Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-123/2022 11.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi6 və Ərizəçi8 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 25.12.1998-ci il tarixli JN - 149 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının, 21.08.2006-cı il tarixli JN - 149F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçilər hazırki ərizə və ona əlavə edilmiş sənədlərlə öz tələblərini onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx.xx.1956-cı il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Onun şəxsiyyət vəsiqəsində və özünə məxsus olan digər sənədlərində soyadı, adı və ata adı “Ərizəçi1” kimi yazılmışdır. Ərizəçi2 xx.xx.1958-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd edilmişdir. Ərizəçi3 xx.xx.1981-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Qədirova (Abduləzizova) Sevinc Nayib qızı kimi qeyd edilmişdir. Ərizəçi4 xx.xx.1982-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi4 kimi qeyd edilmişdir. Ərizəçi5 xx.xx.1985-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Səfərova (Abduləzizova) Tünzalə Nayib qızı kimi qeyd edilmişdir. Ərizəçi6 xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Qarabaldır kəndində yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Mahmudova (Abduləzizova) Vəfa Nayib qızı kimi qeyd edilmişdir. Ərizəçi7 xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Kərimli kəndində yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı İsayeva (Abduləzizova) Amalya Nayib qızı kimi qeyd edilmişdir. Ərizəçi8 xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi8 kimi qeyd edilmişdir. Buna baxmayaraq Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə onların ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 2,59 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,39 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 25.12.1998-ci il tarixli JN - 149 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1 adı “Naib” kimi, Ərizəçi2 soyadı “Abduləzizova” kimi, digər ərizəçilərin hər birinin ata adı “Nayib” əvəzinə “Naib” kimi, eyni zamanda, Ərizəçi4 adı “Gülnurə” kimi, Ərizəçi7 adı “Kəmalə” kimi, Ərizəçi8 isə soyadı “Abduləzizov” kimi, 21.08.2006-cı il tarixli JN - 149F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə isə Ərizəçi2 soyadı “Abduləzizova” kimi, Ərizəçi4 adı “Gülnurə” kimi, Ərizəçi7 adı “Kəmalə” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan sənədlərə düzəliş edilməsi və həmin hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktını təsdiq edən sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Hazırda həmin hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişlər. Ərizəçi1 öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun adı “Nayib” əvəzinə səhvən “Naib” kimi qeyd edilmişdir. Hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədlərdə onun digər ailə üzvlərinin adlarında da yanlışlıqlara yol verilmişdir. Həmin sənədlərdə onun və ailə üzvlərinin adlarının düzgün qeyd edilməməsi texniki bir səhvdir. Adı çəkilən sənədlərdə onun və ailə üzvlərinin soyadı, adı və ata adlarının düzgün qeyd edilməməsi onların həmin sənədlərdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə və qeyd olunan sənədlərdə göstərilən torpaq sahələrinə dair mülkiyyət sənədi əldə etmələrinə maneçilik törədir. Qeyd olunan sənədlərə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər, lakin adı çəkilən orqanda həmin sənədlərə düzəliş edilməsi mümkün olmamış və onlara məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd etdiklərinə əsasən həmin sənədlərin ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 da öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədlərdə onun soyadı “Abdulkərimova” əvəzinə səhvən “Abduləzizova” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə müvafiq icra hakimiyyəti orqanında həmin sənədlərə düzəliş edilməsi mümkün deyildir. Ona görə də qeyd olunan sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi4 da öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədlərin hər ikisində onun adı “Gülnarə” əvəzinə səhvən “Gülnurə” kimi, həmin sənədlərdən birində isə həm də ata adı “Nayib” əvəzinə səhvən “Naib” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə müvafiq icra hakimiyyəti orqanında həmin sənədlərə düzəliş edilməsi mümkün deyildir. Ona görə də qeyd olunan sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi6 da öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun ata adı “Nayib” əvəzinə səhvən “Naib” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə müvafiq icra hakimiyyəti orqanında həmin sənədlərə düzəliş edilməsi mümkün deyildir. Ona görə də qeyd olunan sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi8 da öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədlərin hər ikisində onun soyadı “Abuzərli” əvəzinə səhvən “Abduləzizov” kimi, həmin sənədlərdən birində isə həm də ata adı “Nayib” əvəzinə səhvən “Naib” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə müvafiq icra hakimiyyəti orqanında həmin sənədlərə düzəliş edilməsi mümkün deyildir. Ona görə də qeyd olunan sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi7 da iştirak etdiyi məhkəmə hazırlıq iclasında öz tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Digər ərizəçilər Ərizəçi3 və Ərizəçi5 məhkəmə iclaslarına gəlməmiş, həmin ərizəçilər tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdə üzürlü səbəblərdən məhkəməyə gələ bilməyəcəkləri qeyd edilərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının ərizəçilər Ərizəçi3, Ərizəçi5 və Ərizəçi7 iştirakı olmadan keçirilməsini qərara almışdır. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, Ərizəçi1 məxsus olan, 06.10.1956-cı il tarixdə verilmiş İ-ИE 159835 nömrəli doğum haqqında, 25.11.1980-ci il tarixli İİ-ЖГ 373252 nömrəli nikahın bağlanması haqqında şəhadətnamələrin və 17.09.2008-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1956-cı il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi2 məxsus olan, 23.04.1975-ci il tarixdə verilmiş İİİ- ЖГ 364774 nömrəli doğum haqqında, 25.11.1980-ci il tarixli İİ-ЖГ 373252 nömrəli nikahın bağlanması haqqında şəhadətnamələrin və 06.10.2010-cu il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1958-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. O, rəsmi nikah qeyd ediləndən sonra da öz əvvəlki “Abdulkərimova” soyadını saxlamışdır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi3 məxsus olan, 12.12.1981-ci il tarixdə verilmiş Vİİİ- ЖГ 314658 nömrəli doğum haqqında, 11.10.2000-ci il tarixli Vİİ-ЖГ 341916 nömrəli nikah haqqında şəhadətnamələrin və 05.07.2012-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1981-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. O, rəsmi nikah qeyd ediləndən sonra ərinin soyadına uyğun olaraq “Qədirova” soyadını qəbul etmiş, nikaha daxil olanadək isə soyadı “Abduləzizova” olmuşdur. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Qədirova (Abduləzizova) Sevinc Nayib qızı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi4 məxsus olan, 28.09.1982-ci il tarixdə verilmiş Vİİİ- ЖГ 413734 nömrəli doğum haqqında, 22.10.2003-cü il tarixli AZ-İ 010730 nömrəli nikah haqqında şəhadətnamələrin və 17.10.2017-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1982-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. O, rəsmi nikah qeyd ediləndən sonra da öz əvvəlki “Abduləzizova” soyadını saxlamışdır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi4 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi5 məxsus olan, 27.05.1985-ci il tarixdə verilmiş V-ЖГ 433548 nömrəli doğum haqqında, 02.12.2008-ci il tarixli AZ-İ 454625 nömrəli nikah haqqında şəhadətnamələrin və 22.11.2010-cu il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1985-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. O, rəsmi nikah qeyd ediləndən sonra ərinin soyadına uyğun olaraq “Səfərova” soyadını qəbul etmiş, nikaha daxil olanadək isə soyadı “Abduləzizova” olmuşdur. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Səfərova (Abduləzizova) Tünzalə Nayib qızı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi6 məxsus olan, 23.01.1987-ci il tarixdə verilmiş Xİİ- ЖГ 280803 nömrəli doğum haqqında, 02.08.2008-ci il tarixli AZ-T 021478 nömrəli nikah haqqında şəhadətnamələrin və 30.09.2013-cü il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Qarabaldır kəndində yaşayır. O, rəsmi nikah qeyd ediləndən sonra ərinin soyadına uyğun olaraq “Mahmudova” soyadını qəbul etmiş, nikaha daxil olanadək isə soyadı “Abduləzizova” olmuşdur. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Mahmudova (Abduləzizova) Vəfa Nayib qızı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi7 məxsus olan, 25.05.1989-cu il tarixdə verilmiş XİV- ЖГ 304909 nömrəli doğum haqqında, 27.09.2017-ci il tarixli AZ-İİ 454625 nömrəli nikah haqqında şəhadətnamələrin və 21.07.2019-cu il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Kərimli kəndində yaşayır. O, rəsmi nikah qeyd ediləndən sonra ərinin soyadına uyğun olaraq “İsayeva” soyadını qəbul etmiş, nikaha daxil olanadək isə soyadı “Abduləzizova” olmuşdur. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı İsayeva (Abduləzizova) Amalya Nayib qızı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi8 məxsus olan, 23.07.1992-ci il tarixli XVİ-ЖГ 429255 nömrəli doğum haqqında şəhadətnamənin və 22.08.2017-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi8 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 25.12.1998-ci il tarixli JN - 149 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçilərin ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 2,59 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənəddə Ərizəçi1 adı “Naib” kimi, Ərizəçi2 soyadı “Abduləzizova” kimi, digər ərizəçilərin hər birinin ata adı “Nayib” əvəzinə “Naib” kimi, eyni zamanda, Ərizəçi4 adı “Gülnurə” kimi, Ərizəçi7 adı “Kəmalə” kimi, Ərizəçi8 isə soyadı “Abduləzizov” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 21.08.2006-cı il tarixli JN - 149F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçilərin ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,39 hektar həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənəddə Ərizəçi2 soyadı “Abduləzizova” kimi, Ərizəçi4 adı “Gülnurə” kimi, Ərizəçi7 adı isə “Kəmalə” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.02.2022-ci il tarixli 10/25-90 və 10/25-91 nömrəli arayışlarda qeyd edilmişdir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərdə ərizəçilərin soyadı, adı və ata adları texniki səhvlərlə yazılmışdır. Əslində isə onların soyadı, adı və ata adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 kimidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 18.02.2022-ci il tarixli **********79 nömrəli müraciətə cavab məktubundan görünür ki, Ərizəçi1 hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərdə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda onun müraciətinin müsbət həll edilməsi Məhkəmə iclasında ərizəçilərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə ərizəçilərin ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 2,59 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,39 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə ərizəçilərin soyadı, adı və ata adları texniki səhvlərlə yazılmışdır. Hazırda ərizəçilər həmin hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. mümkün olmamış və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçilərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərdə ərizəçilərin soyadı, adı və ata adlarının düzgün qeyd edilməməsi onların həmin sənədlərdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Hazırki vəziyyətdə həmin hüquqmüəyyənedici sənədlərdə düzəliş edilməsi, eyni zamanda, ərizəçilərin bu sənədlərin onlara məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərin ərizəçilərə məxsus olması, lakin həmin sənədlərdə onların soyadı, adı və ata adlarının düzgün qeyd edilməməsi iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçilərə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə qismən təmin edilsin. Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 2,59 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,39 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 25.12.1998-ci il tarixli JN - 149 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının, 21.08.2006-cı il tarixli JN - 149F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-123/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-123/2022
11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver