Məhkəmə qərarları › İş №2(053)-901/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-901/2025

10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-901/2025 10.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər X17, X19 və X11 iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 nömrəli qərarı ilə verilmiş (JN:2374F, KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi, X20, X16 və X27 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə çıxarılacaq yekun məhkəmə aktının X17, X19 və X11 mənafelərinə təsir edə biləcəyi nəzərə alınaraq, onlar işə maraqlı şəxs qismində cəlb olunmuşlar. Ərizəçi işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 nömrəli qərarı ilə 0,07 hektar həyətyanı torpaq sahəsi ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Sözügedən komissiyanın 28 sentyabr 2002-ci il tarixli, 64 nömrəli qərarına əsasən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə (JN:2374F, KOD ********) komissiyanın diqqətsizliyi nəticəsində Ərizəçi X13, X2 Bahadır Bəhrəm oğlu kimi, X1 Əslixanım Abbas qızı kimi və X36 isə X14 qeyd edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə buraxılmış texniki səhvləri aradan qaldırmaqla mülkiyyətində olan 0,07 hektar torpaq sahəsinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. 13 saylı Şirvan Ərazi İdarəsinin 01 aprel 2025-ci il tarixli bildirişində səhv qeyd olunmuş adlar barədə hüquqmüəyyənedici sənəd, yəni məhkəmə qərarı təqdim olunmadığı üçün ərizənin icrasından imtina edilmişdir. X5 məxsus doğum və nikahın bağlanması haqqında şəhadətnamələrdə, həmçinin şəxsiyyət vəsiqəsində adı düzgün olaraq X10 yazılmışdır. X3 məxsus doğum haqqında şəhadətnamədə adı və soyadı X7 yazılmış, 23 sentyabr 1978-ci ildə X32 ilə nikah bağladıqdan sonra Mehrəliyeva soyadı qəbul etmiş və şəxsiyyət vəsiqəsində onun adı və soyadı düzgün olaraq X8 düzgün qeyd edilmişdir. X4 məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində onun ata adı X15 düzgün qeyd olunub. Həmçinin özünəməxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində də onun adı və atasının adı düzgün olaraq Ərizəçi kimi qeyd edilmişdir. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Neftçala bələdiyyəsinin 16 may 2025-ci il tarixli arayışlarında da bəhs olunan adların şəhadətnamədə səhv qeyd olunduğu göstərilmişdir. Qeyd edilən sənədlərdə olan yanlışlığın aradan qaldırılması üçün cəhdlər etmiş, lakin buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxslər X32, X36 və X21 işin məhkəmə baxışı zamanı ərizəçinin bildirdiklərinə uyğun məzmunlu izahatlar vermişlər. Ərizənin təmin olunmasını xahiş edirlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin, həmçinin “Doğum haqqında” şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi adı “Famil” kimi, ata adı isə “Bahadir” kimi qeyd olunub. X20 məxsus şəxsiyyət vəsiqəsinin, həmçinin “Doğum haqqında” və “Nikahın bağlanması haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X17 adı “Bahadir” kimi qeyd olunub. X16 məxsus şəxsiyyət vəsiqəsinin, həmçinin “Doğum haqqında” və “Nikahın bağlanması haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, onun adı “Əsxanım” kimi, ata adı isə “Abasəli” kimi qeyd olunub. X27 məxsus şəxsiyyət vəsiqəsinin və “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X19 ata adı “Bahadir” kimi qeyd olunub. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2374F nömrəli (kod ********) şəhadətnamədən görünür ki, Neftçala rayonu, Neftçala şəhər sakini X24 və ailə üzvləri - X22, X37, və X28 0,07 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 may 2025-ci il tarixli 958 nömrəli arayışında qeyd olunur: «Verilir, Ərizəçi ondan ötrü ki, həqiqətən də onun atasına məxsus JN - 2374F, Kod 80701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq atası X33, anası X25, qardaşları X37 və X35 olaraq qeyd edilmişdir. AZE № 04128411, AZE № 08159297, AA4637103 və AZE № ******** nömrəli şəxsiyyət vəsiqələrinə əsasən doğru adlar X32, X26, X36 və Ərizəçidur....» Neftçala bələdiyyəsinin 16 may 2025-ci il tarixli 118 nömrəli arayışında qeyd olunur: «...Azərbaycan Respublikasının DYLİ X46 Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən verilmiş JN-2374F nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq: 1. X34; 2. X33; 3. X12; 4. X37 yazılmışdır. Həqiqətən doğru adlar aşağıdakı kimidir: 1. Ərizəçi; 2. X32; 3. X21; 4. X36...» Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «X35» («Ərizəçi») ərizəçinin özü, «X33» («X32») ərizəçinin atası, «X22» («X21») ərizəçinin anası və «X37» («X36») ərizəçinin qardaşıdır. Lakin müvafiq sənəddə Ərizəçi adı «Kamil» kimi, atasının adı «Bahadır» kimi, X17 adı «Bahadır» kimi, X11 adı «Əslixanım» kimi, ata adı «Abbas» kimi və X19 ata adı isə «Bahadır» kimi yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2374F nömrəli (kod ********) şəhadətnamədə torpaq sahəsinin payçıları Ərizəçi, ərizəçinin atası X32, ərizəçinin anası X21 və ərizəçinin qardaşı X29r. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 01 aprel 2025-ci il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Neftçala Rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 nömrəli qərarı ilə ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsi ilə bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2374F nömrəli 80701004 kodlu şəhadətnamənin Ərizəçi (şəhadətnamədə «X35» kimi qeyd edilib), X20 (şəhadətnamədə «X33» kimi qeyd edilib), X16 (şəhadətnamədə «X22» kimi qeyd edilib) və X27 (şəhadətnamədə «X37» kimi qeyd edilib) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar