Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-991/2023 23.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2022-ci il tarixli 64 nömrəli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№438938 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin və «Adlı siyahı»nın ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək 21 yanvar 1987-ci ildə X16 ilə nikah bağladığını bildirmişdir. Ailə qurduqdan sonra ərinin yaşadığı Neftçala rayonunun Mirqurbanlı kəndində yaşayıblar. X23 28 fevral 2002-ci ildə vəfat edib. X6 mərhum ərinin anası, onun isə qayınanasıdır. X6 04 iyun 2012-ci ildə vəfat etmişdir. Ərizəçi həmçinin bildirir ki, Neftçala rayonu, Həsənabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi mərhum ərindən miras qalıb. Həmçinin qayınanası X1 900,46 kv.m-lik torpaq sahəsi miras qalmışdır. Mərhumlardan qalmış miras əmlakların qanun üzrə vərəsəlik qaydasında qəbulu məqsədilə Salyan rayon 2 saylı xüsusi notariat ofisinə müraciət etmiş, bununla əlaqədar notariat ofisi 28 oktyabr 2021-ci il tarixli məktubla AR ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan ərazi idarəsinə müraciət etmişdir. Bu müraciətə cavab olaraq 13 saylı Şirvan ərazi idarəsi tərəfindən ona daşınmaz əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə 20 dekabr 2021-ci il tarixli bildiriş göndərilmişdir. Həmin bildirişdə qeyd olunur ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 nömrəli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№438938 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədində və «Adlı siyahı»da X6, «Cavadova Polya» kimi və Ərizəçi isə «X9» kimi qeyd edilmiş, lakin bu barədə hüquq müəyyənedici sənəd (məhkəmə qərarı) təqdim edilməmişdir. Ona görə də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinin icrasından imtina edildiyi bildirilmişdir. Qeyd edir ki, «Torpaq sahəsinin planı və ölçüsü» sənədində və «Adlı siyahı»da göstərilmiş «Cavadova Polya» X2. Belə ki, mərhum əri X12 məxsus «Doğum haqqında şəhadətnamə»nin valideynləri qrafasında anasının adı, soyadı və atasının adı «X6» kimi göstərilmişdir. Bununla yanaşı Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli 321 nömrəli arayışda da 04 iyun 2012-ci ildə vəfat etmiş şəxsin soyadı Cavadova, adı Pelogiya, atasının adı isə Martınovna kimi yazılmışdır. Həmçinin Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Adlı siyahı»da göstərilən X9, Ərizəçidır. Bununla bağlı qeyd edir ki, ona məxsus olan AZE Seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində soyadı Cavadova, adı Siyasət, ata adı isə Əhəd yazılıb. Eləcə də İV-JQ№335248 nömrəli «Nikahın bağlanması haqqında» şəhadətnamədə də Ərizəçi (İsmayılova onun qızlıq soyadıdır) kimi yazılıb. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli, 1268 nömrəli və 03 noyabr 2021-ci il tarixli, 1304 nömrəli arayışlarda, habelə Salyan rayon 2 saylı xüsusi notariat ofisinin 28 oktyabr 2021-ci il tarixli, 801 nömrəli arayışda soyadı «Cavadova», adı «Siyasət» və ata adı «Əhəd» yazılmışdır. Beləliklə hesab edir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 nömrəli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№438938 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi və «Adlı siyahı» ona, yəni Ərizəçi məxsusdur. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş edir. Yuxarıda göstərilənlərlə yanaşı qeyd olunur ki, ərizəçi işin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq müvafiq daşınmaz əmlakın yerləşdiyi ünvan üzrə qeydiyyata alınmasını və həmin daşınmaz əmlakın öz adına rəsmiləşdirilməsini istədiyini bildirmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini dinləyib sənədləri və işin faktik hallarını araşdırıb, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ərizə rədd edilməlidir. Məsələ ilə bağlı ilk növbədə qeyd olunur ki, ərizəçi tərəfindən təqdim olunmuş “sənəd surətləri” Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələblərinə uyğun deyil. Buna baxmayaraq məhkəmə hər bir halda həmin “sənəd surətlərini” aşağıda qeyd etməyi zəruri sayır. Ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1955-ci ildə Kəlbəcər rayonu, Əsrik kəndində doğulub və Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatdadır. «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, X16 ilə X7 21 yanvar 1987-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə Neftçala rayon VVAQ şöbəsi tərəfindən akt qeydləri kitabında 28 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərizəçi «Cavadova» soyadını qəbul edib. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X16 28 fevral 2002-ci ildə ölmüş, ölüm Neftçala rayon VVADQ şöbəsi tərəfindən 01 mart 2002-ci ildə akt qeydləri kitabında 64 nömrəsi ilə qeydə alınmışdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X16 27 aprel 1954-cü ildə Neftçala rayonunda doğulmuşdur. X10 anası X2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və X18 kitabında 19 aprel 2013-cü ildə MQ-02 nömrəsi ilə uçota alınmış A seriyalı 438938 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» adlı sənədin surətindən görünür ki, həmin sənəddə göstərilən koordinatlar çərçivəsində yerləşən 900,46 kv.m həyətyanı torpaq sahəsi Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 nömrəli qərarına əsasən Mirqurbanlı kənd sakini Cavadova Polyaya məxsusdur. İş materiallarına əlavə edilmiş siyahının 42 nömrəsi ilə nömrələnmiş 4 sətrində «1 Cavadova Polya», «2 X9», «3 X13» və « 4 X11» adları yazılıb. Salyan rayon 2 saylı xüsusi notariat ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə və Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olan Ərizəçi ünvanlanmış 28 oktyabr 2021-ci il tarixli 801 nömrəli məktubda aşağıdakılar qeyd olunub: «Bildiririk ki, Ərizəçi ofisə müraciət edərək xx.xx.2002-ci ildə vəfat etmiş mərhum əri X10 qanun üzrə vərəsəsi olması barədə Sizə yazılı məlumat verməyimizi xahiş etmişdir. Ərizəçi ofisə təqdim etdiyi mərhum ərinin ölüm haqqında şəhadətnaməsindən, öz şəxsiyyət vəsiqəsindən və digər sənədlərindən məlum olur ki, o həqiqətən də AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən mərhumun qanun üzrə vərəsəsidir». Neftçala Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2023-cü tarixli 1268 nömrəli arayışdan görünür ki, Ərizəçi əri X16 28 fevral 2021-ci ildə vəfat etmişdir. Mərhumun sonuncu daimi yaşayış yeri Neftçala rayonu, Həsənabad qəsəbəsinin Mirqurbanlı məhəlləsi olmuşdur. İsmayılova – Ərizəçi və X5 21 yanvar 1987-ci il tarixli dövlət qeydiyyatlı nikahla ər-arvad olmuşlar. X5 vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır: 1. Arvadı – İsmayılova- Ərizəçi – xx.xx.1955-ci il; 2. Qızı – Cavadova – X8 – xx.xx.1992-ci il. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 noyabr 2023-cü tarixli 1304 nömrəli, nümayəndəliyin 2018 – 2022-ci illər üzrə təsərrüfatbaşına uçot kitabından «Çıxarış – Arayış»dan görünür ki, Ərizəçi vəfat etmiş həyat yoldaşına məxsus olan Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 1986-cı ildə tikilmiş iki mərtəbəli, ümumi sahəsi 158,3 kv.m, yaşayış sahəsi 83,5 kv.m, köməkçi sahəsi 57,4 kv.m olan 4 otaqlı, divarları doldurma, dam örtüyü şifer olan fərdi yaşayış evi və vəfat etmiş qayınanasının mülkiyyətində olan 900,46 kv.m torpaq sahəsi vardır və 12 nömrəli təsərrüfatbaşına kitabın 82-ci səhifəsində 1042 nömrəli şəxsi hesabında qeydiyyata alınmışdır. Bu yaşayış evi MQ- 02, A№438938 nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin Ərizəçi ünvanladığı «daşınmaz əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə» 20 dekabr 2021-ci il tarixli, **********80 nömrəli bildirişdə aşağıdakılar qeyd olunub: «Neftçala rayonu, Mirqurbanlı kəndində yerləşən 0,09 ha torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyatına alınması ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təqdim edilmiş hüquq müəyyənedici sənədlərə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparan orqandır. O cümlədən, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 nömrəli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№438938 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədində və adlı siyahıda, X6, «Cavadova Polya» kimi və Ərizəçi «X9» kimi səhvən qeyd edilməsi barədə hüquq müəyyənedici sənəd (məhkəmə qərarı) tərəfinizdən təqdim edilməmişdir. Qeyd edirik ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas (hüquq müəyyənedici sənəd məhkəmə qərarı) olduğu halda aparılır. Eyni zamanda tərəfinizdən təqdim edilmiş «Torpaq sahəsinin planı və ölçüsü» sənədində göstərilən döngə nöqtələrinin koordinatları ilə faktiki yerləşmə vəziyyətinin arasında fərqlilik mövcuddur. Bu səbəbdən mövcud torpaq sahəsinə dair mülkiyyət hüquqlarınızın dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş mərzçəkmə qaydalarının 7.2. bəndinə uyğun mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) ƏMDX-nin müvafiq struktur bölməsinin mütəxəssisinin, ƏMDX-nin ərazi bölmələrinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin istifadəçisinin və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə müəyyən edilməli uyğunsuzluq aradan qaldırılmalı, faktiki yerləşmə planı tərtib edilməli və aktlaşdırılmalıdır. Odur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir». Ərizəçinin tələbinin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır». Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 6-cı bəndində aşağıdakılar qeyd olunur: «Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir». Məhkəmə vurğulayır ki, Ərizəçi ərizəsində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və X18 kitabında 19 aprel 2013-cü ildə MQ- 02 nömrəsi ilə uçota alınmış A seriyalı 438938 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ona, yəni Ərizəçi özünə məxsus olması faktının müəyyən olunmasını tələb edir. Halbuki, elə ərizəçinin özünün bildirdiklərindən və sənəddən də onun Ərizəçi adına deyil, Mirqurbanlı kənd sakini Cavadova Polyanın (və ya ərizəçinin bildirdiyi kimi, mərhum qayınanası X3) adına verildiyi görünür. Bunun əksi işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə olan halda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və X18 kitabında 19 aprel 2013-cü ildə MQ-02 nömrəsi ilə uçota alınmış A seriyalı 438938 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin Ərizəçi məxsus olması faktı məhkəmə tərəfindən müəyyən oluna bilməz. Məhkəmə ərizəçinin istəyinin mahiyyətini nəzərə alaraq izah edir ki, əgər o, yuxarıda göstərilən sənədə («Torpaq sahəsinin planı və ölçüsü»nə) aid həyətyanı torpaq sahəsinin vərəsəlik qaydasında öz adına rəsmiləşdirilməsini istəyirsə, həmin sənədin ona, yəni ərizəçiyə məxsus olması faktının deyil, mərhum qayınanası X4 məxsus olması faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etməlidir. Göstərilən fakt məhkəmə qaydasında müəyyən edildikdən sonra isə ərizəçi əmlakın vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə bağlı qanun çərçivəsində tədbirlər görə bilər. İkincisi. Əgər ərizəçi yuxarıda göstərilən əmlaka aid ünvan üzrə qeydiyyata alınmasını istəyirsə, onda ilk növbədə aidiyyəti polis orqanına müraciət etməli, rəsmi imtina alacağı təqdirdə isə məsələni qanunla müəyyən edilmiş qaydada aidiyyəti məhkəmədə mübahisələndirməlidir. Yuxarıda göstərilənlər ərizəçiyə işin məhkəmə araşdırması dövründə ətraflı izah olunmuş, lakin o, bütün izahları rədd edərək yalnız ərizəsində göstərilən tələb üzrə qətnamə çıxarılmasını istədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizədə göstərilən «Adlı siyahı»nın da ərizəçiyə məxsus olması faktı aşağıda göstərilənlərə əsasən mövcud vəziyyətdə müəyyən oluna bilməz. Əvvəla, ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş «siyahı» Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələblərinə cavab vermir. İkincisi, ərizəçi tərəfindən «Adlı siyahı» kimi qeyd olunan sənədin hər-hansı rekviziti (məsələn, sənədi tərtib etmiş orqanın adı, sənədin öz adı, tarixi, nömrəsi və s.) məhkəməyə məlum deyil (adlardan ibarət olmaqla bir səhifədə tərtib olunmuş həmin siyahının Neftçala rayon Aqrar İslahat Komissiyasının «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən 28 sentyabr 2002-ci il tarixli 64 nömrəli qərarına aid olması halını da təsdiq edə biləcək hər-hansı sübut da məhkəməyə təqdim olunmayıb). Göstərilənlərə əsasən bu tələbin də təmin olunması mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması barədə” ərizəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-991/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-991/2023
23.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver