Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-141/2022 13.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Ərizəçi məhkəməyə müraciət edərək 10.09.1999-cu il tarixli JN - 0088 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının həmin sənəddə qeyd edilən ikinci “X1”na münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Calud kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Onun şəxsiyyət vəsiqəsində və özünə məxsus olan digər sənədlərində adı, soyadı və ata adı Ərizəçi kimi yazılmışdır. Buna baxmayaraq Oğuz rayonu Calud kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,39 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 10.09.1999-cu il tarixli JN - 0088 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun soyadı və adı səhv yazılmışdır. Belə ki, qardaşı Nicatın və onun soyadı “Ənsərov” əvəzinə səhvən “Əliyev” kimi, onların hər ikisinin adı isə “Nicat” kimi qeyd edilmişdir. Həmin sənəddə soyadı və adında səhvlər olması qeyd olunan torpaq sahəsi ilə bağlı müvafiq notariat və reyestr əməliyyatlarının aparılmasına maneə törədir. O, həmin sənəddə soyadında və adında düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda müraciətinin müsbət həll edilməsi mümkün olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırki vəziyyətdə ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənədin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə görə məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə ərizəçinin soyadının “Əliyev” kimi, adının isə “Nicat” kimi yazılması texniki bir səhvdir. Belə ki, “Əliyev” soyadı ərizəçinin anasının soyadıdır. “Nicat” isə ərizəçinin digər qardaşının adıdır. Buna baxmayaraq ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə həm ərizəçinin, həm də onun qardaşının adı “Nicat” kimi qeyd edilmişdir. Həmin sənəddə qeyd edilən birinci “X1” ərizəçinin qardaşı, ikinci “X1” isə ərizəçinin özüdür. Həmin sənədin ərizəçiyə məxsus olması faktı məhkəmə qətnaməsi ilə müəyyən edilməlidir. Ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədə düzəliş edilməsi həmin sənəddə göstərilən torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün lazımdır. Qeyd etdiklərinə əsasən ərizənin təmin edilməsi, həmin hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan 02.08.2018-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və 11.02.2022-ci il tarixdə verilmiş 35/12 nömrəli doğum haqqında akt qeydinə dair arayışdan müəyyən edilir ki, ərizəçi xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Calud kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ərizəçiyə məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 10.09.1999-cu il tarixli JN - 0088 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 24.07.1998-ci il tarixli 67 nömrəli qərarı ilə ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Calud kəndi ərazisində yerləşən 2,39 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında ərizəçinin soyadı, adı və atasının adı “X1” kimi yazılmışdır. Həmin sənəddə “X1” adı ilə iki nəfərin adı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Calud İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13.04.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənəddə Ərizəçi soyadı və adı texniki səhv olaraq “X1” kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05.11.2021-ci il tarixli **********938 nömrəli müraciətə cavab məktubundan görünür ki, ərizəçi özünə məxsus olan hüquqmüəyyənedici sənəddə soyadında və adında düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda ərizəçinin müraciətinin müsbət həll edilməsi mümkün olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında iş materialları və ərizəçinin nümayəndəsinin izahatı ilə müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 24.07.1998-ci il tarixli 67 nömrəli qərarı ilə ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə Oğuz rayonu Calud kəndi ərazisindən 2,39 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənəddə ərizəçinin soyadı, adı və atasının adı “Ərizəçi” kimi qeyd edilməli olduğu halda, “X1” kimi qeyd edilmişdir. Hazırda ərizəçi ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənəddə soyadının “Ənsərov” əvəzinə səhvən “Əliyev” kimi, adının isə “Nihat” əvəzinə “Nicat” kimi qeyd edildiyini bildirərək həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə tərəfindən müəyyən edlmiş faktiki hallarından görünür ki, hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə ərizəçinin soyadının səhvən “Əliyev” kimi, adının isə “Nicat” kimi qeyd edilməsi ərizəçinin həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Hazırki vəziyyətdə qeyd olunan hüquqmüəyyənedici sənəddə düzəliş edilməsi, eyni zamanda, ərizəçinin həmin sənədin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olduğu, lakin həmin sənəddə onun soyadı və adının düzgün qeyd edilmədiyi iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Oğuz rayonu Calud kəndi ərazisində yerləşən 2,39 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 10.09.1999-cu il tarixli JN - 0088 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-141/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-141/2022
13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver