxşı tanıdığını, adının isə Çaparxan olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hərbi xidmətdən qayıtdıqdan sonra ərizəçi ilə texnikumda oxumuş, sonralar “Azərbaycan” Kolxozunda baytar-feldşer işləmiş, Mürvət isə orada zootexnik vəzifəsində işləmişdir. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1957-ci ildə Əli-Bayramlı rayonu, Qaraçala kəndində anadan olmuşdur. “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 1957-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, atası X11, anası isə X12r. “Səkkizillik təhsil haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 1957-ci ildə anadan olmuş İmanov X9 rayonu Aşağı Surra kənd orta məktəbində oxumuş və 1972-ci ildə səkkizinci sinfi kafi və aşağıdakı qiymətlərlə bitirmişdir. “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X6 arasında 27 noyabr 1980-ci ildə nikah bağlanmış və akt qeydləri kitabında 396 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi F.Ə.Məlikov adına Azərbaycan ETH İstitutunda kənd təsərüfatı kadrlarının ixtisasını artıran məktəbin 249 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1983-cü ildə kənd təsərrüfatı kadrlarının ixtisasını artırma məktəbini kənd təsərrüfatı heyvanlarının süni mayalanması ixtisası üzrə bitirmişdir. HЗ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi 28 aprel 1976-cı ildə Salyan rayon Hərbi komissarlığından hərbi xidmətə yola salınmış və 27 aprel 1978-ci ildən Neftçala rayon Aşağı Surra kəndində qeydiyyata alınmışdır. “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X6 arasında 27 noyabr 1980-ci ildə nikah bağlanmış və akt qeydləri kitabında 396 nömrəsi ilə qeyd edilmişdir. BT seriyalı, 030215 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1975-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Akademik F.Ə.Məlikov adına X18 texnikumuna daxil olmuş və 1981-ci ildə həmin texnikumu zootexnik ixtisası üzrə tam kursu bitirmiş, ona zootexnik ixtisası verilmişdir. Şahid tərəfindən təqdim edilmiş BT seriyalı, 030227 nömrəli diplomun surətindən görünür ki, X15 1978-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Akademik F.Ə.Məlikov adına texnikumuna daxil olmuş və 1981-ci ildə həmin texnikumu zootexnik ixtisası üzrə tam kursu bitirmiş, ona zootexnik ixtisası verilmişdir. Şahid tərəfindən təqdim edilmiş BT seriyalı, 030202 nömrəli diplomun surətindən görünür ki, X1 1975-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Akademik F.Ə.Məlikov adına X18 texnikumuna daxil olmuş və 1981-ci ildə həmin texnikumu zootexnik ixtisası üzrə tam kursu bitirmiş, ona zootexnik ixtisası verilmişdir. İş materialına əlavə edilmiş Dövlət X14 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-88799/2023 saylı məktubun icrası ilə əlaqədar vətəndaş Ərizəçi Salyan rayon “Ak.F.Ə.Məlikov” adına X5 təhsil alması barədə Dövlət X14 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 3-48DA/9F-2-361/2023 nömrəli arayışındakı məlumatlar Arxivdə saxlanılan əmr kitablarına əsasən qarşılıqlı olaraq yoxlanılmışdır. Yoxlama zamanı aşağıda qeyd olunan faktlar müəyyən olunmuşdur: “Salyan rayon “Ak.F.Ə.Məlikov” adına X4 1975-1981-ci illərə aid əmr kitablarına əsasən Əmr № 133; xx.xx.1975-Qəbul komissiyasının 21-22 avqust 1975-ci il tarixli protokuluna əsasən 1975-76-cı dərs ili üçün aşağıdakı abutryentlər göstərilən ixtisaslar üzrə texnikuma tələbəliyə qəbul edilsinlər. Zootexnik 10 illik bazadan İl-kursa İ qrup 22.Ərizəçi Qələxan oğlu Əmr № 97 §3 xx.xx.1980-Tədris qrafikinə müvafiq olaraq 7/Vİİ-80-cı il tarixindən 6 oktyabr 1980-ci il tarixə kimi adları aşağıda göstərilən əyani zootexnik İİİ kurs tələbələri aşağıda göstərilən rayonların təsərrüfatlarına texnoloji istehsalat təcrübəsinə göndərilsinlər. 5. İmanov Mürvet - Salyan rayon Oktyabr kolxozuna Əmr №34 §3 xx.xx.1981 Zootexnik ixtisası üzrə: Tədris planında nəzərdə tutulmuş bütün fənlərdən müvəffəq qiymətlə imtahan verdiklərindən onlara zootexnik ixtisası verilməklə diplom verilsin 11. Ərizəçi Qeyd: Dövlət X14nda saxlanılan Salyan rayon “Ak.F.Ə.Məlikov” adına X4 1975-ci ilə aid əmr kitabında vətəndaş Ərizəçi Qələxan oğlu kimi qeyd edilib. 1980-ci ilə aid əmr kitabında vətəndaşın ata adı qeyd edilməyib. Aktı doğru bilib imzalarızla təsdiq edirik”. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X14nın Salyan “Asan xidmət” mərkəzinə ünvanlanmış 30 may 2024-cü arxiv arayışında aşağıdakılar qeyd olunmuşdur: “Əmr №133 xx.xx.1975 Qəbul komissiyasının 21-22 avqust 1975-ci il tarixli protokoluna əsasən; 1975-76-cı dərs ili üçün aşağıdakı abutryentlər göstərilən ixtisaslar üzrə texnikuma tələbə qəbul edilsinlər. Zootexnik 10-illik bazadan İİ-kursa l-qrup 22. Ərizəçi ***Qələxan oğlu Əmr № 97 §4 xx.xx.1980 Tədris qrafikinə müvafiq olaraq 7/Vİİ-80-ci il tarixdən 6 oktyabr 1980-ci il tarixə kimi adları aşağıda göstərilən ǝyani zootexnik İİİ kurs tələbələri aşağıda göstərilən rayonların təsərrüfatlarına texnoloji istehsalat təcrübəsinə göndərilsinlər. 5.Ərizəçi- Salyan rayon Oktyabr kolxozuna Əmr № 34 §3 xx.xx.1981 Zootexnik ixtisası üzrə: Tədris planında nəzərdə tutulmuş bütün fənlərdən müvəffəq qiymətlə imtahan verdiklərindən onlara zootexnik ixtisası verilməklə diplom verilsin 11.Ərizəçi Əsas: Fond №132;siy.№2;iş №77,v.70;iş №99, v.33;iş № 100,v.71” Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1460/2024 nömrəli iş üzrə 01 may 2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna qarşı “hərbi xidmətdə olduğu illəri, işlədiyi illər nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmaqla, iddiaçıya gələcəkdə mübahisəli dövrlə bağlı sənədin ona məxsusluğu faktını təsdiq elətdirdikdən sonra yenidən inzibati orqana müraciət etməli və tələbindən imtina olunacağı təqdirdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Maraqlı şəxsna müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh organ tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-1-163853/2023 nomrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, iddiaçı Ərizəçi müraciət zamanı təqdim etdiyi təhsil haqqinda arayışda texnikuma qəbul əmrində atasının adı Qǝləxan, texnikumu bitirmə əmrində isə Çaparxan olaraq qeyd edilmişdir. Məhz bu səbəbdən də iddiaçının sosial siğorta stajı hesablanarkan sözügedən təhsil müddətini həmin staja daxil etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixi, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq ediməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkun olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı iddiaçını bir idarə müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və iddiaçının işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədlərin də məzmunundan göründüyü kimi norma iki imperativ hissədən ibarətdir. a) şahidlər ən azı 2 nəfər olması, b) iddiaçını birgə işdən tanımalı (eyni dövrdə işləməli) və iddiaçıdan fərqli olaraq iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmasıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Huquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzı məsələlər haqqında 12 aprel 2019cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinin tələbinə əsasən yalnız iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmaması, ifadə verən şahidlərin iddiaçı ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İş materiallarından aydın olur ki, iddiaçı Ərizəçi tərəfindən tələbin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ərizəçi ərizəsində göstərilən tələb qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmadıgından təmin olunmamalıdır. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinin tələblərinə əsasən yalnız iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı yazılı sübutların olub-olmamasına ifadə verən şahidlərin iddiaçı ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasi MPM-nin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən iddiaçı Ərizəçi oglunun “hüquq müəyyən edici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Yuxarıda qeyd olunan sübutlar belə bir qənaətə gəlməyə əsas verir ki, «X11» bəzi sənədlərdə («Qələxan») ərizəçinin atasıdır, lakin onun adı müxtəlif sənədlərdə fərqli yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, Neftçala Rayon Polis Şöbəsi tərəfindən 01 aprel 2010-cu ildə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi, bununla yanaşı, Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən 10 iyun 2024-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 961977 nömrəli “doğum haqqında” şəhadətnamədə göstərilən “Ərizəçi” ilə Ərizəçi müraciəti əsasında Salyan “Asan xidmət” mərkəzinə Azərbaycan Respublikası Dövlət X14 tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 3-48 DA/9F/-2-301/2024 nömrəli Dövlət X14nda mühafizə olunan Salyan rayon Ak. F.Ə.Məlikov adına X8 arxiv sənədlərindən, o cümlədən 1975-1981-ci illərə aid şəxsi heyət üzrə əmrlərindən arxiv çıxarışındakı xx.xx.1975-ci il tarixli, 133 nömrəli əmrdə «Ərizəçi*** Qələxan oğlu» və xx.xx.1980-ci il tarixli, 97 § 4 nömrəli əmrdə «Ərizəçi» kimi yazılmış şəxs eyni şəxsdir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə «qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Ərizənin mahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi müvafiq faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. Azərbaycan Respublikası Dövlət X14 tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 3- 48 DA/9F/-2-301/2024 nömrəli Dövlət X14nda mühafizə olunan Salyan rayon Akademik Məlikov adına X8 arxiv sənədlərindən 1975-1981-ci illərə aid şəxsi heyyət üzrə əmrlərindən arxiv çıxarışındakı xx.xx.1975-ci il tarixli, 133 nömrəli əmrdə «Ərizəçi*** Qələxan oğlu» və xx.xx.1980-ci il tarixli, 97 § 4 nömrəli əmrdə «Ərizəçi» kimi yazılmış hüquqmüəyyənedici sənədlərin “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar