Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-123/2023 15.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X12 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (maraqlı şəxs) qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 171 (kod ********) saylı Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1969-cu ildə Özbəkistan Respublikası Daşkənd vilayəti, Piskend rayonu, Muradali kəndində anadan olmuşdur. Soyadı Rəcəbov, atası Rəcəbov Fatali, anası Rəcəbova Zahidədir. Məlum hadisələrlə bağlı 1990-cı illərdə məcburi köçkün kimi Oğuz rayonuna gəlmişlər. Hazırda Oğuz rayon Calut kəndində yaşayır. 01 oktyabr 1991-ci ildə Oğuz rayonunda həmyerlisi X1 ailə qurmuşdur. Həmin nikahdan 1994-cü ildə Sona,1996-cı ildə Aslan, 2005-ci ildə Safura adlı övladları doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə Oğuz rayonunda ona, qaynatası Zeynalı Aslanova, övladları Sona və Aslana 2,23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 171 (kod ********) saylı Dövlət aktı qaynatasına təqdim edilmişdir. Qaynatası xx.xx.2014-cü ildə ölmüşdür. Torpaqdan istifadəyə görə subsidiya elektron qaydada hesablanarkən onlara məlum olmuşdur ki, dövlət aktında onunla bağlı məlumatlar texniki səhv olaraq X9 kimi qeyd edilmişdir. Ona fakt təsdiqi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirdi ki, Özbəkistan Respublikası Sır-Dərya vilayətində anadan olmuşdur. 90-cı illərdə məcburi köçkün kimi ailəsi ilə birgə Azərbaycan Respublikası Oğuz rayonuna gəlmişlər. Hazırda Oğuz şəhərində yaşayır. Ərizəçi qardaşı Bekirin həyat yoldaşıdır. Onlar 1991-ci ildə rəsmi nikahla ailə qurmuş, həmin nikahdan onların 1994-cü ildə Sona, 1996-cı ildə Aslan, 2005-ci ildə Safura adlı övladları doğulmuşdur.Atası Zeynalı qardaşının ailəsi ilə birgə yaşamışdır. Torpaq islahatı keçirilərkən onlara, yəni atasına, ərizəçiyə, Sona və Aslana pay torpaq sahəsi verilmişdir. Pay torpağına dair dövlət aktında ərizəçi haqqında məlumatlar səhvən X9 kimi qeyd edilmişdir. Torpaq islahatı zamanı onlara da torpaq payı verilib, lakin verilmiş sənəddəki texniki səhvlər ciddi olmayıb, məhkəmədən kənar qaydada məsələ həll olunub. İslahat zamanı qardaşı rayonda qeydiyyatda olmadığından ona torpaq verilməyib. Atası 2014-cü ildə vəfat etmişdir. Qardaşının arvadı olan Dilorom və onun övladları ilə münasibətləri yüksək səviyyədədir. JN 171 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının həqiqətən Ərizəçi məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA 363066 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Özbəkistan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında İİİ-UZ 135580 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1969-cu ildə Özbəkistan SSR Daşkənd rayonu, Muradali kəndində anadan olmuş, bu barədə Muradali kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1969-cu ildə 26 nömrə ilə qeyd edilmiş, atası Fatali Rəcəbov, anası Zahidə Rəcəbovadır. İşə əlavə edilmiş nigahın bağlanması haqqında V-JQ 384723 saylı şəhadətnamənin surətindən görünür ki, X4 və X3 xx.xx.1991-ci il tarixdə nigah bağlamış, bu barədə Oğuz rayon VVAQ şöbəsində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 103 nömrə ilə qeyd edilmiş, nigah bağlandıqdan sonra ər-arvada Aslanov soyadı verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 25/12 saylı arayışından görünür ki, X10 xx.xx.1994-cü il tarixdə Oğuz rayon Calud kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 210 nömrə ilə qeyd edilmiş, atası X4, anası Ərizəçidır. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 26/12 saylı arayışından görünür ki, X11 xx.xx.1996-cı il tarixdə Oğuz rayon Calud kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 60 nömrə ilə qeyd edilmiş, atası X5, anası Ərizəçidır. İşə əlavə edilmiş JN 171 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə Zeynalı Aslanova, X8, X6 və X7 2,23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 713235 saylı şəhadətnamənin surətindən görünür ki, Aslanov Zeynalı xx.xx.2014-cü ildə ölmüş, bu barədə Oğuz rayon Calud kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon İHB Calut kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10/217 saylı arayışından görünür ki, JN 171 (kod ********) saylı dövlət aktında texniki səhv olaraq X9 kimi yazılmış şəxs Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 67 saylı qərarına əsasən 2,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 171 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 171 (kod ********) saylı dövlət aktının Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 67 saylı qərarı ilə verilmiş 2,23 ha torpağa mülkiyyət hüququna dair JN 171 (kod ********) saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-123/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-123/2023
15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver