Məhkəmə qərarları › İş №2(053)-961/2022

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-961/2022

13.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-961/2022 13.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, cavabdeh X1 və cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı “qanunsuz tikinti obyektinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh – ünvan 1 ünvanında yaşayan X3 tərəfindən Neftçala şəhəri, Heydər Əliyev prospekti 4A ünvanında yerləşən xüsusi mülkiyyətə aid torpaq sahəsində inşa edilmiş 60 kv.m-lik tikinti obyektinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması zamanı müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsini İddiaçı başçısının birinci müavini imzalamış, lakin ərizəyə onun müvafiq səlahiyyətə malik olduğunu təsdiq edə biləcək heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən «Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir». Eyni Məcəllənin 73.4-cü maddəsinə əsasən «Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir». Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 259.0.3-cü maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən «ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda», məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı “qanunsuz tikinti obyektinin sökülməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə «İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır». Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar