Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-104/2022 18.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Ərizəçi məhkəməyə müraciət edərək 25.04.2006-cı il tarixli JN - 597A və JN - 597B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci il tarixdə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuşdur, hazırda isə ünvan 1 ünvanında yaşayır. Onun özünə məxsus sənədlərində soyadı, adı və ata adı Ərizəçi kimi yazılmışdır. Buna baxmayaraq Oğuz şəhəri ərazisində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,01 hektar və 0,05 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 25.04.2006-cı il tarixli JN - 597A və JN - 597B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə onun ata adı “İlyaz” əvəzinə “İlyas” kimi qeyd edilmiş, öz adı isə, ümumiyyətlə, qeyd edilməmişdir. Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə adı və ata adının düzgün qeyd edilməməsi onun həmin Şəhadətnamələrdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Qeyd olunan sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi hazırki vəziyyətdə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Qeyd etdiklərinə əsasən həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, X1 adlı şəxslə nikaha daxil olduqdan sonra da öz əvvəlki “Şirinova” soyadını saxlamış, bütün sənədlərində soyadı, adı və ata adı Ərizəçi kimi yazılmışdır. Ancaq Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə onun ata adı “İlyaz” əvəzinə “İlyas” kimi qeyd edilmiş, öz adı isə, ümumiyyətlə, qeyd edilməmişdir. Adı və ata adının düzgün yazılmaması həmin sənədlərdə göstərilən torpaq sahələrinə dair mülkiyyət sənədi əldə edilməsinə maneçilik törədir. O, həmin sənədlərə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqanda qeyd olunan sənədlərə düzəliş edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir və qeyd etdiklərinə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə görə məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus olan, 15.05.1969-cu il tarixdə verilmiş АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin və 26.11.2021-ci il tarixdə Oğuz rayon Polis Şöbəsi tərəfindən verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, ərizəçi xx.xx.1950-ci il tarixdə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuşdur, hazırda isə ünvan 1 ünvanında yaşayır. Ərizəçiyə məxsus sənədlərdə onun soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 25.04.2006-cı il tarixli JN - 597A və JN - 597B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə ərizəçi və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz şəhəri ərazisində yerləşən 0,01 hektar və 0,05 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə ərizəçinin soyadı, adı və atasının adı “Şirinova İlyas qızı” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21.01.2022-ci il tarixli 10-0/69 nömrəli arayışda qeyd edilmişdir ki, ərizəçiyə məxsus Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə ərizəçinin soyadı və ata adı səhvən “Şirinova İlyas qızı” kimi yazılmışdır. “Şirinova İlyas qızı” adlı şəxs Oğuz şəhəri ərazisində yaşamır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 18.01.2022-ci il tarixli **********33 nömrəli müraciətə cavab məktubundan görünür ki, ərizəçi özünə məxsus hüquqmüəyyənedici sənədlərdə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda ərizəçinin müraciətinin müsbət həll edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, həmçinin, iş materialları ilə müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə Oğuz şəhəri ərazisindən torpaq sahələri verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə ərizəçinin ata adı “İlyaz” əvəzinə “İlyas” kimi qeyd edilmiş, öz adı isə, ümumiyyətlə, qeyd edilməmişdir. Hazırda ərizəçi Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə adı və ata adının səhv qeyd edildiyini bildirərək həmin Şəhadətnamələrin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə tərəfindən müəyyən edlmiş faktiki hallarından görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə ərizəçinin ata adının “İlyaz” əvəzinə “İlyas” kimi qeyd edilməsi, öz adının isə, ümumiyyətlə, qeyd edilməməsi onun həmin sənədlərdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Hazırki vəziyyətdə həmin Şəhadətnamələrdə düzəliş edilməsi, eyni zamanda, ərizəçinin həmin sənədlərin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərin ərizəçiyə məxsus olduğu, lakin həmin sənədlərdə onun adının və ata adının düzgün qeyd edilmədiyi ərizəçinin izahatı ilə yanaşı iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Oğuz şəhəri ərazisində yerləşən 0,01 hektar və 0,05 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 25.04.2006-cı il tarixli JN - 597A və JN - 597B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-104/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-104/2022
18.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver