Məhkəmə qərarları › İş №2(054)-145/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-145/2022

21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-145/2022 21.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək 11.12.1998-ci il tarixli JN - 0071 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Mollalı kəndində yaşayır. O, 19.09.1994-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə X3 adlı şəxsə ərə getmiş və onun soyadına uyğun olaraq “Hüseynova” soyadını qəbul etmişdir. Nikaha daxil olanadək isə onun soyadı “İsayeva” olmuşdur. Hazırki vəziyyətdə onun şəxsiyyət vəsiqəsində və özünə məxsus olan digər sənədlərində adı, soyadı və ata adı “Hüseynova (İsayeva) Şirinnaz Məhyəddin qızı” kimi yazılmışdır. Buna baxmayaraq Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,03 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 11.12.1998-ci il tarixli JN - 0071 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun soyadı “Hüseynova” əvəzinə səhvən “Hüseyinova” kimi, ata adı isə “Məhyəddin” əvəzinə “Məhəmməd” kimi yazılmışdır. Həmin sənəddə soyadı və ata adında səhvlər olması qeyd olunan torpaq sahəsi ilə bağlı müvafiq notariat və reyestr əməliyyatlarının aparılmasına maneə törədir. O, həmin sənəddə soyadında və ata adında düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda müraciətinin müsbət həll edilməsi mümkün olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırki vəziyyətdə ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənədin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənəddə onun soyadının “Hüseyinova” kimi, ata adının isə “Məhəmməd” kimi yazılması texniki bir səhvdir. Həmin sənədin ona məxsus olması faktı məhkəmə qətnaməsi ilə müəyyən edilməlidir. Ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənədə düzəliş edilməsi həmin sənəddə göstərilən torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün lazımdır. Qeyd etdiklərinə əsasən ərizənin təmin edilməsi, həmin hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan, 17.02.2022-ci il tarixdə verilmiş AZ-T 156755 nömrəli doğum haqqında təkrar şəhadətnamənin, 10.02.2014-cü il tarixdə Oğuz rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin və 23.04.1985-ci il tarixdə verilmiş İİİ-ЖГ 464181 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, ərizəçi xx.xx.1961-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Mollalı kəndində yaşayır. Ərizəçi 23.04.1985-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra ərinin soyadına uyğun olaraq “Hüseynova” soyadını qəbul etmiş, nikaha daxil olanadək isə soyadı “İsayeva” olmuşdur. Ərizəçiyə məxsus sənədlərdə soyadı, adı və ata adı “Hüseynova (İsayeva) Şirinnaz Məhyəddin qızı” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 11.12.1998-ci il tarixli JN - 0071 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14.05.1998-ci il tarixli 64 nömrəli qərarı ilə ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən 1,03 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında ərizəçinin soyadı, adı və atasının adı “X1” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.02.2022-ci il tarixli 66 nömrəli arayışda qeyd edilmişdir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənəddə Ərizəçi soyadı, adı və ata adı texniki səhv olaraq “X1” kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 12.01.2022-ci il tarixli **********80 nömrəli müraciətə cavab məktubundan görünür ki, ərizəçi özünə məxsus olan hüquqmüəyyənedici sənəddə soyadında və ata adında düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda ərizəçinin müraciətinin müsbət həll edilməsi mümkün olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iş materialları və ərizəçinin izahatı ilə müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14.05.1998-ci il tarixli 64 nömrəli qərarı ilə ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə Oğuz rayonu Mollalı kəndi ərazisindən 1,03 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənəddə ərizəçinin soyadı, adı və atasının adı “Ərizəçi” kimi qeyd edilməli olduğu halda, “X1” kimi qeyd edilmişdir. Hazırda ərizəçi ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənəddə soyadının “Hüseynova” əvəzinə səhvən “Hüseyinova” kimi, ata adının isə “Məhyəddin” əvəzinə “Məhəmməd” kimi qeyd edildiyini bildirərək həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edlmiş faktiki hallarından görünür ki, hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə ərizəçinin soyadının səhvən “Hüseyinova” kimi, ata adının isə “Məhəmməd” kimi qeyd edilməsi ərizəçinin həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Hazırki vəziyyətdə qeyd olunan hüquqmüəyyənedici sənəddə düzəliş edilməsi, eyni zamanda, ərizəçinin həmin sənədin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olduğu, lakin həmin sənəddə onun soyadı və ata adının düzgün qeyd edilmədiyi iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən 1,03 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 11.12.1998-ci il tarixli JN - 0071 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar