Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-845/2024 14.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarına X22 və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN 438938 №-li “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin və “Adlı siyahı”nın X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək X1yınanası olduğunu bildirmişdir. Qeyd edir ki, mərhum həyat yoldaşı X17 ilə 21 yanvar 1987-ci ildə nikaha girmişdir. Ailə həyatı qurduqdan sonra həyat yoldaşının qeydiyyatda olub yaşadığı Neftçala rayonunun Mirqurbanlı kəndində yaşamışlar. Həyat yoldaşı S.Q.Cavadov 28 fevral 2002-ci ildə vəfat etmişdir. Mərhum qayınanasının 900.46 kv.m torpaq sahəsi olmuşdur. Qayınanasından qalmış miras əmlakların qanun üzrə vərəsəlik qaydasında qəbulu məqsədilə Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi xx.xx.2021-ci il tarixli məktubla 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət ünvanlamışdır. 13 saylı Şirvan Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli bildirişlə müraciətindən imtina etmişdir. İmtinaya səbəb kimi Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 64 saylı qərarına X22 və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN 438938 №-li “Torpaq sahəsinin plan və ölçüsü” sənədində və “Adlı siyahıda”, X9, “Cavadova Polya” kimi qeyd edilmişdir. Qeyd edir ki, “Torpaq sahəsinin plan və ölçüsü” sənədində və “Adlı siyahı"da göstərilmiş “Cavadova Polya” X3. Belə ki, mərhum ərinə məxsus “Doğum haqqında şəhadətnamə”nin “valideynləri” qrafasında anasının adı, soyadı və atasının adı “X9” kimi göstərilmişdir. Həmçinin Neftaçala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 321 saylı arayışda xx.xx.2012-ci ildə vəfat etmiş şəxsin soyadı Cavadova, adı Pelogeya, atasının adı isə Martinovnadır. Beləliklə hesab edir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 64 saylı qərarına X22 və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN 438938 №-li “Torpaq sahəsinin plan və ölçüsü” sənədində və “Adlı siyahıda adı qeyd edilən “Cavadova Polya” X4. Həmin yanlışlığın aradan qaldırılması üçün cəhdlər etmiş, lakin buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. İşin məhkəmə baxışı iclası zamanı Ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizəsində dəqiqləşdirmə apardığını və ərizənin “xahiş edirəm” hissəsində qeyd edilmiş “Adlı siyahı”nın X7 məxsus olması hissəsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, 13 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1955-ci ildə Kəlbəcər rayonu, Əsrik kəndində doğulub və Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatdadır. «Nikahın bağlanması haqqında» şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 ilə X11 21 yanvar 1987-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə Neftçala rayon VVAQ şöbəsi tərəfindən akt qeydləri kitabında 28 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərizəçi «Cavadova» soyadını qəbul edib. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X17 28 fevral 2002-ci ildə ölmüş, ölüm Neftçala rayon VVADQ şöbəsi tərəfindən 01 mart 2002-ci ildə akt qeydləri kitabında 64 nömrəsi ilə qeydə alınmışdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X17 27 aprel 1954-cü ildə Neftçala rayonunda doğulmuşdur. X13 anası X4. Neftçala rayon qeydiyyat şöbəsinin 02 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, X17 27 aprel 1954-cü ildə Neftçala şəhərində doğulmuşdur. X8 anası X5. Qeyd : 28 fevral 2002-ci ildə vəfat etmiş S.Q.Cavadovun ölümü xx.xx.2002-ci il tarixdə 64 №-li akt qeydi ilə Neftçala rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Neftçala rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 382 nömrəli arayışından görünür ki, X10 04 iyun 2012-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində ölmüşdür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və X19 kitabında 19 aprel 2013-cü ildə MQ-02 nömrəsi ilə uçota alınmış A seriyalı, 438938 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» adlı sənədin təsdiq olunmuş surətindən görünür ki, həmin sənəddə göstərilən koordinatlar çərçivəsində yerləşən 900,46 kv.m həyətyanı torpaq sahəsi Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 nömrəli qərarına əsasən Mirqurbanlı kənd sakini Cavadova Polyaya məxsusdur. İş materiallarına əlavə edilmiş siyahının 42 nömrəsi ilə nömrələnmiş 4 sətrində «1 Cavadova Polya», «2 X12», «3 X15» və «4 X14» adları yazılıb. Neftçala Rayon Məhkəməsinin 2(053)-991/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması barədə” ərizəsi rədd edilmişdir. Beləki, həmin iş üzrə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2022-ci il tarixli, 64 nömrəli qərarına X22 və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№438938 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin və «Adlı siyahı»nın ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, məktubunuza cavab olaraq ərazi idarəsinin arxiv materiallarında Neftçala rayonu AİK-nın xx.xx.2002-ci il tarixli, 64 saylı qərarına əsasən DTXK tərəfindən təqdim edilmiş A №438938 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində Cavadova Polya kimi qeyd edilmişdir. Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «X10» ərizəçinin qaynanasıdır, lakin onun adı müvafiq sənədlərdə fərqli yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon (şəhər) şöbəsi tərəfindən Cavadova Polyaya verilmiş torpaq sahəsinin planı və ölçüsü Ərizəçi qaynanası X7 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». İş materiallarından görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişlər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarına X22 və Xəritəçəkmə Komitəsinin Neftçala rayon (şəhər) şöbəsi tərəfindən verilmiş A seriyalı, 438938 №-li “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin X7 məxsus olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-845/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-845/2024
14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver