Məhkəmə qərarları › İş №2(053)-89/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-89/2024

22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-89/2024 22.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi tərəfindən “Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” mülki işə Neftçala şəhərində, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 nömrəli qərarı ilə ona 1502.96 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2008-ci ildə XL-509 nömrə ilə uçota alınıb. DTXK tərəfindən həmin torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Aqrar İslahat Komissiyası texniki səhv edərək X1 qeyd edilmişdir. Ona verilmiş 1502.96 ha torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası ƏMDKYDƏDRX- nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDKYDƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə verdiyi ərizəyə xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılaraq, onun ünvanına bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli, **********2 nömrəli bildirşdə qeyd edilir ki, Neftçala şəhəri, Xıllı qəsəbəsində yerləşən 0.1502.96 ha torpaq sahəsiniə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı” PHS nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bildirir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 2002-ci il tarixli, 64 saylı qərarı ilə Neftçala şəhəri, Xıllı qəsəbəsində yerləşən 0.1502.96 ha torpaq sahəsi X3 verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2008-ci tarixli, XL 509 nömrə ilə uçotu aparılmış və A 093974 (**********00515) nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib edilmişdir. Lakin, X2 adının və atasının adının səhvən qeyd edilməsi barədə hüquqmüəyyən edici sənəd (məhkəmə qərarı) tərəfinizdən təqdim edilməmişdir. Ona məxsus olan hüquqmüəyyənedici sənədlərdə doğum haqqında, nikahın pozulması haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqəsində həqiqətən də Ərizəçi kimi qeyd edlilməsi ilə təsdiq olunur ki, "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ona məxsusdur. Neftçala rayonu, Xıllı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 129 nömrəli arayışından da görünür ki, xx.xx.2008-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü (A 093974) sənədində adı və atasının adı səhv yazılmışdır. Vətəndaşın şəxsiyyət vəsiqəsində Ərizəçi kimidir. (AZE 0*******) Sənəddə olan torpaq sahəsi Xıllı qəsəbə sakini Ərizəçi məxsusdur. Neftçala rayonu, Xıllı qəsəbə İDÜƏN-nin 14.09. 2023- cü il tarixli, 523 saylı arayışıdan görünür ki, X4 adlı şəxs Xıllı qəsəbəsində yaşamır. Hesab edir ki, qeyd olunanlar ərizənin təmin olunması üçün əsasdır. Məhkəmədən ərizənin təmin edilməklə, hüquq müəyyənedici sənədin, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komtəsi tərəfindən X2 adına verilmiş 17.10. 2008- ci il tarixdə XL- 509 nömrə ilə uçota alınmış A 093974 (**********0515) nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, 13 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan A seriyalı, 093974 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsünü Neftçala rayonu, Xıllı qəsəbə sakini X2 adına Neftçala rayon Aqrar İslahatı Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 saylı qərarı ilə 1502,96 kv.metr sahəni fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişdə qeyd olunmuşdur ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı Qərarı ilə Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən 0.150296 ha torpaq sahəsi X3 verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixli, XL-509 nömrə ilə uçotu aparılmış və A 093974 (**********0515) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Lakin, X2 adının və atasının adının səhvən qeyd edilməsi barədə hüquqmüəyyǝnedici sənəd (məhkəmə qərarı) tərəfinizdən təqdim edilməmişdir. Qeyd edirik ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas (hüquqmüəyyənedici sənəd-məhkəmə qərarı) olduğu halda aparılır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Qeyd edirik ki, tərəfinizdən yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırılacağı təqdirdə müraciətinizin icrası istiqamətində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcəkdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən sizin müraciətinizin icrasından imtina edilir. Neftçala rayon İcra Hakimiyyəti Başçısının Xıllı qəsəbə İƏD üzrə nümayəndəliyinin 523 nömrəli arayışından görünür ki, X4 adlı şəxs Neftçala rayonu, Xıllı qəsəbəsində yaşamır. İşdə olan Neftçala rayonu Xıllı Bələdiyyyəsi tərəfindən 28 avqust 2023-cü il tarixli, 129 saylı arayışdan görünür ki, xx.xx.2008-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü (A№ 093974) sənədində adı və atasının adı səhv yazılmışdır. Vətəndaşın şəxsiyyət vəsiqəsində Ərizəçidur. Sənəddə olan torpaq sahəsi Neftçala rayonu, Xıllı qəsəbə sakini Ərizəçi məxsusdur. “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuşdur. Məhkəmədə müəyyən edildi ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə verilmiş 1502,96 kv. metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsündə Ərizəçi yerinə "X5" oğlu qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə verilmiş 1502,96 kv. metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə Ərizəçi yerinə “X5” oğlu qeyd olunmuşdur. Qeyd olunanlara əsasən də məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş 17 oktyabr 2008-ci il tarixdə XL-509 nömrə ilə uçota alınmış A № 093974 (**********0515) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş 17 oktyabr 2008-ci il tarixdə XL-509 nömrə ilə uçota alınmış A № 093974 (**********0515) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar