Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-101/2022 13.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Ərizəçi, Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X2 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək övladı Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Onun xx.xx.2003cü il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuş övladı Maraqlı şəxs Oğuz rayon X1 Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “Ağır dərəcəli əqli gerilik, İQ 20%” diaqnozu ilə qeydiyyatdadır və xəstəliyə görə birinci dərəcəli müddətsiz əlildir. Maraqlı şəxs sağlamlıq imkanları məhdud olan və əmək qabiliyyətsiz şəxsdir. Övladı Maraqlı şəxs xəstə olmaqla onun himayəsindədir. Övladı psixi qüsurlarına görə öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Ona görə də hazırda övladı Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Övladı Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi isə yalnız məhkəmə qətnaməsi ilə mümkündür. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində işə baxılan şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə psixiatriya ekspertizasının rəyində onun psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığı qeyd edilmişdir. Məhkəmə həmin əsaslara görə məhkəmə iclasının barəsində işə baxılan şəxsin iştirakı olmadan keçirilməsini qərara almışdır. Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X4 məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, Maraqlı şəxs barəsində Oğuz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, ərizəçi xx.xx.1971-ci il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş, barəsində işə baxılan şəxsə məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, barəsində işə baxılan şəxs xx.xx.2003cü il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş 22.05.2003-cü il tarixli AZ-İ 137192 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, barəsində işə baxılan şəxs ərizəçinin övladıdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Padar İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.12.2021-ci il və 29.12.2021-ci il tarixli arayışlardan müəyyən edilir ki, barəsində işə baxılan şəxs Oğuz rayonu Padar kəndində hazırki iş üzrə ərizəçinin ailəsində yaşayır. İş materiallarına əlavə edilmiş “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş 07.01.2022-ci il tarixli 22 nömrəli aryışdan müəyyən edilir ki, barəsində işə baxılan şəxs 2013-cü ildən Oğuz rayon X1 Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “Ağır dərəcəli əqli gerilik, İQ 20%” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu X7 15 saylı regional ərazi filialı tərəfindən verilmiş 07.01.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, barəsində işə baxılan şəxs birinci dərəcəli müddətsiz əlildir və ona müavinət ödənilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X3” X7 ambulator məhkəmə-psixiatrik ekspertizasının 07.04.2022-ci il tarixli 846 nömrəli rəyindən müəyyən edilir ki, barəsində işə baxılan şəxsdə ağır dərəcəli əqli gerilik müəyyən edilir. Maraqlı şəxs psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Ona görə də Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Maraqlı şəxs sağlamlıq vəziyyəti onun məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirakına imkan vermir. Ərizəçi hazırda barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya da barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin, qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, barəsində işə baxılan şəxs ərizəçinin övladı olmaqla onunla bir ailədə yaşayır və onun himayəsindədədir. Barəsində işə baxılan şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində işə baxılan şəxs “Ağır dərəcəli əqli gerilik, İQ 20%” diaqnozu ilə qeydiyyatdadır və o, xəstəliyə görə birinci qrup müddətsiz əlildir. Onun barəsində Oğuz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən məhkəmə hesab edir ki, barəsində işə baxılan şəxs öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizənin təmin edilməsi, barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi övladı - xx.xx.2003-cü il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuş və həmin kənddə yaşayan Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-101/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-101/2022
13.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver