Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-164/2022 05.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Ərizəçi1 nümayəndəsi və vəkili Nümayəndə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 22.10.1998-ci il tarixli JN 0040 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçilər öz tələblərini onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx.xx.1972-ci il tarixdə, Ərizəçi3 xx.xx.1969-cu il tarixdə Oğuz rayonu Zərrab kəndində, digər Ərizəçi2 isə xx.xx.1975-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuşdur. Ərizəçilər hazırda Oğuz rayonu Zərrab kəndində yaşayırlar. Ərizəçilərin özlərinə məxsus sənədlərində soyadı, adı və ata adı Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 kimi qeyd edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş, Oğuz rayonu Zərrab kəndi ərazisində yerləşən 7,14 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair 22.10.1998-ci il tarixli JN 0040 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1 ata adları “Şuriyə” kimi qeyd edilməli olduğu halda, səhvən “Şurya” kimi, digər Ərizəçi2 isə soyadı “Yusifova” kimi qeyd edilməli olduğu halda, səhvən “Əliyeva” kimi qeyd edilmişdir. Hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktını təsdiq edən lazımi sənədlərin başqa qaydada əldə edilməsi və hazırki vəziyyətdə qeyd olunan sənəddə düzəliş edilməsi mümkün deyildir. Hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədin ərizəçilərə məxsus olması faktının yalnız məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Ona görə də ərizəçilər hazırki tələblə məhkəməyə müraciət etmişlər. Ərizəçi1 məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə görə məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Ərizəçi1 nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənəddə Ərizəçi1 ata adının düzgün qeyd edilməməsi texniki bir səhvdir. Adı çəkilən sənəddə ərizəçilərin ata adları və ya soyadının düzgün qeyd edilməməsi onların həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə və qeyd olunan sənəddə göstərilən torpaq sahəsinə dair mülkiyyət sənədi əldə etmələrinə maneçilik törədir. Ərizəçilər qeyd olunan sənədə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin adı çəkilən orqanda həmin sənədə düzəliş edilməsi mümkün olmamış və onlara məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd etdiklərinə əsasən hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədin Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 da öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, Ərizəçi1 nümayəndəsinin izahatının məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 7,14 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş hüquqmüəyyənedici sənəddə onun soyadı “Yusifova” əvəzinə səhvən “Əliyeva” kimi, ata adı isə “Ərzüman” əvəzinə səhvən “Ərzuman” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan sənədə düzəliş edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi3 da öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, Ərizəçi1 nümayəndəsinin izahatının məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 7,14 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş hüquqmüəyyənedici sənəddə onun ata adı “Şuriyə” əvəzinə səhvən “Şurya” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan sənədə düzəliş edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, Ərizəçi1 məxsus olan 16.08.2021-ci il tarixdə verilmiş AZ-T 131902 nömrəli doğum haqqında şəhadətnamənin və 16.12.2021-ci il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1972-ci il tarixdə Oğuz rayonu Zərrab kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi2 məxsus olan 19.06.1975-ci il tarixli İİİ-ЖГ 438005 nömrəli doğum haqqında şəhadətnamənin və 08.02.2013-cü il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1975-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Zərrab kəndində yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi3 məxsus olan 20.10.1969-cu il tarixli АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin və 29.11.2019-cu il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1969-cu il tarixdə Oğuz rayonu Zərrab kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 22.10.1998-ci il tarixli JN 0040 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 26.11.1997-ci il tarixli 03 nömrəli qərarı ilə ərizəçilər və onların ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Zərrab kəndində yerləşən 7,14 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş Dövlət Aktında ərizəçilər Ərizəçi1 və Ərizəçi3 ata adları “Şurya” kimi, digər Ərizəçi2 soyadı “Əliyeva” kimi, ata adı isə “Ərzuman” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28.01.2022-ci il tarixli 53 nömrəli arayışda qeyd edilmişdir ki, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənəddə texniki səhv olaraq ərizəçilər Ərizəçi1 və Ərizəçi3 ata adları “Şurya” kimi, digər Ərizəçi2 isə soyadı “Əliyeva” kimi yazılmışdır. Həmin nümayəndəliyin ərazisində Ərizəçi1 Şurya oğlu və Ərizəçi3 Şurya qızı və X1 adlı şəxslər yaşamamışdır və hazırda da yaşamırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.02.2022-ci il tarixli **********17 nömrəli müraciətə cavab məktubundan görünür ki, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənəddə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda onun müraciətinin müsbət həll edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçilərin ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Zərrab kəndində yerləşən 7,14 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənəddə ərizəçilər Ərizəçi1 və Ərizəçi3 ata adları “Şurya” kimi, digər Ərizəçi2 soyadı “Əliyeva” kimi, ata adı isə “Ərzüman” əvəzinə səhvən “Ərzuman” kimi qeyd edilmişdir. Hazırda ərizəçilər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənəddə ərizəçilər Ərizəçi1 və Ərizəçi3 ata adlarının, digər Ərizəçi2 isə soyadı və ata adının düzgün qeyd edilməməsi ərizəçilərin həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə maneçilik törədir. Hazırki vəziyyətdə həmin hüquqmüəyyənedici sənəddə düzəliş edilməsi, eyni zamanda, ərizəçilərin həmin sənədin onlara məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması, lakin həmin sənəddə ərizəçilər Ərizəçi1 və Ərizəçi3 ata adlarının, Ərizəçi2 isə soyadı və ata adının düzgün qeyd edilməməsi iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 22.10.1998-ci il tarixli JN 0040 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-164/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-164/2022
05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver