Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-840/2024 02.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “27 may 2024-cü il tarixli, 337585 nömrəli aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 27 may 2024-cü il tarixli, 337585 nömrəli aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, Lerik rayonu, Pirasora kəndində qeydiyyatda olsa da, hazırda Neftçala rayonun Qış-otlaq sahəsində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Fərdi yaşayış evinin bütün kommunal xərclərini, o cümlədən elektrik enerjisinin pulunu vaxtlı-vaxtında ödəyir. 27 may 2024-cü il tarixdə Cavabdeh əməkdaşları yaşadığı mənzilə gələrək 27 may 2024-cü il tarixli, 337585 saylı akt tərtib edərək 1.097 manat məbləğində cərimə yazmışlar. Akta əsasən baxış zamanı məlum olmuşdur ki, yaşadığı mənzil kənar xətt götürülməklə ev sayğacdan kənar enerji ilǝ qidalanmışdır. Hesab edir ki, 27 may 2024-cü il il tarixli, 337585 saylı akt qǝrǝzli və qeyri-qanuni yazılmış, aktı tərtib edərkən, enerji təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər. Belə ki, “X1 Qaydaları”-nın 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsi məişət abonentinə təqdim edilir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidinin iştirakı ilə imzalanmalıdır. Yuxarıda qeyd etdiyi kimi, enerji təchizati müəssisəsinin nümayəndəsi hal şahidlərinin iştirakı olmadan göstərilən tələbləri kobud surətdə pozaraq akt tərtib etmişlər. Bundan başqa, qeyd edir ki, akt tərtib olunarkan faktiki işlədilən enerjinin hesabatı da düzgün aparılmamışdır. Çünki, “X1 Qaydaları”-nın 8.32-ci bəndinə əsasən məişət abonenti tərəfindən pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Eyni zamanda “X1 Qaydaları”-nın 1.3-cü bəndinə əsasən Enerji tǝhcizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır. Bu halda da enerji tǝhcizat idarəsi tərəfindən onunla alqı-satqı müqaviləsi bağlamamış va sayğacı ona təhvil verməmiş, müvafiq sənədləşmə işləri aparmamış və bununla da qanunun tələblərini pozmuşdur. Enerji təchizatı müəssisəsinin nümayəndələrinin göstərilən tələbləri kobud surǝtdə pozması, elektrik xəttinə aşkar olunmuş müdaxilənin hansı vaxtda olmasını müəyyən etmədən, hal şahidlərinin iştirakını təmin etmədən qərəzli akt tərtib etmələri, akt üzrə əlavə ödəniş hesablanarkən mövcud qaydaları rəhbər tutmamaları, aktın düzgün tərtib edilməməsi və mövcud qaydaların tələblərinin qərəzli surətdə pozulması deməkdir. Cavabdeh tərəfindən ona xx.xx.2024-cü il tarixli Bildiriş-Xəbərdarlıq göndərilərək ona məxsus yaşadığı mənzilin elektrik enerjisinə 1.097 manat məbləğində borcun olduğunu, həmin borcun 27 iyun 2024cü il tarixinədək ödənilmədiyi halda mənzilə enerji təchizatının dayandırılacağı bildirilmişdir. Bununla bağlı bildirir ki, yaşadığı mənzilin elektrik enerjisinə görə Cavabdehnə borcu yoxdur və həmin borcun haradan yaranmasını da bilmir. Ona görə də cavabdehin elektrik enerjisinə 1.097 manat məbləğində borcun olması ilǝ bağlı iddiasını əsassız hesab edir. Qeyd etdiyi əsasa uyğun olaraq Cavabdeh xx.xx.2024-cü il tarixli Bildiriş-Xəbərdarlığında göstərilmiş 1.097 manat məbləğində elektrik enerjisi borcu silinməlidir. Həmçinin qeyd edir ki, mübahisəli aktı tərtib edənlər X5 əməkdaşları olduğu üçün cavabdeh tərəf kimi X6 seçmişdir. Hazırda iddia tələbinə dəqiqləşmə haqqında ərizə təqdim etməklə iş üzrə cavabdeh qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tanınmasını xahiş edir. Əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfin qeyd etdikləri ona qarşı böhtan xarakterli izahatlardır. Həyətinə daxil olan şəxsləri tanımamışdır. Onlar həyətə daxil olub, fotoşəkillər çəkmişlər. Onlar ondan əvvəl həmin yaşayış sahəsinə əlavə xətt verib, sonra ondan haqqını istəyəndə razılaşmamışdır. Onlar həmin xətti özləri çəkiblər. 2012-ci ildən sayğac qoyulub. Hazırda 1.097 manat cərimə yazılmışdır. O xətlə bağlı şifahi məlumat vermişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş, lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti X12 Təchizatı və Satışı İdarəsinin nümayəndəsi 02 dekabr 2024-cü il tarixdə məhkəməyə məktub göndərərək iddia tələbi ilə bağlı məhkəmənin 04 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə prosesində İddiaçı sayğac uçot dəstində olan hər hansı problemlə əlaqədar X4 müraciət edib-etməməsinin aydınlaşdırılması zərurətinin yarandığını qeyd etmiş, odur ki, tərəflərindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən iş üzrə iddiaçı və X7 abonent olaraq qeydiyyatda olan İddiaçı və ya onun digər ailə üzvləri tərəfindən ona məxsus yaşayış evinə quraşdırılmış elektrik sayğacında və ya həmin sayğacın giriş xəttində hər hansısa problem olması barədə X4 rəsmi olaraq hər hansısa müraciət daxil olmadığını bildirmişdir. İddiaçı işin 04 noyabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasına gəlməmiş, lakin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iclas zamanı işə iddiaçının iştirakı olmadan baxılmasını və iddiaçının vəsatəti əsasında dindirilməli olan şahidlərin dindirilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək baş vermiş hadisə ilə bağlı İddiaçı sayğac uçot dəstində olan hər hansı problemlə əlaqədar X4 müraciət etmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus evdə kənar xətt aşkarlanmış, abonentin qanunsuz istifadəsi 120 gün götürülmüş və ona cərimə yazılmışdır. İddiaçı izolyasiya qaydasının pozulması ilə bağlı da Cəmiyyətə rəsmi müraciət etməmişdir. Mübahisəli obyektə yerində baxış keçirilmiş, iddiaçıya məxsus evdə kənar xəttin olması aşkar edilmişdir. Qeyd edir ki, sayğacdan kənar xətt olubsa da belə iddiaçı rəsmi qaydada Cəmiyyətə müraciət etməli idi. Bu səbəbdən iddianı əsassız hesab edir. Göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalı və akt üzrə hesablanmıs məbləğ abonent tərəfindən ödənilməlidir. İddiaçının vəsatəti əsasında işin 04 noyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, İddiaçı məxsus evdə xətti görmüş və iddiaçıya 1 il ərzində X8 müraciət etməsini tövsiyə etmişdir. O, orada kənar xətt görməmiş, lakin idarə müdiri evə baxış keçirərkən, evdə kənar xəttin olmasını aşkar etmişdir. Onlar isə həmin xəttə baxarkən onu köhnə xətt kimi görmüşlər. Onlar orada kənar xətt görməmişlər. Həmin xətt daşın üstündə lentlə izolasiya olunmuş vəziyyətdə idi. İşin məhkəmə baxışı zamanı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi diskə baxış keçirilmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. Məlumatların elektron sorğulanması haqqında çıxarışdan görünür ki, İddiaçı Lerik rayonu, Pirasora kəndində qeydiyyatdadır. Neftçala Rayon Məhkəməsinin 16(053)-20/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi (iddiaçı) İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, Cavabdeh tərəfindən tərtib olunmuş 27 may 2024cü il tarixli, 337585 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək ərizəçi (iddiaçı) İddiaçı məxsus, ailəsi ilə birgə yaşadığı mənzilə enerji təchizatının dayandırılması qərara alınmışdır. Həmçinin qərardadla izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 157.7-ci maddəsinin tələbinə uyğun olaraq müvəqqəti təminat tədbirinin tətbiqi barədə hazırkı qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Eyni zamanda qərardadla izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 162.4 və 162.3-cü maddələrinin tələblərinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır, iddia rədd olunduqda, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə isə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənədək saxlanılır. xx.xx.2024-cü il tarixli, 160 saylı bildiriş xəbərdarlıqdan görünür ki, Neftçala rayonu, Haxverdili kəndində yaşayan İddiaçı Cavabdeh tərəfindən mənzilinin elektrik enerjisinə olan 1.097 manat qalıq borcu olduğu və həmin borcu xx.xx.2024-cü il, saat 10:00-a kimi müvafiq poçt və bank şöbəsinə tam ödəməsi barədə xəbərlıq tərtib edilərək göndərilmiş, əks təqdirdə EEİQ-nın 9,13 bəndinə əsasən mənzilin enerji təhcizatının dayandırılması və yarana biləcək hallara görə məsuliyyətin onun üzərində qalması məktubda qeyd edilmişdir. xx.xx.2024-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X12 Təchizatı və Satışı İdarəsindən daxil olmuş məktubda qeyd edilmişdir ki, Neftçala Rayon Məhkəməsinin icraatında olan 2(053)-840/2024 nömrəli mülki iş üzrə iddiaçı olan İddiaçı **********00260 saylı kodla Cavabdehndə abonent olaraq qeydiyyatdadır. Belə ki, xx.xx.2024-cü il tarixlərdə "xxxx" ASC-nin Cavabdeh əməkdaşları (rəis və digər istehlaka nəzarǝt əməkdaşları) tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirərkən abonent İddiaçı məxsus yaşayış evində quraşdırılmış hesabat sayğacın uçotuna baxış keçirilmiş və məlum olmuşdur ki, sözü gedən yaşayış evinə kənar xətt çəkilərək X1 edilir. Baxış zamanı müəyyən olunmuşdur ki, abonent elektrik dayağından sayğaca daxil olan xəttdən kənar xətt qoşaraq, həmin kənar xətti birbaşa evinə daxil etmiş (iki daş arasından) və ondan istifadə etmişdir. Bu zaman müvafiq videoçəkiliş aparılmış və göstərilən fakt öz təstiqini tapmışdır. Həmin videoçəkilişdən müəyyən olunur ki, sayğaca gələn xətt evin arxa hissəsindədir və abonent həmin xətti divar arası ilə keçirərək evə daxil etmişdir. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 1097 (bir min doxsan yeddi) manat, 10 (on) qəpik dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Bu hal onu göstərir ki, abonent-İddiaçı kənar xətt vasitəsi ilə X1 etdiyinin ona məlum olmasına baxmayaraq, akt üzrə hesablanmış ödənişindən yayınmaq məqsədilə məhkəməyə müraciət etmişdir. Bütün bunlardan əlavə videoçəkilişə baxan zaman müəyyən olunur ki, abonent birbaşa sayğacdan kənar xətt qoşmuş və həmin xəttlə elektrik enerjisindən özü istədiyi qədər istifadə edir. Bundan əlavə iddiaçı ona məxsus sayğac uçot dəstinə baxış keçirilərkən EEİQ-nın 8.33-cü bəndini rəhbər tutaraq hal şahidlərinin iştirak etmədiyini bildirmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2 Qaydaları”-na olunmuş 155 saylı dəyişiklik qərarına əsasən abonent barədə itirilmiş elektrik enerjisinin bərpası aktı tərtib olunarkən hal şahidlərinin dəvət olunmasına dair tələblər qaydalardan çıxarılmışdır. Sübut etməyə gəlincə isə bildirirlər ki, sübutlar məhkəmədə işin hərtərəfli və obyektiv aparılması və araşdırılması, işin icraatının əhəmiyyətli dərəcədə düzgün həlli üçün məhkəmənin əsaslana biləcəyi faktlardır. Bütün faktlar sübutlar adlandırılır və iş üzrə qiymət verilən hallardan biri də sübutlardır ki, onlar rəsmən və digər təsdiqedici faktlarla əsaslandırılır. Həmçinin tərəfin verdiyi sübutun mənbəyi bəlli deyildirsə o, sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə “EEİQ”-nın 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına və düzgün istismarına, və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıyır. Bu bəndlərin də dispozisiyasından göründüyü kimi iddiaçı abonent olaraq EEİQ-nın 9.1-ci bəndinin tələblərini də pozmuşdur. Sözü gedən yaşayış evinə məxsus elektrik sayğacına baxış keçirərkən, həmin akt tərtib olunarkən və vidoçəkiliş aparılarkən heç bir qanun pozuntusuna yol verilməmiş və müəyyən prosedur qaydalara riayət olunaraq akt tərtib olunmuşdur. Göstərilənlərə əsasən hesab edirlər ki, iddia təmin olunmamalı və akt üzrə hesablanmis məbləğ abonent tərəfindən ödənilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq iddiaçı Eyyubov Elçin Onbaşı oğlunun "xxxx" ASC-yə “X9 Qaydaları” nın (EEİQ) pozulması barədə tərdib olunmuş xx.xx.2024-cü il tarixli, 337585 saylı aktın ləğv olunması və həmin akta əsasən hesablanmıs borcun silinməsi barədə olan iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda məktuba satış sahələri üzrə və texniki sahələr üzrə tələblərin surəti, xx.xx.2024-cü il tarixli, 337585 saylı aktın surəti, abunə haqqında siyahı, etibarnamənin və "xxxx" ASC-nın xx.xx.2020-ci il tarixli, K/20-03036 saylı Əmrinin surətləri əlavə edilmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, 27 may 2024-cü il tarixdə "xxxx" ASC-nin Cavabdeh əməkdaşları onun yaşadığı ünvana gələrək sayçağa baxış keçirmiş və elektrik xəttində sayğacdan kənar qoşulma aşkar etdiklərindən bu barədə 27 may 2024-cü il tarixli, 337585 saylı akt tərtib etmişlər. Həmçinin qeyd etmişdir ki, akt tərtib edilərkən faktiki işlədilən enerjinin də hesabatı düzgün aparılmamışdır. O, 1.097 manat məbləğində cərimə edildiyini bilmişdir. Bildirir ki, yaşadığı mənzilin elektrik enerjisinə görə borcu olmayıb. Əlavə xəttin qoşulması barədə Cəmiyyətin əməkdaşlarına şifahi məlumat vermişdir. Odur ki, tərtib edilmiş aktla razı olmadığını, aktın ləğv edilməsini və hesablanmış cərimənin silinməsini xahiş edir. İş materiallarından göründüyü və məhkəmədə iddiaçının bildirdiyi kimi qeyri-qanuni hesab edilən elektrik xəttinin ona məxsus mənzildə olması faktı Elçin Eyyubovun səmimi etirafı və digər sübutlala müəyyən edilir. Qeyd olunanlara əsasən hazırkı mülki iş üzrə iddianın təmin olunması əsassızdır. Bunu nəzərə alaraq məhkəmə hazırkı mülki işə mahiyyəti üzrə baxıb qətnamə çıxarılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. Məhkəmə tərəfləri dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehə qarşı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməyib. Göstərilənləri və işin s. faktik hallarının nəzərə alaraq məhkəmə iddianın təmin olunmasını mümkün saymır. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “27 may 2024-cü il tarixli, 337585 nömrəli aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Neftçala Rayon Məhkəməsinin tətbiq etdiyi 16(053)-20/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli müvəqqəti təminat tədbiri haqqında qərardadı məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra qüvvədən düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-840/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-840/2024
02.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver