Məhkəmə qərarları › İş №2(054)-13/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-13/2023

25.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-13/2023 25.01.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs və Samux rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (ərizəçi) Maraqlı şəxs qarşı onun, yəni xx.xx.1968-ci ildə anadan olmuş qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1970-ci ildə Oğuz rayon Qumlaq kəndində anadan olmuşdur. Qardaşı Maraqlı şəxs xx.xx.1968-ci ildə Oğuz rayon Qumlaq kəndində doğulmuşdur. O 1975-ci ildən Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Poliklinika şöbəsinin “X9”ndə “çox ağır dərəcəli əqli gerilik idiotiya səviyyəsində” diaqnozu ilə qeydiyyatda olmaqla, 1-ci qrup əlildir, 220 manat məbləğində müddətsiz sosial müavinət, 130 manat məbləğində Prezident təqaüdü alır. Qardaşı hazırda da xəstə olmaqla onun himayəsindədir, çünki atası vəfat etmişdir, anası 1942-ci il təvəllüdlü X2 80 yaşlı qadındır. Buna görə də məhkəməyə özü müraciət etmişdir. Qardaşının pensiya kartının müvafiq bankdan alınması üçün onun üzərində qəyyum təyin edilməsi lazımdır.Bu isə məhkəmə qətnaməsi olmadan mümkün deyil. İşə əlavə edilmiş ekspert rəyi ilə razıdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X5 izahat verərək bildirdi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş yetkinlik yaşına çatmayanlara qəyyum təyin edilməsi ilə bağlı məsələlərə komissiya iclaslarında baxılaraq müvafiq qərarlar çıxarılır. Yetkinlik yaşına çatmış insanların fəaliyyət qabiliyyətsiz hesab edilməsilə bağlı məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir. Baxılan iş üzrə ərizəçinin ailə vəziyyəti ilə bağlı Komissiyanın məlumatlı olduğunu bildirdi, ərizəçinin tələbinə etiraz etmədi, ekspertizanın nəticələrinə uyğun olaraq qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin 2(054)-447/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icraat dayandırılmış və mülki iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmişdir. Sözügedən iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 02728590 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 1942-ci ildə Azərbaycan Respublikası Oğuz rayon Şirvanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Qumlaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1968-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında 139/12 saylı, xx.xx.2022ci il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Oğuz rayon Qumlaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində 40 saylı doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası X1r. İşə əlavə edilmiş doğum haqqında AZ ******* saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1968-ci ildə Oğuz rayon Qumlaq kəndində anadan olmuş, bu barədə Qumlaq kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1968-ci ildə 01 nömrə ilə qeyd edilmiş, atası X4, anası X1r. Oğuz rayon İHB Qumlaq İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10-25/282 saylı arayışından görünür ki, ruhi-əsəb xəstəsi olan Maraqlı şəxs qardaşı Ərizəçi ailəsində yaşamaqla onun himayəsindədir. Azərbaycan Respublikası TƏBİB “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X10 işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 851 saylı arayışından görünür ki, Maraqlı şəxs 1975-ci ildən Oğuz MRX poliklinika şöbəsinin “ruhi-əsəb” və ”narkoloji” kabinetlərində “çox ağır dərəcəli əqli gerilik-idiotiya səviyyəsində” diaqnozu ilə dispanser qeydiyyatındadır və xəstəliyə görə 1-ci qrup əlildir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X10 01 saylı Şəki-Zaqatala regional filialının (Oğuz-Qəbələ) işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********4 saylı arayışından görünür ki, Maraqlı şəxs filialdan 1-ci qrup əlilliyə görə xx.xx.1988-ci ildən müddətsiz hər ay 220 manat məbləğində sosial müavinət, xx.xx.2014-cü il tarixdən hər ay 130 manat məbləğində Prezident təqaüdü alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3140 saylı rəyindən görünür ki, Maraqlı şəxs “çox ağır dərəcəli əqli gerilik (idiotiya səviyyəsində)” diaqnozu ilə 1975-ci il tarixdən Oğuz RMX poliklinika şöbəsində qeydiyyatda olmaqla dərin (idiotiya səviyyəsində) əqli gerilik diaqnozlu ruhi xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil, buna görə də tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Yenə həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1968-ci il təvəllüdlü Maraqlı şəxs məhkəmə psixiatrik ekspertizası keçirilərkən dərin (idiotiya səviyyəsində) əqli gerilik diaqnozlu ruhi xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmadığı, bununla əlaqədar tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi müəyyən olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli, 3140 saylı rəy verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1968-ci ildə Oğuz rayon Qumlaq kəndində anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim :Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar