Məhkəmə qərarları › İş №2(054)-122/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-122/2023

27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-122/2023 27.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X25 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X26 oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (maraqlı şəxs) qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 755 (kod ********) saylı Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi nümayəndəsi X19 ərizəni müdafiə edərək bildirdi ki, ərizəçi həyat yoldaşıdır. Tazər xx.xx.1955-ci ildə Oğuz rayonu, Kərimli kəndində anadan olmuşdur, həmin kənddə yaşayır. 01 aprel 1976-cı ildə ailə qurmuşlar.Həmin nikahdan 1977-ci ildə Mahnur,1978-ci ildə Seymur, 1982-ci ildə Mehriban adlı övladları doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə Oğuz rayonu Kərimli kəndində ona, arvadı Tazərə və üç övladına 0,20 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 755 (kod ********) saylı Dövlət aktı ona təqdim edilmişdir. Torpaqdan istifadəyə görə subsidiya elektron qaydada hesablanarkən onlara məlum olmuşdur ki, dövlət aktında arvadı Tazərin adı texniki səhv olaraq Tasər, ata adı Məmmədiyyə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. İşə əlavə edilmiş doğum haqqında İJ 204764 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1955-ci ildə Vartaşen rayonu Vardanlı kəndində anadan olmuş, bu barədə kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1955-ci ildə 33 nömrə ilə qeyd edilmiş, atası X5, anası X6r. İşə əlavə edilmiş nigahın bağlanması haqqında İ-JQ 321040 saylı şəhadətnamənin surətindən görünür ki, X19 və X2 xx.xx.1976-cı il tarixdə nigah bağlamış, bu barədə Vartaşen rayon Vardanlı kənd sovetində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 03 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Salehov familiyası verilmişdir. İşə əlavə edilmiş doğum haqqında İV-JQ 370630 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1977-ci il tarixdə Oğuz rayon Kərimli kəndində anadan olmuş, bu barədə Oğuz rayon Kərimli kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 04 nömrə ilə qeyd edilmiş, atası X19, anası Ərizəçi Məmmədiyyə qızıdır. İşə əlavə edilmiş doğum haqqında V-JQ 364636 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1978-ci il tarixdə Oğuz rayon Kərimli kəndində anadan olmuş, bu barədə Oğuz rayon Kərimli kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1978-ci il tarixdə 10 nömrə ilə qeyd edilmiş, atası X19, anası Ərizəçi Məmmədiyyə qızıdır. İşə əlavə edilmiş doğum haqqında İV-JQ 370630 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1982-ci il tarixdə Oğuz rayon Kərimli kəndində anadan olmuş, bu barədə Oğuz rayon Kərimli kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1982-ci il tarixdə 44 nömrə ilə qeyd edilmiş, atası X19, anası Ərizəçi Məmmədiyyə qızıdır. İşə əlavə edilmiş JN 755 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə X15, X7, X10, X9 və X3 0,20 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Kərimli kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 350 saylı arayışından görünür ki, JN 755 (kod ********) saylı dövlət aktında texniki səhv olaraq X1 yazılmış şəxs Ərizəçidır.Oğuz rayon Kərimli kəndində X11 adlı şəxs qeydiyyatda olmayıb və yaşamayıb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 68 saylı qərarına əsasən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 755 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 755 (kod ********) saylı dövlət aktının Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli, 68 saylı qərarı ilə verilmiş 0,20 ha torpağa mülkiyyət hüququna dair JN 755 (kod ********) saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar