Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-964/2025 04.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə aid Neftçala rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə verilmiş (JN:029A, KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə 0,22 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Şəhadətnamə əsasında verilmiş 0,22 ha həyətyanı torpaq sahəsindən hazırda istifadə edirlər. Həmin torpaq sahəsinə çıxarışın alınması üçün Salyan Regional “ASAN” xidmət mərkəzinə müraciət etmiş və onun müraciəti baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə göndərilmişdir. Lakin şəhadətnamədə mülkiyyətçilərin adlarında texniki səhvlər olduğu üçün çıxarışın alınması mümkün deyil. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlarda və aktda Ərizəçi ata adının Ərizəçi Nuru oğlu kimi, Maraqlı şəxs3 adının və ata adının X1 və Maraqlı şəxs4 ata adının Maraqlı şəxs4 Nəzirmməd oğlu kimi şəhadətnamədə səhv qeyd olunduğu göstərilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsə də, 13 saylı Şirvan Ərazi İdarəsinin bildirişində səhv qeyd olunmuş adlar barədə hüquqmüəyyənedici sənəd, yəni məhkəmə qərarı təqdim olunmadığı üçün ərizənin icrasından imtina edilmişdir. Torpaq sahəsi Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsərrüfatbaşına kitabında qeydiyyata alınmış, o və ailə üzvləri, yəni Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 da torpaq sahəsinin mülkiyyətçiləridir. Ona görə də Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə aid Neftçala rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə verilmiş (JN:029A, KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin onların ailəsinə məxsus olması faktı müəyyən edilməlidir. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, nümayəndələrini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin, həmçinin “Evlənmək haqqında” şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi ata adı “Nuri” kimi qeyd olunub. Maraqlı şəxs3 məxsus “Qaçqının səyahət vəsiqəsi”nin, habelə “Nikahın bağlanması haqqında” şəhadətnamənin və Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli arayışın surətlərindən görünür ki, onun adı “Asif” kimi, ata adı isə “Nəzirməmməd” kimi qeyd olunub. Maraqlı şəxs4 məxsus şəxsiyyət vəsiqəsinin, həmçinin Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli arayışın surətlərindən görünür ki, Maraqlı şəxs4 ata adı “Nəzirməmməd” kimi qeyd olunub. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029A nömrəli (kod ********) şəhadətnamədən görünür ki, Neftçala rayonu, Qaraqaşlı kənd sakini Ərizəçi Nuru oğluna və ailə üzvləri - Maraqlı şəxs2, X4, Maraqlı şəxs4 Nəzirmməd oğlu, Maraqlı şəxs5 və Maraqlı şəxs6 0,22 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 aprel 2025-ci il tarixli 204 nömrəli arayışında qeyd olunur: «Verilir, Ərizəçi ondan ötrü ki, o, həqiqətən Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Qaraqaşlı kəndində yaşayır və aşağıda göstərilən ailə tərkibi vardır: 1. Maraqlı şəxs2; 2. Maraqlı şəxs4. Ərizəçi ailə tərkibindən çıxıb gedən ailə üzvləri aşağıdakılardır: 1. Maraqlı şəxs3; 2. Maraqlı şəxs5; 3. Maraqlı şəxs6. Qeyd: Bu ailənin Ərizəçi Nuru oğlu adlı üzvü olmamışdır. Əslində o, Ərizəçidur. Bu ailənin X4 adlı üzvü olmamışdır. Əslində o, Maraqlı şəxs3dur. Bu ailənin Maraqlı şəxs4 Nəzirmməd oğlu adlı üzvü olmamışdır. Əslində o, Maraqlı şəxs4dur. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində Ərizəçi Nuru oğlu adında vətəndaş qeydiyyatda olmayıb və yaşamayıb. X4 adında vətəndaş qeydiyyatda olmayıb və yaşamayıb. Maraqlı şəxs4 Nəzirmməd oğlu adında vətəndaş qeydiyyatda olmayıb və yaşamayıb...». İş materiallarına əlavə edilmiş aktda qeyd olunur: « Biz aşağıda imza edənlər: 1.Neftçala rayon İHB-nın Cəngan kənd İƏDN-si, X7; 2. Neftçala rayon İHB-nın Cəngan kənd İƏDN-nin müavini X5; 3. Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin sədri, X6; 4. Vətəndaş Qədirov X2 rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-029A Kod 80704028 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə texniki səhv olaraq 1. Ərizəçi Nuru oğlu; 2. X4; 3. Maraqlı şəxs4 Nəzirmməd oğlu kimi qeyd edilmişdir. Komissiya müəyyən etdi ki, həqiqətən doğru adlar aşağıdakı kimidir: 1. Ərizəçi; 2. Maraqlı şəxs3; 3. Maraqlı şəxs4». Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 aprel 2025-ci il tarixli 206 nömrəli arayışında qeyd olunur: «Verilir Ərizəçi ondan ötrü ki, onun X3 adlı övladı olmamışdır...». Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 aprel 2025-ci il tarixli 207 nömrəli arayış-çıxarışında qeyd olunur: «Arayış-Çıxarış verilir Ərizəçi ondan ötrü ki, ona məxsus Neftçala rayonu Qaraqaşlı kəndində ayrılmış 0.22 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Həmin həyətyanı torpaq sahəsində 1968-ci ildə mişar daşından və çiy kərpicdən inşa olunmuş 2 (iki) mərtəbəli, 4 (dörd) yaşayış otağından ibarət, ümumi sahəsi 133.70 m², yaşayış sahəsi 100.0 m², yardımçı sahəsi 55.0 m² və mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsi Cəngan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 saylı təsərrüfatbaşına kitabının 52 saylı səhifəsində, 643 saylı şəxsi hesabında qeydə alınmışdır...» Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 aprel 2025-ci il tarixli 208 nömrəli arayışında qeyd olunur: «Verilir Ərizəçi ondan ötrü ki, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (JN-029A, KOD ********) qeyd edilən X4 və Maraqlı şəxs4 Nəzirmməd oğlunun ata adları texniki səhv olaraq Nəzirmməd yazılmışdır. Əslində isə doğru ad Nəzirməmməddir...» Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «Ərizəçi Nuru oğlu» («Ərizəçi») ərizəçinin özü, «X4» («Maraqlı şəxs3») ərizəçinin oğlu və «Maraqlı şəxs4 Nəzirmməd oğlu» («Maraqlı şəxs4») ərizəçinin digər oğludur. Lakin müvafiq sənəddə Ərizəçi atasının adı «Nuru» kimi, Maraqlı şəxs3nın adı «Arif» kimi, ata adı «Nəzirmməd» kimi və Maraqlı şəxs4 ata adı isə «Nəzirmməd» kimi yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029A nömrəli (kod ********) şəhadətnamədə torpaq sahəsinin mülkiyyətçiləri Ərizəçi, ərizəçinin oğlu Maraqlı şəxs3 və ərizəçinin digər oğlu Maraqlı şəxs4dur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 21 may 2025-ci il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Neftçala Rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə ayrılmış 0,22 ha həyətyanı torpaq sahəsi ilə bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029A nömrəli 80704028 kodlu şəhadətnamənin Ərizəçi (şəhadətnamədə «Ərizəçi Nuru oğlu» kimi qeyd edilib), Maraqlı şəxs3 (şəhadətnamədə «X4» kimi qeyd edilib) və Maraqlı şəxs4 (şəhadətnamədə «Maraqlı şəxs4 Nəzirmməd oğlu» kimi qeyd edilib) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-964/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-964/2025
04.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver