Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-993/2025 17.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi ilə, Ərizəçi (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF və Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı X3 Filialını maraqlı şəxs qismində cəlb edilməklə) «sənədin şəxsə məxsus olması faktına» dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF və Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı X3 Filialını maraqlı şəxs qismində cəlb edilməklə) «sənədin şəxsə məxsus olması faktına» dair ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X2 adına yazılmış xx.xx.1967-ci il tarixli əmək kitabçasının Ərizəçi məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,ərizəçiyə verilmiş xx.xx.1967-ci il tarixli əmək kitabçasında adı Voludya əvəzində Vladimir yazılmışdır. Bu səbəbdən də sosial pensiyanı əmək pensiyasında dəyişə bilmir. Ona görə də həmin əmək kitabçasının ona məxsus olmasının müəyyən olunmasını xahiş edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi ərizəçi X2 adına yazılmış xx.xx.1967-ci il tarixli əmək kitabçasının Ərizəçi, yəni ona məxsus omasının müəyəyn edilməsini xahiş edir.Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-ə müraciət etmiş, lakin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı təqdim edilmiş əmək kitabçasında şəxsin adının Voludya deyil Vladimir qeyd edildiyini bildirərək həmin uyğunsuzluğun aradan qaldırılmasını və həmin uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizəsinin yenidən müraciət etməsini tövsiyyə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir İddia ərizəsinə əlavə edilmiş X2 adına yazılmış xx.xx.1967-ci il tarixli əmək kitabçasının surətindən müəyyən edilir ki, X1 ilk iş yeri Azərbaycan SSR Neft Sənayesi Nazirliyində antikorroziya ixtisaslaşmış təmir-tikinti idarəsi, vəzifəsi 2-ci dərəcə ilə izolyasoyaçı-qumlayıcı olmuşdur. Göründüyü kimi ərizəçi əmək kitabçasında olan uyğunsuzluğun aradan qaldırılması üçün həmin orqana, yəni hazırki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət etməlidir. Bu səbəbdən müvafiq tələbə hazırkı vəziyyətdə məhkəmə qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, mübahisəyə müvafiq inzibati oqranın imtinası olduğu təqdirdə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM=: Ərizəçi (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF və Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı X3 Filialını maraqlı şəxs qismində cəlb edilməklə) «sənədin şəxsə məxsus olması faktına» dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi hazırki məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-993/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-993/2025
17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver