Məhkəmə qərarları › İş №2(053)-842/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-842/2025

31.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-842/2025 31.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi və X14 maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 saylı qərarı ilə tərtib edilmiş “ümumi birgə mülkiyyətinə torpaq sahəsi ayrılmış ailə üzvülərinin siyahısın”da göstərilən Elmira adı ilə xx.xx.1941-ci il tarixli AA seriyalı 140839 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən Şərəf adının ayni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi ərizəsinə dəqiqlşdirmə verərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarı ilə tərtib edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair” cədvəlin X10, Maraqlı şəxs2, X19 və X4 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 saylı qərarı ilə X10 və onun ailə üzvüləri "ümumi birgə mülkiyyətinə 1201 9 kv m sahədən ibarət həyatyanı torpaq sahəsi verilmişdir. X5 27 aprel 2010-cu ildə vəfat etmişdir. Torpaq 23.02 2012-ci il tarixdə Nt-341 nömrə ilə uçota alınmışdır. DTXK tərəfindən sahəsi Azərbaycan Respublikası DTXK tərəfindən həmin torpaq sahəsi ilə bağlı Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənəddə təkcə X9 adı qeyd edilmişdir.X9 vəfatından sonra vərəsəlik işinin açılması üçün Neftçala rayon Notariat Kontoruna müraciət olunmuşdur Vərəsəlik işi açıldıqdan sonra 01 iyun 2018ci ildə Neftçala rayon Notariat Kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirav Ərazi idarəsinə müraciət olunaraq X10 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestirinden çıxarışın verilməsi xahiş olunmuşdur. Bir muddət sonra notariat kontorundan bildirilmişdir ki, göstərilən torpaq sahəsi ada keçirilməsi qeyri- mümkündur Çünki sənədlərdə anasının adı "Şərəf əvəzinə "Elmira" kimi göstərilmişdir. Neftçala rayon X8 28 sentyabr 2002- ci il tarixli 64 saylı qərarı ilə X9 və ailə üzvülərinin adına təsdiq edilmiş siyahıda Maraqlı şəxs2 adında düzəlişin edilməsi ilə bağlı onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinın 11.12. 2024-cü il tarixli 3-21-3-38/2- 4974/2024 nömrəli məktubla bildirilmişdir ki, Neftçala şəhər ərazisində yerləşən 0, 12019 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəliarizənizə Daşınmaz Əmlakın Dövlət Kadastr ve Reyestri PHŞ-rin 13 saylı Şirvan Ərazi idarəsində baxılmışdır Bildirilir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizəsinə DƏDKR PHŞnin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Sözügdən ünvanda yerləşən 0,12019 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlet Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət tərəfindən AN 384161 Torpaq sahəsinin planı ve ölçüsü tərtib edilmişdir. Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002- ci il tarixi 64 saylı qərarı ilə X9 və ailə üzvülərinin adına təsdiq edilmiş siyahıda qeyd olunan Maraqlı şəxs2 Quban qızının "X3 səhv qeyd edilməsi barədə hüquqmüəyyanedici sənəd (məhkəmə qərarı) tərəfindən təqdim edilməmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Qanununun 16. 2-ci maddəsinin müddalarına daşınmaz əmlakın dövlət reyestri haqqında əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlairn düzəlişi hüquq sahiblinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və onların qanuni (hüquqmüəyyənədici sənəd məhkəmə qərarı) olduğu halda aparılır. mənafeləinin pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki-Prosessual Məsəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə müəyyən edir. Yuxarıda göstərilən səbəbdən, Daşınmaz əmlakın dövlət reyestiri haqqında Respublikası Qanununun 15-ci maddəsin müddalarına əsasən ərizənin icrasından imtina edilmişdir.Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsində Zeynalova (qız soyad) adı Şərəf Qubad qızı kimi, xx.xx.1960 -cı ildə X16 ilə nikaha girərək Lətifov soyadını qəbul edərək nikah haqqında şəhadətnamədə Maraqlı şəxs2 kimi göstərilmişdir. Neftçala rayon Notariat Kontoruna iş üzrə bütün hüquqmüəyyənedici sənədləri təqdim edilsədə Neftçala rayonun Aqrar İslahat Komissiyasının xx.xx.2022-ci il tarixli 64 nömrəli qərarı ilə tərtib edilmiş, "Ümümi birgə mülkiyyətinə torpaq sahəsi ayrılmış ailə üzvülərinin siyahısında olan Şərəflə Elmiranın eyni şəxs olmasını başqa cür sübut etmək olmur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin Maraqlı şəxs2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarı ilə tərtib edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair” cədvəldən müəyyən edilir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarı ilə 1201,9 kv.m ha ölçüdə həyətyanı torpaq sahəsi DadaşovVaqif Ağaş oğlun X9, X7, X18 və X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarı ilə tərtib edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair” cədvəldə adların düzəldilməsinə köməklik göstərilməsi barədə ********** saylı ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Ərizəyə əlavə edilmiş hüquq müəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında uyğunsuzluq müəyyən edildiyi üçün müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan AA seriyalı 140839 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X12 1941-ci ildə Neftçala anadan olmuşdur.X2, anası Dursədəf İsgəndər qızıdır. İş materiallarında olan İ-İE seriyalı 248625 nömrəli evlənmək haqqında şəhadətnamədən müəyyən edilir ki, X16 ilə X12 arasında xx.xx.1960-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 60 nömrəsi ilə qeyd edilmişdir.Nikahdan sonra ərə Lətifov arvada Lətifova soyadı verilmişdir. İş materiallarında olan İV-JQ 419514 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Ərizəçi xx.xx.1976-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur.X6, anası Maraqlı şəxs2dır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən müəyyən edilir ki, Maraqlı şəxs2 XX.XX,1941-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 412152 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2010-cu ildə qara ciyərə M.T.S səbəbindən ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən 100 manat məbləğində dövlət rüsumu Ərizəçi tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin izahatı, təqdim edilmiş rəsmi sənədlərlə Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarı ilə tərtib edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair” cədvəlin X10, Maraqlı şəxs2, X19 və X4 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarı ilə tərtib edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair” cədvəlin X10, Maraqlı şəxs2, X19 və X4 məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarı ilə tərtib edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair” cədvəlin X10, Maraqlı şəxs2, X19 və X4 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar