Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-189/2024 24.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X46 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, maraqlı şəxs X3 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, maraqlı şəxslər X5 və X28 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32 və X19) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, fərdi yaşayış evi və torpaq sahəsinə iddiaçıların miras payının müəyyən edilməsi tələbinə dair mülki işə 24 may 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, maraqlı şəxslər X5 və X28 qarşı Oğuz rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-667 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,117130 ha torpaq sahəsinə iddiaçıların miras payının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışlar. Məhkəmənin təşəbbüsü ilə X32 və X19 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh4, üçüncü şəxslər X32 və X19 məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə yazılı etirazlarını məhkəməyə təqdim etmişlər. Cavabdehlər Oğuz rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Oğuz rayon Notariat ofisi xx.xx.2024-cü il tarixli, 146 saylı məktubla iş yükünün çoxluğunu nəzərə alaraq işə iştirakları olmadan baxılmasını xahiş etmiş, 9 saylı Qəbələ Ərazi İdarəsi bunun səbəbi barədə məlumat verməmişdir. Maraqlı şəxs X45 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, atası Cavabdeh4 Baxış oğlu xx.xx.1975-ci ildə vəfat etmişdir. Cavabdeh3 qardaşı, digər Cavabdeh4 isə onun oğludur. Atasının vəfatından sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,117130 ha torpaq sahəsi miras qalmışdır. Atasının vərəsələri həyat yoldaşı X12, oğlu X33, qızları Xoşqədəm, Yaqut və Dilşad, oğlu Cavabdeh3 olmuşdur. Atası Cavabdeh4 ali təhsilli olmaqla müxtəlif rayonlarda, yəni Zaqatalada və Balakəndə vəzifələrdə işləmişdir. O vəfat etdikdən sonra Şəki şəhərinə gəlib orada məskunlaşmışlar. Atası rəhmətə gedəndən sonra Oğuz şəhərində yerləşən miras mülkdə əmisi Vaqif Qasımov və digər qohumlar yaşamışdır. Atası vəfat edəndə o, tələbə olub, sonra ailə qurub. Oğuzda yerləşən evə gəlməmişlər, çünki əmisi orda yaşadığından və başqa yeri olmadığından onu ordan çıxarmaq istəməmişlər. Sonralar kimin yolu düşsə gəlib-getmişlər. Atası öləndə cavan olublar, qanunu bilməyiblər. 2-3 il olar ki, qardaşı Cavabdeh3 evi öz adına keçirdiyini bilmişlər. Sənədləşmə olanda Akif demişdir ki, ev onun adına olsa da açarı verəcək, lazım olanda gəlib-getsinlər, qalsınlar. Sonra fikrini dəyişib. Hörmət naminə səslərini çıxarmayıblar. Akif mülkü 2012-ci ildə notarial qaydada sənədləşdirəndə yeganə vərəsə kimi sənəd təqdim edib, notarius da vərəsələri axtarmadan Akifə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verib. Halbuki hamısı Oğuz şəhərində doğulub, xeyli müddət yaşayıblar. Akif hamıdan kiçik olub, əslində o, mülkdə yaşamayıb. Buna baxmayaraq hər şeyi ələ keçirib. Belə ki, onları aldadıb, sonra torpağı və evi 120000 manata satıb. Sənədlərdə məbləğ az göstərilib. Vərəsə olaraq hesab edirlər ki, əldə olunan pul vərəsələr arasında bölünməlidir, yəni halallıq olmalıdır. Akif məhkəməyə etirazında onların evdə yaşamadığını, iddia müddətinin ötdüyünü deyir, həm də deyir ki, guya sənədləşmə aparanda onların razılığını alıb. Bu, yalandır. Akif onların fikri ilə razılaşsa, məsələ həll oluna bilər, əks halda tək varis məsələsi aydınlaşmalıdır. Akiflə məhkəmədən kənar razılaşmaq istəsələr də o heç kimə heç nə verməyəcəyini deyib. Burda qanun pozuntusu var. İcra nümayəndəsi vərəsələri araşdırmadan Akifin adına arayış verib. Müddət hamı kimi Akif üçün də keçib. Qanunvericiliyə uyğun olaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Digər İddiaçı2 məhkəmə iclasında İddiaçı1, maraqlı şəxslər Yaqut Məhərrəmovanın və Dilşad Sədrinin bibiləri, Cavabdeh3 isə əmisi olduğunu bildirmiş, iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, atası Səməd 1995-ci ildə vəfat edib. Bir bacı, bir qardaşdırlar. Atasına düşən payın onlara verilməsini istəyirlər, amma əmisi onlarla münaqişəli vəziyyətdədir, bir söz deyəndə nalayiq ifadələr işlədir. Əmisi onları saymırdısa, heç olmasa bibilərini eşidərdi. Atasının əmisi Vaqif Qasımov da Cavabdeh3 bacıları ilə halallaşmağı məsləhət görüb. Vaqif Qasımov bunu təsdiq edə bilər. Cavabdeh3 saxta sənədlərlə mülk əldə edib, sonra da heç kimə demədən satıb. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh Oğuz rayon Notariat ofisinin notariusu X24 izahat verərək bildirmişdir ki, mübahisəli evlə bağlı müddət çox keçib, ona görə təxmini xatırlayır ki, 2012-ci ildə Cavabdeh3 müraciət edəndə araşdırma zamanı atasının xx.xx.1975-ci ildə öldüyü müəyyən edilib. Həmin vaxt mirasqoyanın ölümündən 37 il keçmişdi. Qaydaya uyğun olaraq Akifə lazım olan sənədləri toplamaq üçün siyahı verilib. Akifin adına vərəsə olduğuna dair arayış verilib, həmin vaxt digər vərəsələrin Oğuzda qeydiyyatı olmadığından onlarla bağlı məlumat olmayıb. Mirası qəbul etmiş vərəsə kimi Akifə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Ötürülmüş vaxt məhkəmə tərəfindən bərpa edildiyi təqdirdə digər vərəsələr şəhadətnaməyə əlavə edilə bilər. İddiaçı 2023-cü ildə notariat ofisinə müraciət edəndə ona hər şeyi izah edib. Belə ki, vaxtında müraciət etməyiblər, həmçinin qanuna görə vərəsənin susması mirasdan imtina kimi qiymətləndirilir. Notariat vərəsəlik işini açır, sistemə yükləyir. Bu işdə sonra müraciət edən olmayıb. 37 il keçsə də, mübahisəli məqam aşkar edilmədiyindən və ya digər vərəsələrin ərizəsi olmadığından vərəsəlik haqqında şəhadətnamə verilib. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs X45 əvvəlki məhkəmə iclasında iddiaçı olan bacısı İddiaçı1 izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, atası vəfat edəndə cavabdeh olan qardaşı Akif azyaşlı olub, Oğuz şəhərindəki evdə yaşamayıb. Hesab edir ki, vərəsə olaraq hamısına pay verilməlidir. İddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs X13 məhkəmə iclasında iddiaçı olan bacısı İddiaçı1 izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, 1955-ci ildə Oğuz şəhərində mübahisəli evdə doğulub, 3-cü sinifə kimi Oğuzda məktəbə gedib, qardaşı Səməd 4-5-ci sinifə kimi Oğuzda məktəbə gedib. Atası rayon partiya komitəsində işləyib. Sonra başqa rayonlarda işlədiyindən Oğuzdan köçüblər. Atası 1975-ci ildə vəfat edib. Həmin vaxt onlardan heç kim Oğuzda olmayıb. Atası öləndə Oğuzdakı evdə Vaqif, Rauf və Arif adlı əmiləri yaşayıb. Əmiləri evdə yaşadığından iddia qaldırmayıblar, yəni onları evdən çıxarmaq istəməyiblər. Anası gəlib, amma onu qovublar, deyiblər ki, sənin burda payın yoxdur. Sonra əmiləri bir-bir evdən köçüblər. Qardaşı Akif deyib ki, nə vaxt istəsəniz evə gəlib-gedin. 2012-ci ildən sonra onları evə buraxmayıb. Evi adına keçirdiyini biliblər, həmin vaxt evi satmamışdı, ona görə heç yerə müraciət etməyiblər. Evi satdığını bildikdən sonra şikayət etmək qərarına gəlmişlər. Bütün övladlar həmin evdə doğulub böyüyüblər, məktəbə gediblər. Vərəsədir, gələndə qalmağa yerləri olmalıdır. Akif isə saxta sənədlə evi sənədləşdirib. Əslində hamının payını verməlidir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəməyə təqdim etdiyi etiraz ərizələrində bildirmişdir ki, atası Cavabdeh4 qalmış mirası yalnız o qəbul və idarə edib. İddiaçı1 mirası qəbul etməyib, orada yaşamayıb, 1980-ci ildə Şəki şəhər sakininə ərə gedənədək onun mülkiyyətində olan, Şəki şəhəri, 20 Yanvar küçəsi, bina 56, 3 saylı mənzildə qeydiyyatda olmaqla yaşayıb. İddiaçı2 atası Səməd Qasımov da eyni mənzildə qeydiyyatda olmaqla yaşayıb, ünvan 2 ünvanda yerləşən mənzili aldıqdan sonra orada yaşamışdır. Mirası qəbul edərkən iddiaçıların xəbəri olmuş, onlar mirasdan imtina etmişlər. Əgər onlar mirasdan pay almaq istəsəydilər, atası öləndən sonra keçən 49 il, yaxud onun mirası rəsmi qəbul etdiyi vaxtdan keçən 12 il ərzində bu barədə iddia qaldırmalıydılar. Keçən uzun müddət ərzində onların mirasla bağlı mübahisəsinin olmaması da onların mirası faktiki qəbul etmədiklərini və bu barədə fikirlərinin olmadığını bir daha təsdiq edir. Miras əmlakı yalnız o, mirasa yiyələnərək faktiki idarə etməyə başlamış və 2023-cü ilədək idarə etmişdir. Həmin il əmlakı satmışdır. İşə iştirakı olmadan baxılaraq Azərbaycan Respublikasının həm 2000-ci ilin sentyabr ayınadək qüvvədə olmuş Mülki Məcəlləsinin, həm də həmin vaxtdan indiyədək qüvvədə olan Mülki Məcəllənin normalarına əsasən iddia müddətinin ötürüldüyü nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, iddia edilən torpaq sahəsi Vaqif Qasımovun anası Minayə Qasımovadan miras qalmış, o da öz növbəsində yeganə sağ qalan övlad kimi həmin mirasa sahib olub və torpağın bir hissəsini atası ilə anasının birgə nikah dövründə atası Cavabdeh3, bir hissəsini də ona satmışdır. Torpağın üzərində istifadəyə yararsız köhnə tikili ev babası Cavabdeh4 adına olub. İddia müddəti keçdiyindən iddiaçıların miras üzərində heç bir hüququ yoxdur. Ailənin dağılmağından istifadə edərək bibiləri bu vasitə ilə mülkə sahib olmağa cəhd göstərmişlər. İşləri ilə əlaqədar məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyini nəzərə alaraq işə iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh3 ilə aralarında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsini satın almışdır.İddiaçıların onun mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı müqaviləsini mübahisələndirmək hüquqları yoxdur, çünki onlar mülki qanunvericilikdəki kəsici müddəti ötürmüşlər. O, vicdanlı alıcıdır və əmlak əldə edərkən həmin əmlak yüklü olmamışdır. Mülki və mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh3 ilə aralarında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən 0,0505 ha həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini satın almışdır.Vicdanlı alıcıdır, qanuni şəkildə notariat ofisində depozit hesaba müqavilə üzrə razılaşdırılmış məbləği ödəyərək daşınmaz əmlak əldə etmişdir. Həmin vaxt daşınmaz əmlak yüklü deyildi və alqı-satqı üçün maneə yox idi.Notarius da qeyd etmişdir ki, daşınmaz əmlak vərəsəlik qaydasında əldə edilmişdir.Mülki və mülki prosessual qanunvericiliyin müddəaları nəzərə alınmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıları, cavabdehi, maraqlı şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1956-cı il tarixdə Oğuz şəhərində anadan olmuş, yaşayış yeri Şəki şəhəri V.Səlimov küçəsi, ev 30-dur. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1955-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X45 xx.xx.1959-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşdə olan evlənmə haqqında İE 032430 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Baxış oğlu və X2 xx.xx.1950-ci ildə evlənmiş, bu barədə Nuxa rayon Zaqs bürosunda vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə 201 nömrə ilə lazımi qeyd edilmiş, evlənmə qeyd ediləndən sonra kişi və arvad Qasımov familiyasını götürmüşdür. İşdə olan doğum haqqında İ-İE 159752 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1956-cı ildə Vartaşen şəhərində anadan olmuş, bu barədə Vartaşen rayon ZAQS şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1956-cı ildə 140 nömrə ilə qeyd edilmiş, atası X34, anası X6r. İşdə olan nigahın bağlanması haqqında İİ-JQ 302497 saylı şəhadətnamənin surətindən görünür ki, X20 və X15 xx.xx.1980-ci ildə nigah bağlamış, bu barədə Şəki şəhər VVAQ şöbəsində nigah haqqında akt qeydləri kitabında həmin tarixdə 265 nömrə ilə qeyd edilmiş, nigah bağlanandan sonra ər-arvadın familiyası Abdullayev olmuşdur. İşdə olan doğum haqqında İX-JQ 351559 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1983-cü ildə Şəki şəhərində anadan olmuş, bu barədə Şəki şəhər VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1983-cü ildə 334 nömrə ilə qeyd edilmiş, atası X33, anası X7r. İşdə olan doğum haqqında İJ 204349 saylı şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1955-ci ildə Vartaşen şəhərində anadan olmuş, bu barədə Vartaşen rayon ZAQS şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1955-ci ildə 07 nömrə ilə qeyd edilmiş, atası X35, anası X8r. İşdə olan nigahın bağlanması haqqında İİİ-JQ 407281 saylı şəhadətnamənin surətindən görünür ki, X11 və X30 xx.xx.1984-cü ildə nigah bağlamış, bu barədə Şəki şəhər VVAQ şöbəsində nigah haqqında akt qeydləri kitabında həmin tarixdə 489 nömrə ilə qeyd edilmiş, nigah bağlanandan sonra ər-arvadın familiyası Məhərrəmov olmuşdur. İşdə olan doğum haqqında İ-İE 862260 saylı şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1959-cu ildə Vartaşen şəhərində anadan olmuş, bu barədə Vartaşen rayon ZAQS şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1959-cu ildə 176 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh4 Baxış oğlu, anası X9r. İşdə olan nikahın bağlanması haqqında Vİİ-JQ 261574 saylı şəhadətnamənin surətindən görünür ki, X21 və X25 xx.xx.1996-cı ildə nikah bağlamış, bu barədə Şəki şəhər VVAQ şöbəsində nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 159 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ər-arvada Sədri familiyası verilmişdir. İşdə olan doğum haqqında AZ ******* saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1966-cı ildə Zaqatala şəhərində anadan olmuş, bu barədə Zaqatala rayon VVAQ bürosunda vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1966-cı ildə 45 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh4 Baxış oğlu, anası X9r. İşdə olan ölüm haqqında İ-JQ 326025 saylı şəhadətnamənin surətindən görünür ki, 1927-ci il təvəllüdlü Cavabdeh4 Baxış oğlu xx.xx.1975-ci il tarixdə ölmüş, bu barədə Balakən rayon ZAQS şöbəsində xx.xx.1975-ci ildə ölüm haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. İşdə olan ölüm haqqında İİ-JQ 478843 saylı şəhadətnamənin surətindən görünür ki, 1951-ci il təvəllüdlü X33 xx.xx.1995-ci il tarixdə ölmüş, bu barədə Şəki şəhər VVAQ şöbəsində xx.xx.1995-ci ildə ölüm haqqında akt qeydləri kitabında 241 nömrə ilə qeyd edilmişdir. İşdə olan ölüm haqqında AZ-İ 179946 saylı şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə ölmüş, bu barədə Şəki şəhər VVADQ şöbəsində xx.xx.2006-cı ildə ölüm haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon İHB Oğuz şəhər İƏV üzrə nümayəndəsinin işdə olan xx.xx.2012-ci il tarixli, 2406 saylı arayışının surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə vəfat etmiş Cavabdeh4 Baxış oğlu və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 Cavabdeh3 adlı oğlu vardır. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci ildə vəfat etmiş Cavabdeh4 Baxış oğlunun vərəsəsi Şəki şəhəri 20 Yanvar küçəsi, ev 56,mənzil 3-də yaşayan oğlu Cavabdeh3 olub şəhadətnamə verilən əmlak mərhumdan miras qalmış, Oğuz şəhəri, H.Əliyev küçəsi, ev 32-də yerləşən, istifadəsində 0,117130 ha torpaq sahəsində yerləşən 51,8 kv.m ümumi sahəsi olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Oğuz şəhəri H.Əliyev küçəsi, 62 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə hüquq sahibi X1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013-cü il tarixli, 2V-1/28 reyestr nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci ildə vəfat etmiş X1 vərəsəsi Oğuz şəhəri İ.Rəhimov küçəsi, ev 54, mənzil 7-də yaşayan oğlu X36 olub şəhadətnamə verilən əmlak mərhumdan miras qalmış, Oğuz şəhəri, H.Əliyev küçəsi, ev 32-də yerləşən, xx.xx.2013-cü il tarixli, RX ******* saylı Çıxarışda olan 0,06 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin AA 015520 saylı planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz şəhəri H.Əliyev küçəsi, 62 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixli, 2V-1/28 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında tam mülkiyyət hüququ ilə hüquq sahibi X22 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan daşınmaz əmlakın AN-İ ******* nömrəli, xx.xx.2013-cü il tarixli, 4Ə-1/119 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X36 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən 0,0515 ha hissəsini alıcı Cavabdeh3, 0,0085 ha hissəsini alıcı Cavabdeh4 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli çıxarışın və fərdi yaşayış evinin xx.xx.2013-cü il tarixli, 405-1/367 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Oğuz şəhəri H.Əliyev küçəsi, 62 ünvanda yerləşən 0,0515 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 51,8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 04 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********79 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin AA 015787 saylı planı və ölçüsü sənədinin surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 0,0085 ha həyətyanı torpaq sahəsi Oğuz rayon DNK xx.xx.2013-cü il tarixli, 4Ə-1/119 nömrəli alqı-satqı müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə hüquq sahibi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli, 4Ə-63 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 Pəşid oğlu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,0515 ha torpaq sahəsindən 0,001 ha hissəsini alıcı X10 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli çıxarışın və fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixli, 405-1/367 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Oğuz şəhəri H.Əliyev küçəsi, 62 ünvanda yerləşən 0,0505 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 51,8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli, 4Ə-662 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 Pəşid oğlu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,0505 ha torpaq sahəsi və üzərində yerləşən 51,8 kv.m fərdi yaşayış evini alıcı X23 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli çıxarışın və fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixli, 405-1/367 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Oğuz şəhəri H.Əliyev küçəsi, 62 ünvanda yerləşən 0,0505 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 51,8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi X23 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyasının həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər(arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə üzrə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ onun vərəsələrinə keçir. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə vəya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr,vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da,istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin mirasa hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı, 1956-cı il təvəllüdlü İddiaçı1, cavabdeh 1966-cı il təvəllüdlü Cavabdeh3, üçüncü şəxslər 1959-cu il təvəllüdlü Sədri Dilşad və 1955-ci il təvəllüdlü Yaqut Məhərrəmova doğma bacı-qardaş olmaqla onların və İddiaçı2 atası-1995-ci ildə vəfat etmiş 1951-ci il təvəllüdlü Səməd Qasımovun atası-Oğuz rayon sakini olmuş Cavabdeh4 Baxış oğlu 1975-ci ildə işlədiyi ünvan 7 ünvanında 51,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi miras qalmışdır. Cavabdeh4 vəfat edərkən onun vərəsəsi Cavabdeh3 istisna olmaqla qalan vərəsələr yetkinlik yaşına çatmış, övladlar atalarının işi ilə əlaqədar müxtəlif rayonlarda, atanın ölümündən sonra Şəki şəhərində məskunlaşaraq yaşamışlar. İddiaçı1 izahatına əsasən atası vəfat etdikdən sonra onun evində əmisi Vaqif Qasımov yaşadığından Oğuz rayonuna gəlib atadan qalmış miras əmlakı rəsmi olaraq qəbul etməmiş və ya faktiki olaraq idarə etməmişlər. Cavabdeh3 2012-ci ildə Oğuz rayonunda yerləşən evi notarial qaydada-qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla öz adına rəsmiləşdirmiş, 2023-cü ilədək həmin əmlak onun mülkiyyətində olmuşdur. Məhkəmə icraatı zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli evin yerləşdiyi 0,06 ha torpaq sahəsi mərhumun anası Minayə Qasımovanın adına rəsmiləşmiş, 2013-cü ildə onun vərəsəsi X26 qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verildiyindən torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Vaqif Qasımov 2013-cü ildə həmin torpaq sahəsindən 0,0515 ha hissəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh3, 0,0085 ha hissəsini isə hazırki iş üzrə cavabdeh-digər Cavabdeh3 oğlu Cavabdeh4 satmış, hər iki şəxs özlərinə məxsus torpaq sahəsini mülkiyyətçi kimi öz adlarına rəsmiləşdirmişlər. Beləliklə, iddiaçılar mərhum X17 miras qalmış 0,117130 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə miras payının müəyyən edilməsini xahiş etsələr də, iş materialları ilə mərhumun mirasının yalnız ümumi sahəsi 51,8 kv.m olan fərdi yaşayış evindən ibarət olduğu müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı və digər iddiaçının atası, eləcə də üçüncü şəxslər mərhum Cavabdeh4 vəfatından 2000-ci ilədək keçən 25 il ərzində, eləcə də ondan sonrakı illərdə (sağ qalan vərəsələr) miras əmlakla bağlı hər hansı hüquqi mövqe nümayiş etdirməmiş, miras əmlakı vərəsəliyin açılmasından sonra qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişlər. Cavabdeh 2023-cü ildə vərəsəlik qaydasında əldə etdiyi, mülkiyyətində olan 51,8 kv.m ümumi sahədən və 0,0505 ha torpaq sahəsindən ibarət əmlakı Samir Həmidova, 0,001 ha torpaq sahəsini isə Fərdi Babazadəyə notarial qaydada alqı-satqı yolu ilə satmış, yalnız bundan sonra iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hazırda iddiaçılar və maraqlı şəxslər miras əmlakın satılmasından əldə olunan vəsaitdən onların payının verilməsini, əks halda iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Yuxarıda qeyd edilənlərə uyğun olaraq məhkəmə ilk öncə iddia tələbinin miras payının müəyyən olunmasına münasibət bildirərək hesab edir ki, miras əmlak iddiaçılar (ikinci iddiaçının atası) tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul edilmədiyindən mübahisəli vəziyyətə xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin normaları daxilində qiymət verilməklə iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin digər hissələrinə qiymət verilməsi məqsədilə aşağıdakıları tərəflərin diqqətinə çatdırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi” hissəsi “fərdi yaşayış evi və torpaq sahəsinə iddiaçıların miras payının müəyyən edilməsi” hissəsi ilə bilavasitə bağlı olduğundan və iddia tələbi həmin hissədə yuxarıda qeyd olunan hallara əsasən təmin olunmadığından, buna müvafiq olaraq iddiaçıların iddianın digər hissəsini mübahisələndirmək üçün subyektiv hüququ yaranmadığından iddia tələbi ikinci hissədə də təmin olunmamalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edilmədiyindən 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, maraqlı şəxslər X5 və X28 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32 və X19) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, fərdi yaşayış evi və torpaq sahəsinə iddiaçıların miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. 100 (yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-189/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-189/2024
24.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver