Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-122/2022 19.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin mərhum arvadına məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21.05.2006-cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin mərhum arvadı X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1942-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Onun arvadı X4 30.10.1948-ci il tarixdə anadan olmuş, 07.01.2009-cu il tarixdə vəfat etmişdir. Arvadına aid sənədlərdə soyadı, adı və ata adı X1 qeyd edilmişdir. Ancaq Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən, onun və mərhum arvadının mülkiyyətinə verilmiş 0,34 hektar, 0,01 hektar, 0,16 hektar və 0,14 hektar həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş 21.05.2006-cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə mərhum arvadının soyadı, adı və ata adı “X4” kimi qeyd edilməli olduğu halda, səhvən “X5” kimi qeyd edilmişdir. Mərhum arvadına məxsus olmuş əmlaklara dair tərtib edilmiş hüquq müəyyənedici sənədlərdə onun adının düzgün qeyd edilməməsi onun həmin sənədlərdə göstərilən əmlaklara dair mülkiyyət sənədi əldə edilməsinə və qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Hazırki vəziyyətdə qeyd olunan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin mərhum arvadı X3 məxsus olması faktının müəyyən edilməsi yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21.05.2006-cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin mərhum arvadı X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə görə məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırda ərizəçi mərhum arvadından miras qalan əmlaklardan vərəsə kimi özünə düşən hissəni öz adına rəsmiləşdirmək istəyir. Ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədlərin ərizəçinin mərhum arvadına məxsus olması faktının müəyyən edilməsi də həmin sənədlərdə göstərilən əmlakların miras əmlak kimi onun vərəsələri tərəfindən qəbul edilməsinin rəsmiləşdirilməsi üçün lazımdır. Ərizəçi qeyd olunan sənədlərə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqanda sənədlərə düzəliş edilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, ərizəçi xx.xx.1942-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, mərhum X3 aid olmuş 28.10.1950-ci il tarixdə verilmiş ИE 338614 nömrəli doğum haqqında şəhadətnamənin, 28.10.1969-cu il tarixdə verilmiş AЗ 151383 nömrəli evlənmək haqqında şəhadətnamənin və 16.01.2009-cu il tarixdə verilmiş AZ-İ 310995 nömrəli ölüm haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, X4 30.10.1948-ci il tarixdə anadan olmuşdur, 28.10.1969-cu il tarixdə ərizəçi ilə rəsmi nikaha daxil olmuş və 07.01.2009-cu il tarixdə Oğuz rayonu Qumlaq kəndində vəfat etmişdir. Həmin sənədlərdə onun soyadı, adı və ata adı X1 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 21.05.2006-cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 16.12.1997-ci il tarixli 53 nömrəli qərarı ilə ərizəçinin mərhum arvadının mülkiyyətinə verilmiş, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,34 hektar, 0,01 hektar, 0,16 hektar və 0,14 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə ərizəçinin mərhum arvadının adı “Nəcibə” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10.08.2021-ci il tarixli 10/25-323 nömrəli arayışlarda qeyd edilmişdir ki, 21.05.2006-cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə ərizəçinin mərhum arvadının soyadı, adı və ata adı “X4” əvəzinə texniki səhv olaraq “X5” kimi qeyd edilmişdir. Həmin nümayəndəliyin ərazisində “X5” adlı şəxs yaşamamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 15.02.2022-ci il tarixli **********09 nömrəli müraciətə cavab məktubundan görünür ki, ərizəçi 21.05.2006-cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə mərhum arvadının adında düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda ərizəçinin müraciətinin müsbət həll edilməsi mümkün olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 16.12.1997-ci il tarixli 53 nömrəli qərarı ilə X2 mülkiyyətinə verilmiş, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,34 hektar, 0,01 hektar, 0,16 hektar və 0,14 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21.05.2006-cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə ərizəçinin mərhum arvadının adı “Nəcifə” kimi qeyd edilməli olduğu halda, səhvən “Nəcibə” kimi qeyd edilmişdir. Hazırda ərizəçi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21.05.2006-cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə mərhum arvadının adının səhv yazıldığını bildirərək həmin sənədlərin mərhum arvadına məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, 21.05.2006-cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə ərizəçinin mərhum arvadının adının düzgün qeyd edilməməsi mərhumun vərəsələrinin həmin sənədlərdə göstərilən əmlaklar üzərində vərəsəlik hüquqlarını tam şəkildə həyata keçirmələrinə maneçilik törədir və ərizəçi mərhum X2 birinci növbədə vərəsəsidir. Hazırki vəziyyətdə 21.05.2006-cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə düzəliş edilməsi, eyni zamanda, ərizəçinin həmin sənədlərin onun mərhum arvadına məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21.05.2006cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin ərizəçinin mərhum arvadı X3 məxsus olduğu, lakin Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə onun adının düzgün qeyd edilmədiyi ərizəçinin dəlilləri və iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və lazımi sənədlərin başqa qaydada əldə edilməsi mümkün olmadığından qeyd olunan sənədlərin ərizəçinin mərhum arvadı X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Oğuz rayonu Qumlaq kəndinin ərazisində yerləşən 0,34 hektar, 0,01 hektar, 0,16 hektar və 0,14 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21.05.2006cı il tarixli JN 255F, JN 255İ, JN 255G və JN 255H (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin Ərizəçi mərhum arvadı X3 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-122/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-122/2022
19.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver