Məhkəmə qərarları › İş №2(054)-139/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-139/2023

27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-139/2023 27.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X31 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 334A, 334G və 334F (kod ********) saylı şəhadətnamələrin və torpağın mülkiyyətə verilməsinə dair JN 288 (kod ********) saylı Dövlət aktının ona, mərhum atası X17 və mərhum anası X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1980-ci ildə Oğuz rayonu Bayan kəndində anadan olmuşdur. Faktiki olaraq Oğuz rayon Qarabaldır kəndində yaşayır. Onun doğum şəhadətnaməsində atası X21, anası X1 qeyd edilmişdir. Atası ilə anası xx.xx.1973-cü ildə rəsmi nikaha daxil olmuşlar. Anası soyadını dəyişməmişdir. Nikah haqqında şəhadətnamədə atasının ata adı Söyün, anasının soyadı Suduyeva yazılmışdır. Ailədə 6 bacı olublar. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə Oğuz rayonu Bayan kəndində atasına, anasına, ona, bacıları Afaq, Aytən, İlahə və Samirəyə 2,30 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə JN 288 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı atasına təqdim edilmişdir. Bundan əlavə yenə həmin kənddə atasına, anasına, ona, bacıları Afaq və İlahəyə 0,18 ha, 0,20 ha və 0,39 ha həyətyanı torpaq sahələri verilmiş, bu barədə JN 334 A, JN 334 G və 334 F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr atasına təqdim edilmişdir. Bacısı Nişanə həmin vaxt ərdə olduğundan ona torpaq sahəsi başqa yerdə verilib. Anası xx.xx.2003-cü ildə, atası xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Onların ölüm şəhadətnamələrindəki məlumatlar nikah haqqında şəhadətnaməyə uyğun olaraq yazılıb. Hazırda o və bacıları vərəsəliklə bağlı sənədləri hazırlayaraq torpaqları öz adlarına qeydiyyatdan keçirmək istəsələr də, onlara məlum olmuşdur ki, həm dövlət aktında, həm də şəhadətnamələrdə onun adı texniki səhv olaraq Gülnarə əvəzinə Aynur, yaxud Aynurə kimi, atasının ata adı Söyün əvəzinə Hüseyn, anasının soyadı Suduyeva əvəzinə Sudiyeva (İsmayılova), atasının adı Hacıbala əvəzinə Hacıbaba kimi yazılmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X22 izahat verərək bildirdi ki, ərizəçi doğma bacısıdır. 6 bacıdırlar. Ataanası bacısı Gülnarənin doğum şəhadətnaməsini alarkən öz aralarında onun adı ilə bağlı razılığa gəlməmişlər. Buna görə Qeydiyyat şöbəsində atası uşağın adını Gülnarə yazdırsa da, anası onun doğum şəhadətnaməsində qanunsuz düzəliş edərək Aynurə yazıb. Torpaq islahatı keçirilərkən ataanasına, 5 bacıya 2,30 ha pay torpaq sahəsi, ata-anasına, ona, bacıları Afaq və Gülnarəyə 3 yerdə olmaqla, 0,18 ha, 0,20 ha və 0,39 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsinə dair şəhadətnamələrdə və pay torpağına dair dövlət aktında ərizəçinin adı səhvən Gülnarə əvəzinə Aynur və yaxud Aynurə qeyd edilmişdir. Atasının ata adı ölüm şəhadətnaməsində Söyün kimi qeyd edilsə də, dövlət aktı və şəhadətnamələrdə texniki səhv olaraq Hüseyn kimi yazılıb. Anasının soyadı Suduyeva olsa da, dövlət aktında Sudiyeva, şəhadətnamələrdə İsmayılova kimi göstərilib. Bundan əlavə anasının ata adında da texniki səhv vardır, çünki onun sənəddə ata adı Hacıbala olsa da, sənədlərdə bəzən Hacıbaba kimi yazılıb. Bacı olaraq aralarında heç bir münaqişə və mübahisə yoxdur. JN 288 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının, JN 334A, JN 334G və JN 334F saylı (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin həqiqətən ərizəçiyə və mərhum valideynlərinə aid olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X18 ərizəçinin doğma bacısı olduğunu bildirdi, digər şahidin izahatına uyğun izahat verdi və təqdim edilən sənədlərin ərizəçiyə və mərhum ata-anasına məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Bayan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Bayan kəndidir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 06/02 saylı arayışından görünür ki, Ərizəçi xx xxxx 1980-cı ildə Oğuz rayonu Bayan kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-cı ildə 38 nömrə ilə qeyd edilmiş, atası X21, anası X4r. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 07/02 saylı arayışından görünür ki, X8 xx.xx.1949-cu ildə Oğuz rayon Baş Başağıl kəndində anadan olmuş, bu barədə Oğuz rayon Muxas kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1949-cu ildə 10 nömrə ilə qeyd edilmiş, atası X23, anası X19r. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş nikah haqqında xx.xx.2023-cü il tarixli, 03/12 saylı arayışından görünür ki, X28 və X8 xx.xx.1973-cü il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Baş Daşağıl kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada Suduyeva soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında xx.xx.2023-cü il tarixli, 03/12 saylı arayışından görünür ki, X8 xx.xx.2003-cü ildə Oğuz rayon Bayan kəndində ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 42 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında xx.xx.2023-cü il tarixli, 02/12 saylı arayışından görünür ki, X28 xx.xx.2005-ci ildə Oğuz rayon Bayan kəndində ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş JN 288 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə X12, X5, X20, X13, X14, X15 və X10 2,30 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 334A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə X12, X2, X20, X15 və X11 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 334G (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə X12, X2, X20, X15 və X11 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 334F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə X12, X2, X20, X15 və X11 0,39 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Bayan kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 10- 26/07 saylı və 10-26/08 saylı arayışlarından görünür ki, JN 288 (kod ********) saylı dövlət aktında, JN 334A, JN 334G və JN 334F (kod ********) saylı şəhadətnamələrdə texniki səhv olaraq X21, X9 və X6 yazılmış şəxslər X28, X8 və Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 65 saylı qərarına əsasən 2,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 288 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə, 0,18 ha həyətyanı torpaq sahəsi JN 334A, 0,20 ha həyətyanı torpaq sahəsi JN 334G və 0,39 ha həyətyanı torpaq sahəsi JN 334F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından 0,18 ha torpağın mülkiyyətə verilməsinə dair JN 334A, 0,20 ha torpağın mülkiyyətə verilməsinə dair JN 334G və 0,39 ha torpağın mülkiyyətə verilməsinə dair JN 334F (kod ********) saylı şəhadətnamələrin və 2,30 ha torpağa mülkiyyət hüququna dair JN 288 (kod ********) saylı dövlət aktının Ərizəçi, onun mərhum atası X17 və mərhum anası X3 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 65 saylı qərarı ilə verilmiş 0,18 ha torpağın mülkiyyətə verilməsinə dair JN 334A, 0,20 ha torpağın mülkiyyətə verilməsinə dair JN 334G və 0,39 ha torpağın mülkiyyətə verilməsinə dair JN 334F (kod ********) saylı şəhadətnamələrin və 2,30 ha torpağa mülkiyyət hüququna dair JN 288 (kod ********) saylı dövlət aktının Ərizəçi, onun mərhum atası X17 və mərhum anası X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar