Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-116/2023 16.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2012-ci il tarixli, A 389858 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1941-ci il tarixdə Oğuz şəhərində anadan olmuşdur. X1, anası X3r.Oğuz şəhərində 557,92 kv.m həyətyanı torpaq sahəsində yerləşən evdə yaşayır. Həmin torpaq sahəsi ona Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmişdir. 2012-ci ildə həmin torpaq sahəsinə A 389858 saylı plan və ölçü sənədi tərtib edilmişdir. Yaşadığı evin mülkiyyət sənədləri yoxdur, buna görə də evi sənədləşdirmək istəyərkən ona məlum olmuşdur ki, sözügedən sənəddə atasının adı Şirin əvəzinə Bərşid yazılmışdır. Bərşid onun ata babasının adıdır. Bu texnki səhv ev və torpaq sahəsi ilə bağlı sənədləri düzəltməkdə ona mane olur. Aidiyyəti üzrə maraqlı şəxsə müraciət edərkən ona fakt təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2012-ci il tarixli, A 389858 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X5 bildirdi ki, xx.xx.1962-ci ildə Oğuz şəhərində anadan olub. Ərizəçi ilə qonşudurlar. Ərizəçini uşaq vaxtlarından tanıyır, onun gözünün qabağında böyüyüb. Ailəsini də yaxşı tanıyır. Ərizəçinin arvadı İsrail Respublikasında yaşayır. Ərizəçinin atasının adı Şirindir. Bildiyinə görə Şirin kişi ərizəçi doğulduqdan az sonra ölüb. Bərşid ərizəçinin atası Şirinin atasıdır. Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2012-ci il tarixli, A 389858 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin həqiqətən ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X2 xx.xx.1971-ci ildə Oğuz şəhərində doğulduğunu, Ərizəçi qohumu, yəni anasının əmisi oğlu, həm də sinif yoldaşının atası olduğunu bildirdi və digər şahidin izahatına uyğun izahat verərək Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2012-ci il tarixli, A 389858 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin həqiqətən ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, Cavanşir küçəsi, ev 12-dir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1941-ci ildə anadan olmuş, bu barədə Oğuz rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1941-ci il tarixdə 51 nömrə ilə qeyd edilmiş, X1, anası X3r. İşə əlavə edilmiş Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin A 389858 saylı, xx.xx.2012-ci il tarixli planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Ərizəçi Bərşid oğluna 557,92 kv.m həyətyanı torpaq sahəsi verilmiş, sənəd X8 kitabında 9764 nömrə ilə uçota alınmışdır. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10-0/979 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2012-ci il tarixli, A 389858 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində Ərizəçi ata adı texniki səhv olaraq Bərşid kimi yazılmışdır. Ərizəçi Bərşid oğlu adlı şəxs Oğuz şəhər ərazisində yaşamır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1941-ci ildə Oğuz şəhərində anadan olub, hal-hazıradək Oğuz şəhərində yaşayır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 75 saylı qərarı ilə Ərizəçi Bərşid oğluna 557,92 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2012-ci il tarixli, A 389858 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi X8 kitabında 9764 nömrə ilə uçota alınmışdır. Həmin sənəddə ərizəçinin atasının adı Şirin əvəzinə Bərşid yazılmlşdır. Həm ərizəçinin təqdim etdiyi sənədlərlə, həm də şahidlərin izahatı ilə ərizəçinin atasının adının Şirin olduğu, Bərşidin onun ata babasının adı olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, DTXK ləğv edildiyindən və həmin orqanın tərtib etdiyi sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından ərizə təmin edilməli, Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2012-ci il tarixli, A 389858 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz şəhərində yerləşən 557,92 kv.m həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2012-ci il tarixli, A 389858 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-116/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-116/2023
16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver