Məhkəmə qərarları › İş №2(054)-104/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-104/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-104/2024 14.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X17 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 14 fevral 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (maraqlı şəxs) qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 776 (kod ********) saylı Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1992-ci ildə Oğuz rayonu, Kərimli kəndində anadan olmuşdur, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. X4, anası X2r.Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə Oğuz rayonu Kərimli kəndində ona, atasına, anasına, bacıları Faina və Fatiməyə 2,13 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 776 (kod ********) saylı Dövlət aktı atasına təqdim edilmişdir. Torpaqda olan payını öz adına rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, dövlət aktında barəsində olan məlumatlar X5 yazılmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X12 izahat verərək bildirdi ki, Oğuz rayonu Kərimli kəndində ailəsi ilə birgə yaşayır. Ərizəçi Marat X1 ilə birgə nikahından doğulmuş oğludur. Birgə nikahdan Maratdan başqa Faina və Fatimə adlı qızları vardır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə ona ailə üzvləri ilə birgə 2,13 ha pay torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 776 (kod ********) saylı Dövlət aktı ona təqdim edilmişdir. Dövlət aktında ərizəçi olan oğlu Marat barədə məlumatlar texniki səhv olaraq X5 qeyd edilmişdir. Onun Marat adlı qızı yoxdur. Torpağa mülkiyyət hüququna dair JN 776 (kod ********) saylı Dövlət aktının oğlu Ərizəçi məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 13465645 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş nigahın bağlanması haqqında V-JQ 271767 saylı şəhadətnamənin surətindən görünür ki, X12 və X7 xx.xx.1989-cu il tarixdə nigah bağlamış, bu barədə Vartaşen rayon Vardanlı kənd icra nümayəndəliyində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmiş, nigah bağlandıqdan sonra ər-arvada Soltanov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında XVİ-JQ 429296 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, bu barədə Kərimli kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci ildə 41 nömrə ilə qeyd edilmiş, X4, anası X2r. İşə əlavə edilmiş doğum haqqında XV-JQ 353877 saylı və XVİİ-JQ 468805 saylı şəhadətnamələrin surətindən görünür ki. xx.xx.1991-ci il təvəllüdlü Dainanın və xx.xx.1994-cü il təvəllüdlü Fatimənin X4, anası X2r. İşə əlavə edilmiş JN 776 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə X9, X3, X10, X11 və X8 2,13 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Kərimli kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-63/2023 saylı arayışından və həmin tarixli aktdan görünür ki, JN 776 (kod ********) saylı dövlət aktında texniki səhv olaraq X5 yazılmış şəxs Ərizəçidur. Oğuz rayon Kərimli kəndində X13 adlı şəxs qeydiyyatda olmayıb və yaşamayıb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 68 saylı qərarına əsasən 2,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 776 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 776 (kod ********) saylı dövlət aktının Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli, 68 saylı qərarı ilə verilmiş 2,13 ha torpağa mülkiyyət hüququna dair JN 776 (kod ********) saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar